"Korrupsiyaya qarşı mübarizədə Azərbaycan Prezidenti daha qətiyyətli görünür"


Siyasət 18 Sen 2020 14:13:00 63 0

"Korrupsiyaya qarşı mübarizədə Azərbaycan Prezidenti daha qətiyyətli görünür"

Bütün dönəmlərdə cənab Prezident İlham Əliyev korrupsiyanın önündə olub və korrupsiyaya qarşı bu mübarizə Azərbaycan dövlətinin priaritetlərindən biridir.

Bunu Son.az-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib.

Sədr müavini bildirib ki, korrupsiyaya qarşı mübarizə komissiyasının yeni tərkibi korrupsiyaya qarşı mübarizədə öz töhfəsini verəcək:

"Son dövürlər xüsusilə Azərbaycanda aparılan sosial, iqtisadi, siyasi islahatlar fonunda korrupsiyaya qarşı mübarizənin daha da genişlənməsinin şahidi oluruq. Xüsusilə də qeyd edə bilərik ki, 2018-ci ilin prezident seçkilərindən sonra cənab Prezident bu məsələdə daha qətiyyətli davranır və korrupsiyaya qarşı mübarizədə Azərbaycan ictimaiyyətindən, ictimai fəallardan, mətbuat nümayəndələrindən ona yardımçı olmağı tələb edir, xahiş edir. Biz də ictimi-siyasi şəxslər bu məsələdə daim Azərbaycan dövlətinə, eyni zamanda cənab Preizdentə dəstək verməyə hazırıq. Son günlər korrupsiyaya qarşı mübarizə komissiyasının yeni tərkibi təsdiqləndi və burada biz xüsusi olaraq yeni simaları görürük. Bunun da gələcəkdə korrupsiyaya qarşı mübarizədə öz töhfəsini verəcəyinə inanırıq. Son dövrlər Administrasiyanın rəhbərliyində olan dəyişikliklər, Administrasiya rəhbərliyinə yeni şəxslərin gətirilməsi bu məsələdə də özünün töhfələrini verməkdədir".

A.Abdulkərimov qeyd edib ki, korrupsiyaya qarşı mübarizədə gələcəkdə Azərbaycanın məhkəmə-hüquq sistemində də təkmilləşdirmələr olmalıdır:

"Korrupsiyaya qarşı mübarizə komissiyasının rəhbərliyinə hörmətli Samir Nuriyevin təyin olunması və yeni seçilmiş millət vəkillərindən də bu komissiyanın tərkibinə salınması bizə əsas verir deyək ki, korrupsiyaya qarşı mübarizədə Azərbaycan Prezidenti daha qətiyyətli görünür. Düşünürük ki, bundan sonra da bu mübarizə davam etdiriləcəkdir. Korrupsiya çox ciddi bir bəladır və hətta dünyanın çox inkişaf etmiş ölkələrində belə bu hallarla rastlaşılır. Düşünürəm ki, korrupsiyaya qarşı mübarizədə gələcəkdə Azərbaycanın məhkəmə-hüquq sistemində də təkmilləşdirmələr olmalıdır. Məhkəmə sistemi azad fəaliyyət göstərəndən sonra burada həm sahibkarlara qarşı olan məsələdə, həm vergi sisteminin daha da inkişaf etdirilməsində məhkəmə sisteminin də çox vacib rolu var və bildiyiniz kimi, gözləniləndir ki, məhkəmə-hüquq sistemində də çox ciddi islahatlar aparılacaqdır və bu islahatlardan sonra da məhkəmə sisteminin yenilənməsi, hüquq sisteminin daha da inkişaf etdirilməsi də korrupsiyaya qarşı mübarizədə öz sözünü deyəcək".

Təhməz Əsədov Son.az

Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı başlayıb like
  • 18 Sen 14:08  
Dünya Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı başlayıb

Türkiyənin cənub-şərqindəki Bitlis vilayətində "İldırım 12"

arrow Ətraflı
Mərkəzi Bank uçot dərəcəsini endirdi like
  • 18 Sen 14:07  
Digərləri Mərkəzi Bank uçot dərəcəsini endirdi

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 6.75%-dən 6.5%-ə endiri

arrow Ətraflı
"Minsk Qrupu gərəksiz bir quruma çevrilir" like
  • 18 Sen 13:57  
Siyasət "Minsk Qrupu gərəksiz bir quruma çevrilir"

Erməni ailələrinin, terrorçuların Livandan Dağlıq Qarabağa və ətraf r

arrow Ətraflı
Hava şəraiti ilə bağlı like
  • 18 Sen 13:45  
Digərləri Hava şəraiti ilə bağlı

Milli Hidrometeorologiya Xidməti Azərbaycanda hava şəraitinin dəyişəcəyi

arrow Ətraflı
"Anadan olandan uğurlu biriyəm" like
  • 18 Sen 13:40  
Şou-biznes "Anadan olandan uğurlu biriyəm"

Məni sosial şəbəkədə pisləmirlər. Amma hamı da yaxşıdır demir. Heç

arrow Ətraflı
Təhsil Nazirliyindən HİCABLI şagird və müəllimlərlə bağlı AÇIQLAMA like
  • 18 Sen 13:38  
Digərləri Təhsil Nazirliyindən HİCABLI şagird və müəllimlərlə bağlı AÇIQLAMA

Yeni dərs ilinin başlanması ilə çoxlarını maraqlandıran suallardan biri

arrow Ətraflı
Bakıda külək əsəcək, like
  • 18 Sen 13:37  
Digərləri Bakıda külək əsəcək,

Sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
"Sədərək"də komissiya yaradıldı: Mağazaların işıqları söndürüldü like
  • 18 Sen 13:36  
Digərləri "Sədərək"də komissiya yaradıldı: Mağazaların işıqları söndürüldü

Bakıda pandemiya ilə əlaqədar fəaliyyəti dayandırılan "Sədərək&q

arrow Ətraflı
Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib like
  • 18 Sen 13:35  
Digərləri Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib

Bu il daimi yaşamaq üçün Azәrbaycana gәlәnlərin və ölkədən gedənlə

arrow Ətraflı
Əmisini öldürən gəncin işi məhkəməyə göndərildi like
  • 18 Sen 13:29  
Kriminal Əmisini öldürən gəncin işi məhkəməyə göndərildi

Tərtər rayonunda əmisini qətlə yetirən şəxsin barəsində olan cinayət

arrow Ətraflı
"ATƏTin Minsk Qrupu susqunluğuna son verməlidir" like
  • 18 Sen 13:24  
Siyasət "ATƏTin Minsk Qrupu susqunluğuna son verməlidir"

Azərbaycan hökuməti dəfələrlə işğalçı Ermənistan tərəfindən həya

arrow Ətraflı