Azərbaycan milli təhlükəsizliyin təmin olunmasını daim ön planda saxlayır


Siyasət 04 Dek 2025 12:18:00 48 0

Azərbaycan milli təhlükəsizliyin təmin olunmasını daim ön planda saxlayır

Azərbaycan hüquqi dövlətdir və burada məsuliyyət yalnızhüquq çərçivəsində müəyyən olunur

"İllərdir dövlət qulluğunda yüksək vəzifə daşıyan R.Mehdiyevin xəyanətkar U-dönüşü kifayət qədər suallar yaradıb".

Son.az xəbər verir ki, bunu açıqlamasında deputat Sevil Mikayılova söyləyib. O bildirib ki,  illərdir radikal ritorikası ilə yadda qalan, siyasi davranışlarında qeyri-ardıcıl və manipulyativ taktikalara geniş yer verən AXCP-nin də bu prosesə cəlb olunması cəmiyyəti haqlı olaraq hiddətləndirir:

"Son aylarda barəsində cinayət işi açılan Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ifşa olunan xəyanətkarlığı ictimai müzakirələrin mərkəzində qalmaqdadır. Məlumatlara görə onun "Dövlət Şurası" adlı qeyri-rəsmi bir struktur yaratmaq niyyətində olması barədə iddialar araşdırılır. Bu iddialarda həmin strukturun formalaşdırılması, iştirakçıların seçilməsi və paralel siyasi mərkəz qurmaq cəhdləri kimi məqamlar yer alır.

Rusiya-Ukrayna müharibəsi fonunda beynəlxalq sistemdə güc balansının dəyişməsi Cənubi Qafqazda da yeni siyasi arxitektura formalaşdırıb. Azərbaycan bu mərhələdə suveren ərazilərində nəzarətin bərpası, beynəlxalq hüququn əsas prinsiplərini tətbiqi və sülh gündəliyini irəliyə aparmaqla regionun aparıcı aktorlarından birinə çevrilib. Şübhə yoxdur ki, yeni geosiyasi reallıqlarda regional çəkisi ölkə kənar maraqların mərkəzindədir.

Lakin Azərbaycan hüquqi dövlətdir və burada məsuliyyət yalnız hüquq çərçivəsində müəyyən olunur. Keçmiş statuslar, siyasi keçmiş və hər hansı yüksək vəzifə şəxsə toxunulmazlıq verə bilməz. Mövcud proseslər də təsdiqləyir ki, dövlət potensial riskləri əvvəlcədən qiymətləndirir və ehtiyac yarandıqda preventiv mexanizmlər işə salınır.

AXCP-nin uzun illərdir qarşıdurma üzərində siyasi mövcudluğunu qorumağa çalışdığı açıq-aşkardır. Son günlərdə partiya rəhbərliyi ilə bağlı araşdırmalar barədə yayılan məlumatlar da siyasi fəaliyyətin müəyyən aspektlərində qaranlıq məqamların mövcud olması barədə suallar doğurur. Burada söhbət sıravi üzvlərdən deyil, məhz rəhbər strukturdan gedir, çünki hüquqi məsuliyyət məhz qərar verən instansiyaların fəaliyyəti ilə bağlıdır.

Cənubi Qafqazda son illərdə baş verən prosesləri bir çox analitiklər "Qafqaz baharı" kimi xarakterizə edir. Bu anlayış ərəb ölkələrində yaşanan siyasi silkələnmələrin daha yumşaq forması kimi, bölgədə müxtəlif aktorların lokal gərginliklər yaratmaq planlarına işarə edir. Regionda artan geosiyasi rəqabət, informasiya müharibəsinin güclənməsi və müxtəlif siyasi qrupların xarici təsirlərə daha açıq olması bu riskləri dərinləşdirir. Azərbaycanda hökm sürən sabitlik və milli həmrəylik fonunda ölkədə belə cəhdlərin potensialı məhdud görünür, lakin radikal qüvvələrin zaman-zaman ortaya çıxan fəallığı preventiv monitorinqin aktuallığını artırır.

Bu mənada xaricdən informasiya dəstəyi alan və ya siyasi diskursunu regiondakı güc balansına uyğun şəkildə dəyişən qruplar dövlət təhlükəsizlik sisteminin diqqət mərkəzindədirlər.

Bəzi maraqlı dairələrin regionda ənənəvi olaraq "müxalifət kartı"ndan istifadə təcrübəsi mövcuddur. Azərbaycanın Qərb-Rusiya balansını qorumağa çalışdığı bir dövrdə daxili gərginlik yaratmaq cəhdləri üçün AXCP "uğurlu" vasitə kimi nəzərdən keçirilmiş ola bilər. Bu kontekstdə hansısa siyasi təşkilatın xarici təsirlərə həssaslığı məhz təhlükəsizlik baxımından qiymətləndirilməlidir. Azərbaycanda siyasi sabitliyin qorumasının təhlükəsizlik strukturları qarşısında ümdə vəzifə daşıdığını nəzərə alsaq, belə qurumların qanunazidd fəaliyyəti diqqətlə monitorinq olunur.

Azərbaycanın təhlükəsizlik strategiyası daxili sabitliyin qorunması, siyasi mühitin balanslaşdırılması və dövlət institutlarına təhdid yarada biləcək addımların vaxtında müəyyənləşdirilməsi üzərində qurulub. Xarici təsirlərə açıq ola biləcək qrupların monitorinqi, radikal fəaliyyət meyllərinin hüquqi qiymətləndirilməsi və preventiv addımların atılması bu strategiyanın ayrılmaz hissəsidir.

