İşdən çıxarılan nazir müavini kimdir? DOSYE
Digərləri 27 Yan 2026 23:47:00 70 0
Xəbər verdiyimiz kimi, kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib.
Bu xəbəri də oxu: Bu tarixdə qar yağacaq
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçilik şöbəsinin müdiri Seymur Səfərli nazirin yeni müavinləri təyin edilib.
Digər sərəncamla indiyədək kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışan Sarvan Cəfərov bu postdan azad olunub.
Beləliklə, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.
Son.az modern.az-a istinadən işdən çıxarılan eks-nazir müavini Sarvan Cəfərovun dosyesini təqdim edir:
S.Cəfərov 1985-ci ilin 28 oktyabrında anadan olub.
1992-2003-cü illərdə Bakı şəhərindəki 178 saylı orta məktəbdə təhsil alıb.
2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr təhsili alıb. 2007-2008-ci illərdə hərbi xidmətdə olub.
2008-2010-cu illərdə milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə Bakı Dövlət Universitetində magistr təhsili alıb.
2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi işləyib.
2012-2018-ci illərdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib.
2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə olunması (MBA) ixtisası üzrə magistr təhsili alıb.
2015-2017-ci illərdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə" Dövlət Proqramı çərçivəsində Avstriyada yerləşən Beynəlxalq Anti Korrupsiya Akademiyasında magistr təhsili alıb.
2020-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin doktorantı olub.
2018-ci iln aprel ayından 2019-cu ilin noyabr ayına qədər Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi olub.
2019-cu ilin noyabr ayından 2020-ci ilin mart ayına kimi nazirin müşaviri vəzifəsində işləyib.
2020-ci ilin mart ayından iyul ayına kimi Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.
2020-ci il iyulun 30-da Prezidentin sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.
2026-cı il yanvarın 27-də kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilib.
Evlidir, 3 övladı var.
Avstraliya rekord qıran istilərə məruz qalıb.
Müğənni Rəqsanə İsmayılova yeni fotosessiyasını təqdim edib.
Rusiyanın 62 yaşlı Xalq artisti Qriqori Leps 19 yaşlı nişanlısı Avrora K
Südlü aşın ənənəvi üsulla hazırlanmasında düyü unu istifadə etmək
Xəbər verdiyimiz kimi, Bakıda dəhşətli ailə faciəsi yaşanıb. Belə ki,
Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycana xarici ölkələrdən 5
Sosial şəbəkələrdə yayılan görüntülərdə açıq satışda olan kələ
Azərbaycanda maraqlı və qeyri-adi toy hadisəsi yaşanıb.
Son günlər Xalq artisti Niyaməddin Musayevin qızı Röya Musayeva haqqında
Türkiyəyə rəsmi səfərə gələn Nigeriya Prezidenti Bola Əhməd Tinubu Pr
Aparıcı Lalə Azərtaş atası ilə bağlı paylaşım edib.
İrəvan, Azərbaycan ərazisindən dəmir yolu vasitəsilə Rusiyadan mayeləş
Xəbər verdiyimiz kimi, Xalq artisti Niyaməddin Musayevin FHN-də işləyən q
BƏƏ-nin Dubay şəhərində fəaliyyət göstərən "Venuum" tüninq
