İstanbulda da hiss olunan zəlzələdən sonra qorxulu açıqlama: "Təhlükə bitməyib”
Digərləri 03 Okt 2025 08:08:00 149 0
Marmara bölgəsində baş verən 5 bal gücündə zəlzələ İstanbul da daxil olmaqla geniş ərazidə hiss olunub. AFAD eksperti, dosent Bülent Özmen bölgədəki gərginliyin hələ dayanmadığını və Marmara üçün zəlzələ təhlükəsinin yüksək olaraq qaldığını bildirib. O, bu zəlzələnin "Böyük Marmara zəlzələsinin ayaq səsləri" ola biləcəyini deyib.
Bu xəbəri də oxu: Temudan aldığı məhsul qızı bu hala saldı FOTO
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bülent Özmenin sözlərinə görə, sarsıntı Tekirdağ və Kumburgaz seqmentlərinin kəsişdiyi, Marmaraereğlisinin 18 km cənubunda baş verib. O, bu zəlzələnin 2025-ci il 23 aprel tarixində bölgədə yaşanan 6,2 bal gücündəki zəlzələnin afterşoku ola biləcəyini qeyd edib.
"Bu zəlzələ böyük ehtimalla 23 aprel zəlzələsi ilə əlaqəlidir və onun əlavə təkanlarından biri ola bilər. Hazırda bölgədəki gərginlik tam sovuşmayıb," - deyə Özmen bildirib.
Ekspert xatırladıb ki, Kumburgaz seqmenti 1766-cı ildə iki böyük zəlzələ (7 baldan yuxarı) yaradıb və o vaxtdan bəri bu hissədə yeni böyük zəlzələ olmayıb. 23 aprel zəlzələsinə baxmayaraq, bu seqmentdə gərginlik yüksək olaraq qalır və daha güclü zəlzələlərin baş vermə ehtimalı var.
"Bu nəticə bizi təəccübləndirməməlidir. Marmara bölgəsi hələ də böyük zəlzələlərə məruz qala bilər," - deyə Özmen xəbərdarlıq edib.
Türkiyədə "Sən Çal Kapımı", İtaliyada isə "Love is in th

Bakının mərkəzinə yaxın, infrastrukturla təmin olunmuş torpaq sahələri

İngiltərənin Blackpool şəhərində bir ailə otelə yerləşərkən gözlə

Balqabaq şirəsini hazırlamaq çox asandır. Balqabaq təkcə şorba və ya ş

2025-ci ilin sentyabr ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni XFG

Gənclikdə qidalanma rasionunun dəyişdirilməsi ömrü 10 ildən çox uzada b

Səhər süfrələrinin ayrılmaz hissəsi olan pomidor, uzun illərdir sağlaml

Boranı həm dadı, həm də faydaları ilə mətbəximizin sevimli yeməklərin

Oktyabrın 2-də VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin yekunlarına h�

Qubanın Kardaş kəndinə çağırışa gedən təcili tibbi yardım həkimlər

Müğənni Nura Suri sosial şəbəkədə anası ilə bağlı paylaşım edib.

2025-ci ilin oktyabr ayı dinamika və təzadlarla dolu, gündəlik həyatın ri

Putin özünü I Aleksandrla müqayisələndirməkdən imtina edib.

"Hər zaman deyirəm ki, bildirdiyimiz fikirlər bəzən olduğu kimi qarş
