Məşhur loğman Cabir İmanovun ölümündən danışdı: "Trenajor zalları..."


Digərləri 03 Okt 2025 09:54:00 145 0

Məşhur loğman Cabir İmanovun ölümündən danışdı: "Trenajor zalları..."

Əməkdar artist Cabir İmanovun trenajor zalında qəfil ürəktutmasından ölməsi ətrafında müzakirələr davam edir.

Son.az xəbər verir ki, modern.az-ın məlumatına görə, tanınmış loğman - sağlam qidalanma üzrə mütəxəssis Ərşad Əzimzadə də hadisəyə münasibət bildirib.

O deyib ki, bu hadisə bir neçə vacib məqamı önə çıxarıb:

"Məlum olduğu kimi, ölkəmizdə, ələlxüsus da Bakıda trenajor zallarının sayı kosmik sürətlə artır. Onları açan səriştəsiz işbazlar insanların sağlamlığını qorumaq məqsədi güdmür, yeganə məqsəd pul qazanmaqdır. Canlı orqanın funksiyası və tələbatı haqqında heç bir anlayışı olmayan cavanlar, artıq çəkili qadınlar və kişilər sağlam həyat tərzi yolunu tutmaq əvəzinə, asan üsulla öz qüsurlarını həll etməyə, "formada qalmağa", yaxud gözə çarpan zahiri görkəm əldə etməyə çalışırlar. Nəticəsi də bütün hallarda uğursuz olur".

Ə.Əzimzadənin sözlərinə görə, göbələk kimi artan trenajor zallarına axın Azərbaycan cəmiyyətində səhiyyə və qida mədəniyyətinin aşağı səviyyədə olmasına, ölkədə maarifləndirmə işinin aparılmadığına dəlalət edir.

"Halbuki elmə çoxdan bəllidir ki, idmanın bütün növləri sağlamlığın qənimidir. Hamımızın gözü qabağında meydanda yıxılıb ölən, yaxud infarkt keçirən gənc futbulçular, idmanla intensiv məşğul olan adamların az yaşaması bunun qaçılmaz nəticəsidir. İnsanda sinir gücü deyil, əzələ gücü yaradan bütün idman növləri, həmçinin "əzələ kaçat edən" trenajor zalları sağlamlığın düşmənidir", - Ə.Əzimzadə vurğulayıb.

O bildirib ki, dünyanın tanınmış naturopat alimləri bütün hərəkətləri iki qismə bölüblər: faydalı və zərərli hərəkətlər:

"Ağırlıq qaldırmaq, qaçış, güləş, qaydasız döyüşlər, boks, futbol və idmanın digər növləri daxili orqanlara, ələlxüsus da ürəyə güclü zərbə vurur, ömrü gödəldir. Trenajor zalında olan qurğular da sağlamlığa zərrə qədər də olsun xidmət etmir, xəstəliklərin qarşısını ala, xəstəni sağalda bilmir. Bədənə yaxşı forma verən bu hərəkət növü, təkrar edirəm, ürəyin qənimidir. Ətraflı

Bizə əzələ gücü yaradan idman yox, insana həm yaraşıq verən, həm də onun sağlamlığını qoruyan, bunu itirdikdə isə bərpa edən bədən tərbiyəsi lazımdır. Bədən tərbiyəsinə daxil olan hərəkət növləri kifayət qədərdir. Onların şahı - hər səhər iti addımlarla 8-10 kilometr məsafəni açıq havada qət etmək və dahi yapon alimi Katsudzo Nişinin tövsiyə etdiyi gözəlləşdirici və saflaşdırıcı təmrinləridir. Onlar sağlamlara da lazımdır, eyni zamanda, xəstələrə də, cavanlara da,  ahıllara da. Başlamaq heç vaxt gec deyil.

Əlbəttə, adam birdən-birə o boyda məsafəni qət edə bilməz. Ələlxüsus da xəstələr və ahıl adamlar. Ona görə də minumum məsafədən, məsələn, 1 kilometirdən başlamaq və onu tədricən artırmaq lazımdır. Ürəyin evini yıxan qaçışdan fərqli olaraq, iti addımlarla yerimək, həm fəqərə sütununu şux vəziyyətə salır, həm dərini gözəlləşdirir, həm də ürəyin və ağ ciyərin fəaliyyətini gücləndirir, əzələləri, damarları, vətərləri, sümükləri möhkəm və elastik edir.

Eyni fikri üzgüçülük haqqında da demək olar. Üzgüçülük də adamı həm yaraşıqlı edir, həm dərini gözəlləşdirir, həm də əzələləri, daxili orqanları möhkəmlədir. Gimnastika, voleybol və tennis oynamaq da faydalı hərəkət növləridir".

