Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib FOTO


Siyasət 04 Dek 2025 12:01:00 71 0

Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul edib.

Son.az xəbər verir ki, Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu bildirən qonaq ilk növbədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin salamlarını dövlətimizin başçısına çatdırdı.

Lord Vernon Koaker ölkələrimiz arasında dostluq və etimada əsaslanan münasibətləri qeyd edərək əlaqələrimizin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdirilməsində maraqlı olduqlarını vurğuladı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev Kir Starmerin COP29-da iştirakını və onunla görüşünü məmnunluqla xatırladı.

İkitərəfli münasibətlərimizin zəngin tarixinin olduğunu deyən dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın enerji sektorundan başladığını və daha sonra bir çox sahələri əhatə etdiyini vurğuladı. Prezident İlham Əliyev ticarət, investisiya və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu dedi. Dövlətimizin başçısı hazırda ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifənin açılmasına toxunaraq, bunu qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirdi.

Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş nəticələr münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirərək, bütün bunların tarixi əhəmiyyət daşıdığını vurğuladı və bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi roluna toxundu. Dövlətimizin başçısı sülh gündəliyinin təşəbbüskarının məhz Azərbaycan olduğunu dedi və onun irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini vurğuladı.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

"O qədər dediniz ki, dodağımı balacalaşdırdım" like
  • 04 Dek 11:50  
Şou-biznes "O qədər dediniz ki, dodağımı balacalaşdırdım"

Müğənni Aysun İsmayılova görünüşü ilə bağlı edilən iradlara münas

arrow Ətraflı
Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində hökm oxundu like
  • 04 Dek 11:45  
Digərləri Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində hökm oxundu

Külli miqdarda dələduzluq etməkdə ittiham olunan "Zamin Əmlak Agentli

arrow Ətraflı
Naxçıvanda 2ci AzərbaycanTürkiyə Regional İqtisadi Forumu keçirilib  FOTO like
  • 04 Dek 11:42  
Digərləri Naxçıvanda 2ci AzərbaycanTürkiyə Regional İqtisadi Forumu keçirilib FOTO

Naxçıvanda bir araya gələn Azərbaycan və Türkiyə iş adamları sərhədy

arrow Ətraflı
VTB Qrupu bankları arasında biznes köçürmələr komissiyasız oldu like
  • 04 Dek 11:30  
Digərləri VTB Qrupu bankları arasında biznes köçürmələr komissiyasız oldu

1 dekabr 2025-ci il tarixindən 31 dekabr 2025-ci il tarixinədək VTB korporati

arrow Ətraflı
Məşhur özəl klinikaya protokol yazıldı  SƏBƏB like
  • 04 Dek 11:25  
Digərləri Məşhur özəl klinikaya protokol yazıldı SƏBƏB

Xəbər verdiyimiz kimi, "Aristokrat" klinikasında sertifikatsız sto

arrow Ətraflı
Mirzə Qədim İrəvani “Xalq Əmanəti” layihəsinin 26cı nəşrində  FOTO like
  • 04 Dek 11:15  
Digərləri Mirzə Qədim İrəvani “Xalq Əmanəti” layihəsinin 26cı nəşrində FOTO

Xalq Bankın həyata keçirdiyi "Xalq Əmanəti" layihəsinin 26-cı n

arrow Ətraflı
Bakı əvvəlki kimi küləkli deyil  SƏBƏB like
  • 04 Dek 10:52  
Digərləri Bakı əvvəlki kimi küləkli deyil SƏBƏB

Bakı əsrlər boyu "küləklər şəhəri" kimi tanınıb. Lakin son

arrow Ətraflı
"Mavi yanacaq" həsrəti bitmir  Bu kəndin sakinləri hələ də qazsız yaşayır like
  • 04 Dek 10:45  
Digərləri "Mavi yanacaq" həsrəti bitmir Bu kəndin sakinləri hələ də qazsız yaşayır

Şəmkirin Tatarlı kəndinin yeni yaşayış massivi 37 il əvvəl salınıb. A

arrow Ətraflı
Uzun müddətdir yox idi  Necati Şaşmaz aylar sonra üzə çıxdı  FOTO like
  • 04 Dek 10:40  
Şou-biznes Uzun müddətdir yox idi Necati Şaşmaz aylar sonra üzə çıxdı FOTO

Uzun müddətdir ekranlardan uzaq qalan məşhur aktyor Necati Şaşmaz yeni pay

arrow Ətraflı
“Bənzər yanğın bu binalarda olsa, onlarla insan ölər...”  FOTOlar like
  • 04 Dek 10:21  
Digərləri “Bənzər yanğın bu binalarda olsa, onlarla insan ölər...” FOTOlar

"Yasamalda yaşadığımız binanın damında icazəsiz mansard tikintilər

arrow Ətraflı
Ticarət mərkəzləri, restoranlar niyə "dolub daşır"? like
  • 04 Dek 10:00  
Digərləri Ticarət mərkəzləri, restoranlar niyə "dolub daşır"?

Dünyada çətin vəziyyət yaşanır. 2026-cı ildə iqtisadi vəziyyətin daha

arrow Ətraflı
Hərbi gəlirlərdə rekord yüksəlişi: güc bazarını kim və nə üçün yenidən qurur? like
  • 04 Dek 09:52  
Siyasət Hərbi gəlirlərdə rekord yüksəlişi: güc bazarını kim və nə üçün yenidən qurur?

Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) son hesabatına

arrow Ətraflı
Nazir rəisi işdən çıxardı  İki təyinat etdi like
  • 04 Dek 09:44  
Digərləri Nazir rəisi işdən çıxardı İki təyinat etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətin

arrow Ətraflı
Elgiz ilk dəfə qızının otağını GÖSTƏRDİ like
  • 04 Dek 09:32  
Şou-biznes Elgiz ilk dəfə qızının otağını GÖSTƏRDİ

Aparıcı Elgiz Əkbərin evindən görüntülərlər diqqət çəkib.

arrow Ətraflı