“Şamaxinka”da nəqliyyat sxemi dəyişdirilir YENİLİK VİDEO


Digərləri 28 Noy 2025 10:30:00 45 0

“Şamaxinka”da nəqliyyat sxemi dəyişdirilir  YENİLİK  VİDEO

Nəqliyyat axınlarının nizamlanması və yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Moskva prospektinin "Şamaxinka" adlanan yol sahəsində hərəkətin təşkilində dəyişikliklər edilir.

Son.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, 20 Yanvar küçəsinin Moskva prospekti və Asif Məhərrəmov küçəsi arasındakı hissəsində iki yol sahəsi mövcud olduğuna baxmayaraq biri istifadə olunmadığından kəsişmənin tutumu və buraxıcılıq qabiliyyəti aşağı düşür. İstifadəsiz qalan yol sahəsində isə mövcud qanunsuz parklanma halları hərəkət iştirakçılarının nizamlı və fasiləsiz hərəkətinə ciddi maneə yaradır.

Eyni zamanda, Moskva prospektinin "Şamaxinka" adlanan ərazisində hər iki istiqamət üzrə mövcud olan geriyədönmə yerlərindən istifadə edən nəqliyyat vasitələrinin və prospekt üzrə əsas axında hərəkət edən avtomobillərin trayektoriyası toqquşur. Bu nöqtələrdə hərəkət yalnız yol nişanları ilə tənzimlənir.

Nəticədə geriyədönmə edən avtomobillər əsas axına daxil olarkən yolda ciddi maneə və sıxlıq yaranır, zolaq dəyişən sürücülər və əsas istiqamətdə hərəkət edən nəqliyyat vasitələri arasında toqquşma riski artır. Pik saatlarda isə prospektin bu hissəsində axın sürəti əhəmiyyətli dərəcədə azalır.

Layihə hazırlanarkən "Rəqəmsal əkiz" üzərindən simulyasiyalar aparılıb.

Reallaşdırılan layihəyə əsasən, 20 Yanvar və Asif Məhərrəmov küçələrinin kəsişməsində nəqliyyat adacıqları təşkil ediləcək. Beləliklə, 20 Yanvar küçəsinin Moskva prospekti və Asif Məhərrəmov küçəsi arasındakı və ona paralel hissədə birtərəfli hərəkət təmin olunacaq. Bununla da həmin yol sahəsinin səmərəliliyi dəfələrlə artacaq, kəsişmənin buraxıcılıq qabiliyyəti yüksələcək. Dəyişikliklər nəticəsində 20 Yanvar küçəsinə paralel yerləşən küçədə mövcud qanunsuz parklanma halları aradan qaldırılacaq və 4-cü mikrorayondan Moskva prospekti istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri bu yola yönləndiriləcək.

Layihənin icrası ilə Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyi işıqforla tənzimlənəcək.

Sözügedən yol sahəsində dayanacaq məntəqələrinin yerinin optimallaşdırılması da həyata keçiriləcək.


Xəbərə aid fotolar

Ramiz Mehdiyevlə Fatma Abdullazadə Tofiq Hacıyevə necə mane olmuşdular... like
  • 28 Noy 10:24  
Digərləri Ramiz Mehdiyevlə Fatma Abdullazadə Tofiq Hacıyevə necə mane olmuşdular...

Azərbaycan dilçilik elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, f

arrow Ətraflı
Honq Konqda ölənlərin sayı 94ə çatdı  40 saatdır söndürə bilmirlər...  FOTO like
  • 28 Noy 10:20  
Dünya Honq Konqda ölənlərin sayı 94ə çatdı 40 saatdır söndürə bilmirlər... FOTO

Çinin Honkonq Xüsusi İnzibati Bölgəsinin Tay Po rayonunda yerləşən böy�

arrow Ətraflı
Lerikin bəzi kəndləri işıqsız qalacaq like
  • 28 Noy 09:58  
Digərləri Lerikin bəzi kəndləri işıqsız qalacaq

Bu gün Lerik rayonunun bir sıra yaşayış məntəqələrində elektrik təchi

arrow Ətraflı
Azərbaycanda dabaq xəstəliyinin yeni növü yayılır?  AÇIQLAMA like
  • 28 Noy 09:58  
Digərləri Azərbaycanda dabaq xəstəliyinin yeni növü yayılır? AÇIQLAMA

Türkiyə və İraqda dabaq xəstəliyinin yeni tipi yayılıb.

arrow Ətraflı
Qanunsuz qumar şəbəkəsinə bank kartı satan 8 nəfər tutuldu like
  • 28 Noy 09:51  
Digərləri Qanunsuz qumar şəbəkəsinə bank kartı satan 8 nəfər tutuldu

Sosial şəbəkələrdə qanunsuz olaraq təşkil edilən onlayn qumar və mərc

arrow Ətraflı
II kurs tələbəsi xərçəngdən vəfat etdi like
  • 28 Noy 09:24  
Digərləri II kurs tələbəsi xərçəngdən vəfat etdi

II kurs tələbəsi xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib.

arrow Ətraflı
Lirə, avro ucuzlaşdı, rubl isə bahalaşdı  Bəs dollar?  RƏSMİ like
  • 28 Noy 09:23  
Digərləri Lirə, avro ucuzlaşdı, rubl isə bahalaşdı Bəs dollar? RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Nə çuğundur, nə brokoli, nə də ispanaq: Dünyanın ən sağlam tərəvəzi açıqlandı like
  • 28 Noy 08:41  
Digərləri Nə çuğundur, nə brokoli, nə də ispanaq: Dünyanın ən sağlam tərəvəzi açıqlandı

Meyvə və tərəvəzlərlə bağlı aparılan araşdırmaya görə ən sağlam

arrow Ətraflı
Məşhur diyetoloqun tətbiq etdiyi 80/20 qaydası: “Bir günüm belə şirniyyatsız keçmir” like
  • 28 Noy 08:08  
Digərləri Məşhur diyetoloqun tətbiq etdiyi 80/20 qaydası: “Bir günüm belə şirniyyatsız keçmir”

ABŞ-li diyetoloq Maddi Paskuariello hər gün şirniyyat yesə də formada qalm

arrow Ətraflı
Batareya ömrünü ən azı 5 il azalda bilər  Diqqət like
  • 28 Noy 07:07  
Digərləri Batareya ömrünü ən azı 5 il azalda bilər Diqqət

Mütəxəssislər xəbərdarlıq edirlər ki, smartfonları gecə saat 12:00-05:

arrow Ətraflı
Beyin 32 yaşa qədər yeniyetmə dövründə qalırmış like
  • 28 Noy 06:06  
Digərləri Beyin 32 yaşa qədər yeniyetmə dövründə qalırmış

4 min nəfərin beyin hüceyrələri arasındakı əlaqələr araşdırılıb.

arrow Ətraflı
Gündə 4 fincan içmək qocalmanı yavaşladır like
  • 28 Noy 05:05  
Digərləri Gündə 4 fincan içmək qocalmanı yavaşladır

Norveçdə aparılan yeni araşdırma göstərir ki, gündə üç-dörd fincan q

arrow Ətraflı