"Fransız diplomatları bizi dost yox , mənbə hesab edirdilər" Martin Ryan məhkəmədə


Siyasət 03 Okt 2025 10:41:00 164 0

"Fransız diplomatları bizi dost yox , mənbə hesab edirdilər"  Martin Ryan məhkəmədə

Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən proses Azad Məmmədlinin ibtidai istintaqa verdiyi ifadəsinin elan olunması ilə davam edib. O, ifadəsində Fransa səfirliyinin əməkdaşı Frederik Devos ilə telefon danışığında görüş təyin etdiyini, amma səbəbini xatırlamadığını bildirib. A.Məmmədli Frederik Devosa CV göndərib. Frederik onu fransız şirkətində işlə təmin edəcəyi ilə bağlı vəd verib.

Digər bir yazışmada Martin Ryan Azad Məmmədliyə deyib ki, klaviaturası işləmədiyi üçün Fransa səfirliyinin digər əməkdaşı Loran Lödit ona səfirlikdən klaviatura və siçan hədiyyə edib. Hədiyyə edərkən bildirib ki, səfirlikdə işlədilməyən çox texnika var. Azad Məmmədlinin bu zaman paranoyası başlayıb. O, fransız diplomatların onları mənbə hesab etdiyini və Loran Löditin həmin əşyalara dinləmə cihazı və ya gizli kamera yerləşdirə biləcəyini düşünüb. O, Martinə bir-birini əvəzləyən fransız diplomatların onları dost kimi deyil, mənbə kimi gördüyünü də söyləyib: "Biz digər insanlardan fərqliyik. Biz Azərbaycanın geosiyasi vəziyyətindən məlumatlıyıq və hətta onları təhlil edib məlumat da verə bilirik".

Yazışmanın ardında Martin Azada evində izləmə cihazı ola biləcəyindən şübhələndiyini də bildirib. Ona bu məsələni mütəxəssislə dəqiqləşdirməsi təklif olunub. A.Məmmədli Martinin dediklərinin gizlin yazılmasının belə onun üçün xəyanət sayıla biləcəyini də əlavə edib.

Azad Məmmədli Martin Ryandan Fransa səfirliyindən hansısa xeyir əldə edə bilib-bilməyəcəyini soruşub. M.Ryan indiki vaxtda bunun təhlükəli olduğunu deyib.

Söhbətin davamında Martin Ryan Azad Məmmədliyə kəşfiyyatçı Loran Qrardın "Siqnal" yazışma proqramı vasitəsilə Qarabağda antiterror əməliyyatı ilə bağlı informasiya almaq istəyə biləcəyini söyləyib. Lakin bundan əmin ola bilməyib. Çünki həmin vaxt o, daha öncə istifadə etdiyi "Siqnal" tətbiqini silib.

Digər danışıqlarında təqsirləndirilən şəxslər bir-birlərinə Azərbaycanın İranla və ABŞ-la münasibətləri, USAİD-in bağlanmasının ölkədə yarada biləcəyi nəticələrlə bağlı dediklərindən və DTX tərəfindən izlənmə qorxusu olduğundan bəhs edib.

Azad Məmmədlinin ifadəsinin tam elan olunması yekunlaşıb. O, ifadəsini təsdiqləyib və bildirib: "İfadəmdə dediyim kimi, mən agent olmamışam, mənbə olmuşam".

Növbəti iclas oktyabrın 24-ü şahidlərin dindirilməsi ilə davam edəcək.

İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunublar. DTX tərəfindən "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi üzrə ittiham irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Dünya 6 dəqiqə qaranlığa qərq olacaq like
  • 03 Okt 10:36  
Dünya Dünya 6 dəqiqə qaranlığa qərq olacaq

Bu əsrin ən uzun Günəş tutulması həm elmi baxımdan, həm də turizm sah�

arrow Ətraflı
Azərbaycanda II Milli Rəqabət Forumu keçirilir like
  • 03 Okt 10:34  
Digərləri Azərbaycanda II Milli Rəqabət Forumu keçirilir

Bakıda II Milli Rəqabət Forumu keçirilir.

arrow Ətraflı
Bu ölkədə silikon etdirən qadınlar sərt cəzalandırılacaq  Birbir yoxlanılır like
  • 03 Okt 10:26  
Dünya Bu ölkədə silikon etdirən qadınlar sərt cəzalandırılacaq Birbir yoxlanılır

Şimali Koreyada təhlükəsizlik qüvvələri sinə böyütmə əməliyyatı ke

arrow Ətraflı
23 ölkəyə yayıldı: 4 mindən çox insan həyatını itirdi like
  • 03 Okt 10:12  
Dünya 23 ölkəyə yayıldı: 4 mindən çox insan həyatını itirdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il kolera xəstəliyinin 23 ölkəd

arrow Ətraflı
Kreditə görə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilər? like
  • 03 Okt 10:01  
Digərləri Kreditə görə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilər?

Böyük məbləğlərdə kredit götürərkən banklar zamin təmin tələb edir

arrow Ətraflı
FIFA DÇ2026nın rəsmi topunu təqdim etdi like
  • 03 Okt 10:00  
Digərləri FIFA DÇ2026nın rəsmi topunu təqdim etdi

FİFA 2026-cı ildə keçiriləcək dünya çempionatının rəsmi topunu ictima

arrow Ətraflı
Məşhur loğman Cabir İmanovun ölümündən danışdı: "Trenajor zalları..." like
  • 03 Okt 09:54  
Digərləri Məşhur loğman Cabir İmanovun ölümündən danışdı: "Trenajor zalları..."

Əməkdar artist Cabir İmanovun trenajor zalında qəfil ürəktutmasından öl

arrow Ətraflı
Bəzi ərazilərdə işıq olmayacaq like
  • 03 Okt 09:48  
Digərləri Bəzi ərazilərdə işıq olmayacaq

Bu gün Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə təmir-təftiş

arrow Ətraflı
Dünyada qızıl bahalaşdı: Azərbaycan bazarında qiymətlər necə dəyişəcək? like
  • 03 Okt 09:47  
Digərləri Dünyada qızıl bahalaşdı: Azərbaycan bazarında qiymətlər necə dəyişəcək?

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabr

arrow Ətraflı
15 oktyabra qədər şans bu bürclərin üzünə güləcək like
  • 03 Okt 09:37  
Digərləri 15 oktyabra qədər şans bu bürclərin üzünə güləcək

Astroloqların proqnozuna görə, yaxın günlərdə bəzi bürclərin həyatın

arrow Ətraflı
Daha bir Çin maşınında ciddi problem  Heç 100 km sürülməyib  VİDEO like
  • 03 Okt 09:30  
Digərləri Daha bir Çin maşınında ciddi problem Heç 100 km sürülməyib VİDEO

Ucuz olduğu üçün Azərbaycanda sürətlə populyarlaşan Çin avtomobilləri

arrow Ətraflı
Qonşu ölkədə güclü zəlzələ like
  • 03 Okt 09:25  
Dünya Qonşu ölkədə güclü zəlzələ

İranda 5,3 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı