Prezident Cəlilabad rayonuna yeni icra başçısı təyin etdi
Siyasət 06 Fev 2018 17:06:00 262 0
Prezident İlham Əliyev N.R.Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:
Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
Mənbə: milli.az