Honq Konqda ölənlərin sayı 94ə çatdı 40 saatdır söndürə bilmirlər... FOTO
Dünya 28 Noy 2025 10:20:00 46 0
Çinin Honkonq Xüsusi İnzibati Bölgəsinin Tay Po rayonunda yerləşən böyük yaşayış kompleksində dəhşətli yanğın nəticəsində həyatını itirənlərin sayı 94-ə yüksəlib.
Bu xəbəri də oxu: Ölübölməyəcəyini yoxlamaq üçün çoxlu burqer yedi, öldü FOTO
Son.az xəbər verir ki, təxminən 4000 nəfərin yaşadığı Vanq Fuk Kompleksində yanğının söndürülməsi üzrə əməliyyatlar artıq 40 saatdan çoxdur ki, fasiləsiz davam edir.
Honkonq Yanğından Mühafizə İdarəsinin məlumatına görə, hadisə zamanı həyatını itirənlər arasında bir yanğınsöndürən də var. Bundan əlavə, 76 nəfər - o cümlədən 11 yanğınsöndürən - müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə baş verdikdən sonra xilasedicilər kompleksdə qalan sakinlərdən daxil olan 25 təcili yardım çağırışına cavab verə bilmədiklərini bildiriblər. Yanğının miqyası və sıx məskunlaşma xilasedicilərin işini çətinləşdirib.
Xatırladaq ki, 26 noyabr, saat 12:00 radələrində Vanq Fuk Kompleksinin xarici hissəsində təmir məqsədilə quraşdırılan bambuk tezalışan izolyasiya materiallarının alışması yanğının sürətlə yayılmasına səbəb olub. 1900-dən çox mənzilə sahib kompleks qısa müddətdə alova bürünüb.
Hadisə ilə bağlı polis təmir işlərinə cavabdeh olan şirkətin iki menecerini və bir məsləhətçi mühəndisini "səhlənkarlıqdan ölümə səbəb olmaq" ittihamı ilə saxlayıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Fidan Son.az
Bu gün Lerik rayonunun bir sıra yaşayış məntəqələrində elektrik təchi
Türkiyə və İraqda dabaq xəstəliyinin yeni tipi yayılıb.
Sosial şəbəkələrdə qanunsuz olaraq təşkil edilən onlayn qumar və mərc
II kurs tələbəsi xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib.
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Texnologiyanın cəlbediciliyi getdikcə artdıqca uşaqların telefon və plan�
Meyvə və tərəvəzlərlə bağlı aparılan araşdırmaya görə ən sağlam
ABŞ-li diyetoloq Maddi Paskuariello hər gün şirniyyat yesə də formada qalm
Mütəxəssislər xəbərdarlıq edirlər ki, smartfonları gecə saat 12:00-05:
4 min nəfərin beyin hüceyrələri arasındakı əlaqələr araşdırılıb.
Norveçdə aparılan yeni araşdırma göstərir ki, gündə üç-dörd fincan q
Artıq lazım olmayan geyim alışını dayandırmaq üçün ağıllı və planl
Fon rejimində işləyən televizor uşaqlar üçün zərərlidir.
Alimlər kvant dünyanın düşündüyümüzdən daha qəribə olduğunu açıql
Bu gün demək olar ki, bütün asansörlərdə gördüyümüz güzgülər əsli
