Deport edilən 61 azərbaycanlı Bakıya gəldi


Siyasət 15 Noy 2019 11:54:00 360 0

Deport edilən 61 azərbaycanlı Bakıya gəldi

Almaniyada icazəsiz yaşayan 61 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb.

Dövlət Miqrasiya Xidmətindən Son.az-a verilən məlumata görə, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Sazişin icrası çərçivəsində 14.11.2019-cu il tarixdə Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər Azərbaycan Respublikası vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib. Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaq olub.

Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb.