Yanvar ayının pensiyaları niyə artımla ödənilmədi? AÇIQLAMA
Digərləri 28 Yan 2026 09:41:00 78 0
"Əmək pensiyaları" haqqında Qanuna əsasən, əmək pensiyalarının indeksləşdirilərək artırılması hər il yanvar ayına da şamil olunur.
Bu xəbəri də oxu: Azərbaycanda hakim vəfat etdi
Son.az xəbər verir ki, artıq yanvar ayı üçün pensiyalar tam ödənilib.
Bu ay artımların verilməməsi nə ilə bağlıdır və artımlar nə zaman ödəniləcək?
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildəki orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır. Onun sözlərinə görə, hələlik dəqiq artım faizi bəlli olmasa da artımlar məhz bu aydan hesablanır:
"2025-cü ilin ilk 11 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əmək haqqı 9.3 faiz artıb. İllik yekunun isə 9.2 faiz olacağı gözlənilir. Dəqiq rəsmi göstərici isə Dövlət Statistika Komitəsi tərəfindən gələn ayın əvvəllərində elan ediləcək".
Deputat qeyd edib ki, 2025-ci ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək:
"Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq".
Nəzərə çatdırıb ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. "Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub:
"Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq".
Mina Mikayılova Son.az
Azərbaycanda 2026-cı il üçün Novruz çərşənbələrinin tarixləri məlum
"ilk günü efirə qızımla çıxacağam"
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı həyat yoldaşı Doğuşun "
Tualetlərdə yaranan sarı ləkələr və ərp izləri həm vizual olaraq narah
Soyuq qış günlərində çayın yanına ən çox yaraşan ləzzətlərdən bir
Zəncəfilin tromb yaranmasının qarşısını almaqda təsirli olduğu elmi ş
Pendir alarkən və ya yeyərkən bəzi məqamlara diqqət etmək lazımdır.
İngiltərədə aparılan 10 illik geniş tədqiqat nəticəsində məlum olub k
Məşhur aktrisa Hande Erçel və yeni sevgilisi, prodüser Onur Güvenatamın m
ABŞ Prezidenti Donald Tramp İraqda keçmiş baş nazir Nuri əl-Malikinin yeni
Gürcü mətbəxinin vizit kartı sayılan Xaçapuri adətən mayalı xəmirlə
Hazırlıqları sürətlə davam edən "Delikanlı" serialı üçün y
ABŞ-nin "USS Abraham Lincoln" təyyarə gəmisini bölgəyə yerləş
Alüminium folqa əsasən yemək bişirərkən istiliyi qorumaq üçün istifad�
