Məşhur diyetoloqun tətbiq etdiyi 80/20 qaydası: “Bir günüm belə şirniyyatsız keçmir”


Digərləri 28 Noy 2025 08:08:00 67 0

Məşhur diyetoloqun tətbiq etdiyi 80/20 qaydası: “Bir günüm belə şirniyyatsız keçmir”

ABŞ-li diyetoloq Maddi Paskuariello hər gün şirniyyat yesə də formada qalmasına imkan verən və öz həyatında da tətbiq etdiyi 80/20 qaydasını izah edib.

Son.az xəbər verir ki, Maddi Paskuariellonun Instagram paylaşımlarının böyük hissəsini salatlar, dənli taxıl kasaları və meyvələrlə bəzədilmiş yulaf sıyıqları təşkil edir.

Amma ara-sıra üzəri souslu bulkalar, darçınlı şirniyyatlar və ya pendirli pizzalar da paylaşımlarında görünür. 32 yaşlı diyetoloq Business Insider-ə açıqlamasında bu paylaşımların qida ilə münasibətini əks etdirdiyini deyib.

Paskuariello açıqlamasında belə deyib: "Mən ümumi olaraq 80/20 yanaşmasını izləyirəm və bunun bir çox insan üçün çox yaxşı nəticə verdiyini düşünürəm."

Məşhurlar və qidalanma mütəxəssisləri tərəfindən də tətbiq olunan bu yanaşmada:

Qidaların 80%-i evdə hazırlanan və ya evdə hazırlanmasının asan olduğu emal edilməmiş məhsullardan ibarət olur.

Qalan 20%-i isə daha çox zövq verən, bəzən kalorisi yüksək olan "ləzzət xətrinə" qidalardan ibarətdir.

Diyetoloq yeməklərinin çoxunu evdə hazırladığı üçün yağ, duz və şəkər miqdarını tam nəzarətdə saxlaya bildiyini, emal olunmuş məhsulların yerinə təravətli meyvə-tərəvəzlər istifadə etdiyini deyib və əlavə edib: "Sağlam vərdişlərə sıfırdan başlayırsınızsa, özünüz üçün daha çox yemək bişirmək əla başlanğıc nöqtəsidir."

Paskuariello bildirir ki, həm özü, həm də bir çox insan üçün "tam qadağa" yanaşması çox məhdudlaşdırıcıdır: "Qidalanmamın 20%-i dondurma, ara-sıra kartof qızartması, dostlarla içilən kokteyl kimi ruhu bəsləyən şeylərdir."

Çox aktiv bir həyat tərzi sürdüyünü deyən diyetoloq hər gün kifayət qədər protein və lif almağa çalışdığını, amma şirniyyatdan heç vaxt vazkeçmədiyini də vurğulayıb.

Səhər saat 5-6 arası məşq üçün oyanan Paskuariello sürətli enerji üçün adətən düyü çörəyi və ya yarım banan üzərinə fıstıq yağı yeyir.

Həftədə 3-4 dəfə ağır çəkili məşqlər edir, digər günlərdə qaçır, uzun gəzintilərə çıxır və ya pilates kimi dərslərə qatılır.

O, məşqlərinin əsasının proqressiv yüklənmə olduğunu və nəticə almaq üçün kifayət qədər protein qəbul etməyin vacibliyini qeyd edir: "Belə idmandan sonra kifayət qədər protein almasanız, uğur qazana bilməzsiniz."

Məşqdən sonra isə meyvə ilə bəzədilmiş yulaf, şəkərsiz yoğurt və ya çia pudingi kimi yüksək zülallı və lifli səhər yeməyi seçir.

Bəzən yumurtalı muffindən və ya yumurtalı dürümdən də istifadə edir: "Hər iki seçim günə bol proteinlə başlamaq üçün əladır."

O, adətən naharda əvvəlcədən hazırladığı şorba, güveç və ya salat yeyir. Ən çox isə kinoa, sobada bişmiş tərəvəzlər, çiy tərəvəzlər, toyuq və ya tofu kimi yağsız protein, sous və qabıqlı toxumlarla hazırladığı taxıl qablarını seçir.

Axşam yeməyini də əsasən evdə hazırlayan diyetoloq, daha az doymuş yağ olduğu üçün toyuq və ya balığı seçdiyini, yanında çoxlu yaşıl tərəvəzlər yediyini qeyd edib.

Paskuariello hər gün şirniyyat yediyini deyib: "Mən şirniyyata çox düşkünəm. Yatmazdan əvvəl şirniyyat yeməsəm, nə edərəm bilmirəm."

Bəzən meyvəli yoğurt, bəzən də dondurma yeyir.

