Mirzə Qədim İrəvani “Xalq Əmanəti” layihəsinin 26cı nəşrində FOTO


Digərləri 04 Dek 2025 11:15:00 73 0

Mirzə Qədim İrəvani “Xalq Əmanəti” layihəsinin 26cı nəşrində  FOTO

Xalq Bankın həyata keçirdiyi "Xalq Əmanəti" layihəsinin 26-cı nəşri XIX əsrin görkəmli rəssamı, Azərbaycanın dəzgah boyakarlığının banisi, Mirzə Qədim İrəvaniyə həsr olunub.

Bu xəbəri də oxu: Ləman komadan ayıldı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd olunması ilə əlaqədar ölkəmizdə müxtəlif yubiley tədbirləri keçirilir.

M.Q.İrəvaninin həyat və yaradıcılığından bəhs edən bədii albom Azərbaycan, ingilis və rus dillərində hazırlanaraq nəfis tərtibatda nəşr edilmişdir.

Mirzə Qədim İrəvaninin əsərləri dünyanın məşhur muzeylərində və kolleksiyalarda sərgilənir. Onun yaradıcılığında Sərdar sarayını bəzəyən divar rəsmləri və rəngkarlıq əsərləri xüsusi yer tutur, günümüzə çatan əsərləri isə İrəvan diyarının və bütövlükdə Azərbaycanın mədəni irsinin mühüm tərkib hissəsini təşkil edir. 2025-ci il dekabrın 4-dən etibarən Xalq Bankın Əsas binasında yerləşən rəsm qalereyasında M.Q.İrəvaninin əsərlərindən ibarət sərgini həftəiçi 5 gün saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.

Ünvan: İnşaatçılar pr., 22 L

"Xalq Əmanəti" layihəsi ASC "Xalq" Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar - Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələri, uşaq evləri və kitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına və sənətsevərlərə hədiyyə olunur.

Bu günədək Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Tağı Tağıyev, Mikayıl Abdullayev, xalça rəssamı Lətif Kərimov, əməkdar rəssam Cahid Camal, Ələkbər Rzaquliyev, Mahmud Tağıyev, eləcə də əməkdar incəsənət xadimi Vəcihə Səmədova, Kamal Əhmədlə yanaşı, Şamo Abasov, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltaraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub.

Xalq şairləri Məmməd Araz, Hökumə Billuri, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin və Güney azərbaycan şairlərinin əsərlərindən ibarət antologiya, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin "Azərbaycan sikkələri" kitabı, "Aşıq ədəbiyyatı antologiyası" üçcildliyi, həmçinin dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində "Bütün əsərləri" işıq üzü görüb.

Bakı əvvəlki kimi küləkli deyil  SƏBƏB like
  • 04 Dek 10:52  
Digərləri Bakı əvvəlki kimi küləkli deyil SƏBƏB

Bakı əsrlər boyu "küləklər şəhəri" kimi tanınıb. Lakin son

arrow Ətraflı
"Mavi yanacaq" həsrəti bitmir  Bu kəndin sakinləri hələ də qazsız yaşayır like
  • 04 Dek 10:45  
Digərləri "Mavi yanacaq" həsrəti bitmir Bu kəndin sakinləri hələ də qazsız yaşayır

Şəmkirin Tatarlı kəndinin yeni yaşayış massivi 37 il əvvəl salınıb. A

arrow Ətraflı
Uzun müddətdir yox idi  Necati Şaşmaz aylar sonra üzə çıxdı  FOTO like
  • 04 Dek 10:40  
Şou-biznes Uzun müddətdir yox idi Necati Şaşmaz aylar sonra üzə çıxdı FOTO

Uzun müddətdir ekranlardan uzaq qalan məşhur aktyor Necati Şaşmaz yeni pay

arrow Ətraflı
“Bənzər yanğın bu binalarda olsa, onlarla insan ölər...”  FOTOlar like
  • 04 Dek 10:21  
Digərləri “Bənzər yanğın bu binalarda olsa, onlarla insan ölər...” FOTOlar

"Yasamalda yaşadığımız binanın damında icazəsiz mansard tikintilər

arrow Ətraflı
Ticarət mərkəzləri, restoranlar niyə "dolub daşır"? like
  • 04 Dek 10:00  
Digərləri Ticarət mərkəzləri, restoranlar niyə "dolub daşır"?

Dünyada çətin vəziyyət yaşanır. 2026-cı ildə iqtisadi vəziyyətin daha

arrow Ətraflı
Hərbi gəlirlərdə rekord yüksəlişi: güc bazarını kim və nə üçün yenidən qurur? like
  • 04 Dek 09:52  
Siyasət Hərbi gəlirlərdə rekord yüksəlişi: güc bazarını kim və nə üçün yenidən qurur?

Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) son hesabatına

arrow Ətraflı
Nazir rəisi işdən çıxardı  İki təyinat etdi like
  • 04 Dek 09:44  
Digərləri Nazir rəisi işdən çıxardı İki təyinat etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətin

arrow Ətraflı
Elgiz ilk dəfə qızının otağını GÖSTƏRDİ like
  • 04 Dek 09:32  
Şou-biznes Elgiz ilk dəfə qızının otağını GÖSTƏRDİ

Aparıcı Elgiz Əkbərin evindən görüntülərlər diqqət çəkib.

arrow Ətraflı
Mikroavtobus su kanalına AŞDI  çox sayda yaralı var like
  • 04 Dek 09:25  
Digərləri Mikroavtobus su kanalına AŞDI çox sayda yaralı var

Şəmkirdə mikroavtobus su kanalına aşıb.

arrow Ətraflı
Rubl və avro bahalaşdı, dollar isə... like
  • 04 Dek 09:20  
Digərləri Rubl və avro bahalaşdı, dollar isə...

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Kağız dəsmal alarkən diqqət  İçində olan bu 3 maddə xərçəng yaradır like
  • 04 Dek 09:15  
Digərləri Kağız dəsmal alarkən diqqət İçində olan bu 3 maddə xərçəng yaradır

Gündəlik istifadədə ən zərərsiz görünən məhsullardan biri hesab edil�

arrow Ətraflı
Mərdəkan 6 saat işıqsız qalacaq like
  • 04 Dek 09:05  
Digərləri Mərdəkan 6 saat işıqsız qalacaq

Mərdəkan qəsəbəsinin bir hissəsində yenidənqurma işləri ilə əlaqəda

arrow Ətraflı
Dekabrda 3 bürc bəxtəvər olacaq like
  • 04 Dek 08:42  
Digərləri Dekabrda 3 bürc bəxtəvər olacaq

Dekabrın 5-də baş verəcək Tam Ay bir neçə bürc üçün xoş maliyyə sü

arrow Ətraflı
“Ərdoğana görə boşanmağımızı bir il təxirə saldıq” like
  • 04 Dek 08:08  
Digərləri “Ərdoğana görə boşanmağımızı bir il təxirə saldıq”

Məşhur müğənni Sinan Akçıl Burcu Kıratlı ilə boşanma müddəti ilə

arrow Ətraflı