Regionun dəyişən geosiyasi reallıqları fonunda Azərbaycanın sabitlik xətti daha da aktuallaşır və dövlət özünün prioritet hesab etdiyi milli təhlükəsizliyin təmin olunmasını daim ön planda saxlayır. Ona görə də, dövlətçiliyin sarsıdılmasına yönələn istənilən fəaliyyətlər ifşa olunur və nəticələri hüquq müstəvisində qiymətini tapacaqdır", - deyə o fikrini yekunlaşdırıb.

Uşaq evinin sakinləri Akademik Musiqili Teatrın qonağı olub like
  • 04 Dek 12:09  
Kriminal Uşaq evinin sakinləri Akademik Musiqili Teatrın qonağı olub

Noyabrın 30-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Şarl Peronun

arrow Ətraflı
Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib  FOTO like
  • 04 Dek 12:01  
Siyasət Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Böyük

arrow Ətraflı
"O qədər dediniz ki, dodağımı balacalaşdırdım" like
  • 04 Dek 11:50  
Şou-biznes "O qədər dediniz ki, dodağımı balacalaşdırdım"

Müğənni Aysun İsmayılova görünüşü ilə bağlı edilən iradlara münas

arrow Ətraflı
Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində hökm oxundu like
  • 04 Dek 11:45  
Digərləri Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində hökm oxundu

Külli miqdarda dələduzluq etməkdə ittiham olunan "Zamin Əmlak Agentli

arrow Ətraflı
Naxçıvanda 2ci AzərbaycanTürkiyə Regional İqtisadi Forumu keçirilib  FOTO like
  • 04 Dek 11:42  
Digərləri Naxçıvanda 2ci AzərbaycanTürkiyə Regional İqtisadi Forumu keçirilib FOTO

Naxçıvanda bir araya gələn Azərbaycan və Türkiyə iş adamları sərhədy

arrow Ətraflı
VTB Qrupu bankları arasında biznes köçürmələr komissiyasız oldu like
  • 04 Dek 11:30  
Digərləri VTB Qrupu bankları arasında biznes köçürmələr komissiyasız oldu

1 dekabr 2025-ci il tarixindən 31 dekabr 2025-ci il tarixinədək VTB korporati

arrow Ətraflı
Məşhur özəl klinikaya protokol yazıldı  SƏBƏB like
  • 04 Dek 11:25  
Digərləri Məşhur özəl klinikaya protokol yazıldı SƏBƏB

Xəbər verdiyimiz kimi, "Aristokrat" klinikasında sertifikatsız sto

arrow Ətraflı
Mirzə Qədim İrəvani “Xalq Əmanəti” layihəsinin 26cı nəşrində  FOTO like
  • 04 Dek 11:15  
Digərləri Mirzə Qədim İrəvani “Xalq Əmanəti” layihəsinin 26cı nəşrində FOTO

Xalq Bankın həyata keçirdiyi "Xalq Əmanəti" layihəsinin 26-cı n

arrow Ətraflı
Bakı əvvəlki kimi küləkli deyil  SƏBƏB like
  • 04 Dek 10:52  
Digərləri Bakı əvvəlki kimi küləkli deyil SƏBƏB

Bakı əsrlər boyu "küləklər şəhəri" kimi tanınıb. Lakin son

arrow Ətraflı
"Mavi yanacaq" həsrəti bitmir  Bu kəndin sakinləri hələ də qazsız yaşayır like
  • 04 Dek 10:45  
Digərləri "Mavi yanacaq" həsrəti bitmir Bu kəndin sakinləri hələ də qazsız yaşayır

Şəmkirin Tatarlı kəndinin yeni yaşayış massivi 37 il əvvəl salınıb. A

arrow Ətraflı
Uzun müddətdir yox idi  Necati Şaşmaz aylar sonra üzə çıxdı  FOTO like
  • 04 Dek 10:40  
Şou-biznes Uzun müddətdir yox idi Necati Şaşmaz aylar sonra üzə çıxdı FOTO

Uzun müddətdir ekranlardan uzaq qalan məşhur aktyor Necati Şaşmaz yeni pay

arrow Ətraflı
“Bənzər yanğın bu binalarda olsa, onlarla insan ölər...”  FOTOlar like
  • 04 Dek 10:21  
Digərləri “Bənzər yanğın bu binalarda olsa, onlarla insan ölər...” FOTOlar

"Yasamalda yaşadığımız binanın damında icazəsiz mansard tikintilər

arrow Ətraflı
Ticarət mərkəzləri, restoranlar niyə "dolub daşır"? like
  • 04 Dek 10:00  
Digərləri Ticarət mərkəzləri, restoranlar niyə "dolub daşır"?

Dünyada çətin vəziyyət yaşanır. 2026-cı ildə iqtisadi vəziyyətin daha

arrow Ətraflı
Hərbi gəlirlərdə rekord yüksəlişi: güc bazarını kim və nə üçün yenidən qurur? like
  • 04 Dek 09:52  
Siyasət Hərbi gəlirlərdə rekord yüksəlişi: güc bazarını kim və nə üçün yenidən qurur?

Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) son hesabatına

arrow Ətraflı