Ə.Əzimzadə deyib ki, bədən tərbiyəsinə daxil olan hərəkətlər həm də sağlamlıq üçün çox önəmli olan bir vacib balansı qoruyub saxlayır. Söhbət daxil olan enerji (qida) çıxan enerjinin (hərəkət) balansından gedir.

"Bu balansı pozan adamların, ələlxüsus da qidada ancaq ləzzət axtaran qarınquluların bədənini ət basır. Artıq ət daxili orqanların ərazisini daraldır, onların funksiyasını pozur. Onlar xilas yolunu trenajor zallarında axtarırlar. Tapa bilmirlər. Xilas yolu - bədən tərbiyəsidir", - Ə.Əzimzadə qeyd edib.

Bəzi ərazilərdə işıq olmayacaq like
  • 03 Okt 09:48  
Digərləri Bəzi ərazilərdə işıq olmayacaq

Bu gün Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə təmir-təftiş

arrow Ətraflı
Dünyada qızıl bahalaşdı: Azərbaycan bazarında qiymətlər necə dəyişəcək? like
  • 03 Okt 09:47  
Digərləri Dünyada qızıl bahalaşdı: Azərbaycan bazarında qiymətlər necə dəyişəcək?

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabr

arrow Ətraflı
15 oktyabra qədər şans bu bürclərin üzünə güləcək like
  • 03 Okt 09:37  
Digərləri 15 oktyabra qədər şans bu bürclərin üzünə güləcək

Astroloqların proqnozuna görə, yaxın günlərdə bəzi bürclərin həyatın

arrow Ətraflı
Daha bir Çin maşınında ciddi problem  Heç 100 km sürülməyib  VİDEO like
  • 03 Okt 09:30  
Digərləri Daha bir Çin maşınında ciddi problem Heç 100 km sürülməyib VİDEO

Ucuz olduğu üçün Azərbaycanda sürətlə populyarlaşan Çin avtomobilləri

arrow Ətraflı
Qonşu ölkədə güclü zəlzələ like
  • 03 Okt 09:25  
Dünya Qonşu ölkədə güclü zəlzələ

İranda 5,3 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Azərbaycanda 3 valyuta UCUZLAŞDI  Dolların taleyi necə olacaq? like
  • 03 Okt 09:18  
Digərləri Azərbaycanda 3 valyuta UCUZLAŞDI Dolların taleyi necə olacaq?

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Bu yol növbəti qurbanlarını gözləyir  FOTO like
  • 03 Okt 09:15  
Digərləri Bu yol növbəti qurbanlarını gözləyir FOTO

Binəqədi şosesində aparılan təmir işləri 5-ci aya keçir.

arrow Ətraflı
"Atamı dəfn edib məni xəstəxanaya yerləşdirdilər" like
  • 03 Okt 09:05  
Şou-biznes "Atamı dəfn edib məni xəstəxanaya yerləşdirdilər"

Rəqqasə Rəna Ağamuradova etirafı ilə diqqət çəkib.

arrow Ətraflı
İstanbulda da hiss olunan zəlzələdən sonra qorxulu açıqlama: "Təhlükə bitməyib” like
  • 03 Okt 08:08  
Digərləri İstanbulda da hiss olunan zəlzələdən sonra qorxulu açıqlama: "Təhlükə bitməyib”

Marmara bölgəsində baş verən 5 bal gücündə zəlzələ İstanbul da daxil

arrow Ətraflı
Sənədli torpaq sahələri bahalaşır like
  • 03 Okt 07:07  
Digərləri Sənədli torpaq sahələri bahalaşır

Bakının mərkəzinə yaxın, infrastrukturla təmin olunmuş torpaq sahələri

arrow Ətraflı
Otel pərdəsini açanda gördükləri mənzərə hamını mat qoydu like
  • 03 Okt 06:06  
Dünya Otel pərdəsini açanda gördükləri mənzərə hamını mat qoydu

İngiltərənin Blackpool şəhərində bir ailə otelə yerləşərkən gözlə

arrow Ətraflı
Balqabaq və portağal şirəsi RESEPTİ like
  • 03 Okt 05:05  
Digərləri Balqabaq və portağal şirəsi RESEPTİ

Balqabaq şirəsini hazırlamaq çox asandır. Balqabaq təkcə şorba və ya ş

arrow Ətraflı
Səsdə xırıltı, boğaz tutulması  Yeni COVID ştammının əlamətləri like
  • 03 Okt 04:04  
Digərləri Səsdə xırıltı, boğaz tutulması Yeni COVID ştammının əlamətləri

2025-ci ilin sentyabr ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni XFG

arrow Ətraflı