40dan çox hüquqi şəxs bu səbəbdən inzibati məsuliyyətə cəlb edilib
Digərləri 28 Yan 2026 09:59:00 59 0
Ötən il 3 milyondan çox vətəndaşa aid fərdi məlumatların mümkün sızma hallarının qarşısı alınıb
Bu xəbəri də oxu: Azərbaycan bu ölkədən 714 inək aldı Biri 8658 manata
Son.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilir ki, ölkəmizdə fərdi məlumatların mühafizəsi sahəsində nəzarətin təmin edilməsi və vətəndaşların hüquqlarının qorunması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Bu çərçivədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti fərdi məlumatların mühafizəsi sahəsində səlahiyyətli orqan kimi ötən il ərzində həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində 3 milyondan çox vətəndaşa aid fərdi məlumatların mümkün sızma hallarının qarşısını alıb.
Eyni zamanda fərdi məlumatların mühafizəsi tələblərinə əməl etməyən 40-dan çox hüquqi şəxs barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb və onlar inzibati məsuliyyətə cəlb edilib.
Sosial şəbəkələrdə aparılan nəzarət tədbirləri çərçivəsində 3 000-dən çox vətəndaşa aid fərdi məlumatların qanunsuz yayılması halları ilə bağlı operativ tədbirlər görülüb və pozuntuların aradan qaldırılması təmin edilib.
Qurum tərəfindən fərdi məlumatların mühafizəsi sahəsində daxil olan şikayətlər qəbul edilir və araşdırılır. Vətəndaş müraciətlərinin daha operativ qəbulu və icra vəziyyəti barədə məlumatlandırılmanın təmin edilməsi məqsədilə bu il xüsusi elektron portalın istifadəyə verilməsi nəzərdə tutulur.
Yeni texnologiyaların yaratdığı risklər nəzərə alınaraq fərdi məlumatların mühafizəsi sahəsində öhdəliklərin izah edilməsi və məlumatlılığın artırılması məqsədilə dövlət qurumları, özəl sektor və vətəndaşlar üçün mütəmadi maarifləndirici tədbirlərin keçirilməsi davam etdiriləcək.
Bu il, həmçinin ölkə üzrə fərdi məlumatların işlənildiyi informasiya sistemlərinin uçotunun aparılması, şəffaflığın və nəzarətin artırılması məqsədilə fərdi məlumatların informasiya sistemlərinin mərkəzləşdirilmiş vahid bazasının formalaşdırılması nəzərdə tutulur.
Ümumilikdə həyata keçirilən tədbirlər fərdi məlumatların mühafizəsi sahəsində institusional potensialın gücləndirilməsinə, vətəndaşların hüquqlarının etibarlı şəkildə qorunmasına, eləcə də rəqəmsal mühitdə təhlükəsizliyin və etimadın artırılmasına xidmət göstərir. Vətəndaşları bu prosesdə fəal iştiraka, fərdi məlumatlarını məsuliyyətlə paylaşmağa və pozuntu halları ilə bağlı quruma müraciət etməyə çağırırıq. Fərdi məlumatları toplayan və işləyən tərəfləri isə qanunvericiliklə müəyyənləşdirilən öhdəliklərə ciddi əməl etməyə dəvət edirik.
Ayxan Son.az
Xəbərə aid video
Xəbər verdiyimiz kimi, yanvarın 26-da Xalq Artisti Aygün Kazımovanın möht
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
"Əmək pensiyaları" haqqında Qanuna əsasən, əmək pensiyaların�
Azərbaycanda 2026-cı il üçün Novruz çərşənbələrinin tarixləri məlum
"ilk günü efirə qızımla çıxacağam"
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı həyat yoldaşı Doğuşun "
Tualetlərdə yaranan sarı ləkələr və ərp izləri həm vizual olaraq narah
Soyuq qış günlərində çayın yanına ən çox yaraşan ləzzətlərdən bir
Zəncəfilin tromb yaranmasının qarşısını almaqda təsirli olduğu elmi ş
Pendir alarkən və ya yeyərkən bəzi məqamlara diqqət etmək lazımdır.
İngiltərədə aparılan 10 illik geniş tədqiqat nəticəsində məlum olub k
Məşhur aktrisa Hande Erçel və yeni sevgilisi, prodüser Onur Güvenatamın m
ABŞ Prezidenti Donald Tramp İraqda keçmiş baş nazir Nuri əl-Malikinin yeni
