9 il və 139 cəhddən sonra sürücülük imtahanından keçdi


Dünya 27 Mar 2026 01:02:00 79 0

9 il və 139 cəhddən sonra sürücülük imtahanından keçdi

Polşanın Tarnuv şəhərində bir yerli sakin israrı ilə diqqət çəkib: o, 9 il ərzində uğursuz cəhdlərdən sonra yalnız 139-cu dəfə sürücülük üzrə nəzəri imtahandan keçə bilib.

Son.az xarici KİV-ə istinadla bildirir ki, Polşada, digər Avropa ölkələrinin əksəriyyətində olduğu kimi, namizədlər əvvəlcə kompüter əsaslı nəzəri testi keçməli, yalnız bundan sonra praktiki imtahana buraxılırlar. Adətən uğur qazanmaq üçün 1-3 cəhd kifayət edir, lakin bu hadisə istisna hal kimi qiymətləndirilir.

Qeyri-adi hadisə barədə yerli yol hərəkəti mərkəzi məlumat yayıb. Onların bildirdiyinə görə, həmin şəxs 2017-ci ildən etibarən imtahan verməyə çalışıb və imtahan rüsumlarına təxminən 1800 avro xərcləyib.

Mərkəzin direktoru Pavel Gurgul namizədin israrını vurğulayaraq deyib: "Bu insan təslim olmadı və imtahanı verməyə davam etdi. Bu isə sürücülük vəsiqəsinin onun üçün nə qədər vacib olduğunu göstərir".

Pavel Gurgulun sözlərinə görə, çoxsaylı uğursuzluqların əsas səbəbi yanlış hazırlıq olub.

"О testlərin demo versiyasından istifadə edirdi və bu versiya bütün mümkün sualları əhatə etmirdi", - deyə o izah edib.

Tam versiyaya keçdikdən sonra vəziyyət dəyişməyə başlayıb: "O, getdikcə daha az bal itirirdi və nəhayət imtahandan keçə bildi", - deyə direktor əlavə edib.

Hazırda həmin şəxs növbəti mərhələyə - praktiki imtahana hazırlaşır. Əgər bu mərhələni keçə bilməsə, nəzəri imtahanı yenidən verməli olacaq.

Bütün bu qədər çox cəhdə baxmayaraq, bu hadisə rekord sayılmır. Polşa KİV-ləri Pyotrkuv Trybunalski şəhərindən olan bir sürücünün 17 il ərzində nəzəri imtahanı 163 dəfə verdiyini də xəbər vermişdi. (Lent.az)

Yuxuya tez getməyə hansı divar rəngi kömək edir? like
  • 27 Mar 00:01  
Digərləri Yuxuya tez getməyə hansı divar rəngi kömək edir?

Bir çox insan yuxunu yaxşılaşdırmaq üçün yastıq, döşək və aromalara

arrow Ətraflı
Müharibədə ölən iranlıların sayı açıqlanıb like
  • 26 Mar 23:45  
Digərləri Müharibədə ölən iranlıların sayı açıqlanıb

İranda ABŞ-İsrail hücumlarında ölənlərin sayı 1937-yə çatıb.

arrow Ətraflı
Türkiyə XİN Qara dənizdə tankerə dron hücumu ilə bağlı bəyanat yayıb like
  • 26 Mar 23:32  
Digərləri Türkiyə XİN Qara dənizdə tankerə dron hücumu ilə bağlı bəyanat yayıb

Qara dənizdə türk tankerinə edilən dron hücumu ilə bağlı Türkiyənin X

arrow Ətraflı
MÜSİADın keçmiş prezidenti həbs edildi like
  • 26 Mar 23:26  
Digərləri MÜSİADın keçmiş prezidenti həbs edildi

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) keçmiş prezid

arrow Ətraflı
Azərbaycana təhlükəli arılar gətirilib like
  • 26 Mar 23:15  
Digərləri Azərbaycana təhlükəli arılar gətirilib

Özbəkistandan Azərbaycana bir tır gənələrlə yoluxmuş arılar gətirilib

arrow Ətraflı
"Toyda bunu etmək tərbiyəsizlikdir" like
  • 26 Mar 23:00  
Şou-biznes "Toyda bunu etmək tərbiyəsizlikdir"

"Toyda biləndəki filan müğənni də gələcək, onun mahnısını oxuma

arrow Ətraflı
"Xanımlar, əcaib görünürsünüz, sonunuz hara gedir?" like
  • 26 Mar 22:44  
Şou-biznes "Xanımlar, əcaib görünürsünüz, sonunuz hara gedir?"

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyat etdirən qadınları t�

arrow Ətraflı
"Özlərini "böyük xanəndə" adlandırmasınlar" like
  • 26 Mar 22:30  
Şou-biznes "Özlərini "böyük xanəndə" adlandırmasınlar"

"Estrada müğənniləri muğama həvəs göstərirlərsə, bunu alqışlam

arrow Ətraflı
Maduro və həyat yoldaşının ikinci məhkəmə prosesi başlayıb like
  • 26 Mar 22:00  
Dünya Maduro və həyat yoldaşının ikinci məhkəmə prosesi başlayıb

ABŞ-da Venesuela prezidenti Nikolas Maduronun ikinci məhkəmə prosesi başlay

arrow Ətraflı
Ermənistanda üç hərbçi bıçaqlanıb like
  • 26 Mar 21:44  
Digərləri Ermənistanda üç hərbçi bıçaqlanıb

Ermənistanın Vardenis rayonunda ehtiyatda olan üç hərbçi bıçaqlanıb.

arrow Ətraflı
Bakıda doğulan Xalq artisti onları məhkəməyə verdi: like
  • 26 Mar 21:31  
Kriminal Bakıda doğulan Xalq artisti onları məhkəməyə verdi:

Martın 31-də Moskvanın Balaşixa Şəhər Məhkəməsi Bakıda doğulan Rusi

arrow Ətraflı
"Qanuni oğru" olduğu üçün həbs olundu, şikayəti də RƏDD EDİLDİ like
  • 26 Mar 21:15  
Digərləri "Qanuni oğru" olduğu üçün həbs olundu, şikayəti də RƏDD EDİLDİ

Martın 24-də Rusiyada Ümumi yurisdiksiya üzrə İkinci Apellyasiya Məhkəm�

arrow Ətraflı
İrandan ABŞnin razılaşma təklifinə like
  • 26 Mar 21:00  
Dünya İrandan ABŞnin razılaşma təklifinə

İran ABŞ-nin 15 maddədən ibarət təklifinə rəsmi cavab göndərib. 

arrow Ətraflı
Bakıda silahlı insident: like
  • 26 Mar 20:34  
Digərləri Bakıda silahlı insident:

Bu gün axşam saatlarında Xəzər rayonu Zirə qəsəbəsi ərazisində münaq

arrow Ətraflı
Bu yollarda tıxac var like
  • 26 Mar 20:15  
Digərləri Bu yollarda tıxac var

Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

arrow Ətraflı