Onun fikrincə, sağlam olmaq təkcə idman və lifli qidalarla məhdudlaşmır - insanın emosional rifahı da bir o qədər vacibdir:

"Uzun qaçışdan sonra tort yeməyi sevirəm. Özümü və ya başqasını bu xüsusi anlardan məhrum etmək istəmirəm." Lalə Qüdrətova Son.az

Batareya ömrünü ən azı 5 il azalda bilər  Diqqət like
  • 28 Noy 07:07  
Digərləri Batareya ömrünü ən azı 5 il azalda bilər Diqqət

Mütəxəssislər xəbərdarlıq edirlər ki, smartfonları gecə saat 12:00-05:

arrow Ətraflı
Beyin 32 yaşa qədər yeniyetmə dövründə qalırmış like
  • 28 Noy 06:06  
Digərləri Beyin 32 yaşa qədər yeniyetmə dövründə qalırmış

4 min nəfərin beyin hüceyrələri arasındakı əlaqələr araşdırılıb.

arrow Ətraflı
Gündə 4 fincan içmək qocalmanı yavaşladır like
  • 28 Noy 05:05  
Digərləri Gündə 4 fincan içmək qocalmanı yavaşladır

Norveçdə aparılan yeni araşdırma göstərir ki, gündə üç-dörd fincan q

arrow Ətraflı
Nəyisə almaq eşqinə düşəndə 24 saat gözləyin  Ekspertdən qızıl qayda like
  • 28 Noy 03:03  
Digərləri Nəyisə almaq eşqinə düşəndə 24 saat gözləyin Ekspertdən qızıl qayda

Artıq lazım olmayan geyim alışını dayandırmaq üçün ağıllı və planl

arrow Ətraflı
Uşaq olan evə televizor düşməndir  Nevroloq like
  • 28 Noy 02:02  
Digərləri Uşaq olan evə televizor düşməndir Nevroloq

Fon rejimində işləyən televizor uşaqlar üçün zərərlidir.

arrow Ətraflı
Kvant dünyası düşündüyümüzdən daha sərhədsiz imiş like
  • 28 Noy 01:01  
Digərləri Kvant dünyası düşündüyümüzdən daha sərhədsiz imiş

Alimlər kvant dünyanın düşündüyümüzdən daha qəribə olduğunu açıql

arrow Ətraflı
Liftlər niyə həmişə güzgülü olur?  səbəbi varmış like
  • 28 Noy 00:47  
Digərləri Liftlər niyə həmişə güzgülü olur? səbəbi varmış

Bu gün demək olar ki, bütün asansörlərdə gördüyümüz güzgülər əsli

arrow Ətraflı
Paltaruyanda qənaətli yuma sirləri: Ən çox edilən səhvlər like
  • 28 Noy 00:33  
Digərləri Paltaruyanda qənaətli yuma sirləri: Ən çox edilən səhvlər

Paltaryuyan maşın il ərzində yüzlərlə dəfə işləyir və bu həm enerji

arrow Ətraflı
Şabranda sürüşmə fəallaşıb, evlər təhlükə altındadır like
  • 28 Noy 00:19  
Digərləri Şabranda sürüşmə fəallaşıb, evlər təhlükə altındadır

Şabran şəhərində, Şabrançayın kənarında torpaq sürüşməsi təhlük�

arrow Ətraflı
“Qazandığımız təkərə gedir” like
  • 28 Noy 00:14  
Digərləri “Qazandığımız təkərə gedir”

Bakı Dairəvi yolunun "Sədərək" Ticarət Mərkəzi istiqamətində

arrow Ətraflı
Qonşuda hava kəskin dəyişir like
  • 28 Noy 00:12  
Digərləri Qonşuda hava kəskin dəyişir

Türkiyəni soyuq qış gözləyir. Tezliklə havanın temperaturu aşağı dü�

arrow Ətraflı
Yayım tarixi bəlli oldu like
  • 28 Noy 00:09  
Şou-biznes Yayım tarixi bəlli oldu

Show TV-nin yeni serialı "Rüya Gibi"nin yayımlanma tarixi açıqlan

arrow Ətraflı
Günün qoroskopu: İş və məsuliyyət tələb edən fəaliyyətlər uğur gətirəcək like
  • 28 Noy 00:01  
Digərləri Günün qoroskopu: İş və məsuliyyət tələb edən fəaliyyətlər uğur gətirəcək

Son.az 28 noyabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:

arrow Ətraflı
Məşhur aktrisa narkotikə görə həbs edildi like
  • 27 Noy 23:55  
Digərləri Məşhur aktrisa narkotikə görə həbs edildi

Rusiyanın Domodedovo Şəhər Məhkəməsi aktrisa Aqlaya Tarasova barəsində

arrow Ətraflı
Yaponlar bir avtomobilin alınıbalınmayacağını cəmi 5 dəqiqəyə anlayırlar: Bu da həmin üsul like
  • 27 Noy 23:48  
Digərləri Yaponlar bir avtomobilin alınıbalınmayacağını cəmi 5 dəqiqəyə anlayırlar: Bu da həmin üsul

Yapon sürücülər bu sürətli və effektiv sistem sayəsində, hətta böyük

arrow Ətraflı