Tramp hədələdi: "O, rəhbər seçilsə, yardımı kəsəcəyik"
Digərləri 28 Yan 2026 00:51:00 63 0
ABŞ Prezidenti Donald Tramp İraqda keçmiş baş nazir Nuri əl-Malikinin yenidən hakimiyyətə gəlmə ehtimalına kəskin reaksiya verib. Tramp bildirib ki, Malikinin rəhbərliyi dövründə İraq xaos və yoxsulluğa sürüklənib və ABŞ bu ssenarinin təkrarlanmasına icazə verməyəcək.
Bu xəbəri də oxu: "Gelandewagen"in Dubay variantı təqdim edildi Cəmi 50 ədəd olacaq
Son.az xəbər verir ki, prezident Tramp öz sosial media platformasında paylaşım edərək Malikinin namizədliyini tənqid edib: "Eşidirəm ki, İraq yenidən Nuri əl-Malikini baş nazir təyin etməklə çox pis seçim edə bilər. Maliki hakimiyyətdə olduğu sonuncu dövrdə ölkə yoxsulluğa və tam bir xaosa sürüklənmişdi. Bunun yenidən baş verməsinə imkan verilməməlidir."
Tramp açıq şəkildə bəyan edib ki, əgər Maliki baş nazir kürsüsünə oturarsa, ABŞ İraqa göstərdiyi bütün yardımları dayandıracaq. O, paylaşımını özünəməxsus "İraqı yenidən böyük edək" (Make Iraq Great Again) şüarı ilə tamamlayıb.
İraqda 11 noyabr 2025-ci ildə keçirilən ümumi seçkilərdə qalib gələn və İranla sıx əlaqələri olan Şiə partiyalarından ibarət Koordinasiya Çərçivəsi (Meclisin ən böyük qrupu) Nuri əl-Malikini baş nazirliyə namizəd göstərib.
27 yanvar tarixində keçirilməsi planlaşdırılan prezident seçkisi kvorum (kifayət qədər deputat iştirakı) alınmadığı üçün təxirə salınıb.
İraq konstitusiyasına görə prezident kürdlər tərəfindən seçilməlidir, lakin KYB və KDP partiyaları vahid namizəd üzərində razılığa gələ bilmirlər.
Nuri əl-Maliki 2006-2014-cü illərdə İraqın baş naziri olub.
Onun dövrü məzhəbçi siyasət yürütmək, Sünni əhalini kənarlaşdırmaq və İŞİD-in ölkədə güclənməsinə şərait yaradan təhlükəsizlik boşluqları ilə yadda qalıb.
İranın dəstəklədiyi milis qrupları ilə sıx əlaqələri olan "Qanun Dövləti" koalisiyasının lideridir. Lalə Qüdrətova Son.az
Gürcü mətbəxinin vizit kartı sayılan Xaçapuri adətən mayalı xəmirlə
Hazırlıqları sürətlə davam edən "Delikanlı" serialı üçün y
ABŞ-nin "USS Abraham Lincoln" təyyarə gəmisini bölgəyə yerləş
Alüminium folqa əsasən yemək bişirərkən istiliyi qorumaq üçün istifad�
Bəzi bazarlarda və mağazalarda alıcılar yemək üçün nəzərdə tutulmuş
Türkiyənin tanınmış müğənnisi Sezen Aksu "Kanal D"də yayımla
Falçılıq bir çox mədəniyyətlərdə gizli olsa da, məşhurlar arasında b
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyat qərarı verib
Xəbər verdiyimiz kimi, kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki ye
Avstraliya rekord qıran istilərə məruz qalıb.
Müğənni Rəqsanə İsmayılova yeni fotosessiyasını təqdim edib.
Rusiyanın 62 yaşlı Xalq artisti Qriqori Leps 19 yaşlı nişanlısı Avrora K
