İlk dəfə Avropada QHT xətti ilə Azərbaycanın mina probleminə dair silsilə sərgilər keçirilir FOTO


Digərləri 03 Okt 2025 10:22:00 123 0

İlk dəfə Avropada QHT xətti ilə Azərbaycanın mina probleminə dair silsilə sərgilər keçirilir  FOTO

2025-ci il oktyabrın 2-də Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycanın mina qurbanlarına həsr olunmuş fotosərgi təşkil olunub.

Sərgi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə "Gilavar" Foto Klubu İctimai Birliyi tərəfindən icra olunan "Təhlükənin kulMİNAsiya nöqtəsi" layihəsi çərçivəsində keçirilib.

Layihənin Belçikadakı tərəfdaşı "Fireland" Azərbaycanlılar Birliyidir.

"Gilavar" Foto Klubu İctimai Birliyinin sədri Rəşad Mehdiyev bildirib ki, Avropa məkanında QHT xətti ilə Azərbaycanın mina probleminə dair bu miqyasda silsilə sərgilər ilk dəfədir: "Münhen, Nürnberq, Paris şəhərlərindən sonra bu dəfə Brüsseldə nümayiş etdirdiyimiz fotoları "danışan şəkillər" də adlandırmaq olar: "Onlar Azərbaycan torpaqlarına Ermənistan tərəfindən basdırılmış minaların qurbanı olan insanların hekayələridir. Biz susmayacağıq, vaxt yetişib, 30 illlik işğal dövründə dinc insanlara qarşı bu qəddarlığa görə məsuliyyət daşıyan Ermənistanın hərbi-siyasi rəhbərləri indi cavab verməlidir. Avropa İttifaqının paytaxtı sayılan Brüsseldən dünyaya xitabımız da ədalətin təmin olunması naminədir".

Sərgidə mina qurbanı Elmir Bağırovun foto üzərində yazılıb: "İnsan öz torpağında tank əleyhinə minaya düşərmi? Təsəvvür etmək çətindir, amma mən sağ qaldım, 18 yaşım tamam deyildi, o gündən iztirab dolu həyatım başladı, gəncliyimi və iki ayağımı itirdim". Hər iki ayağını və bir gözünü itirən digər mina qurbanı Samir Əlizadənin fotosu isə onun keçirdiyi hissləri dərk etməyə dəvət edir: "Bir addım, iki partlayış...Davamını siz deyin...". Üst-üstə basdırılmış minalara düşərək ayağını itirən Rəhim Qaraşovun yaşadıqları isə növbəti faciədir: "Minaları üst-üstə basdırmaqla nə etməyə çalışıblar? Bu qədər qəddarlıq niyədir? İş yoldaşımı mina tələsindən xilas edərkən özüm qurbana çevrildim". 

Ziyarətçilər fotoların üzərindəki QR kodlar vasitəsilə Azərbaycanın mina probleminə dair əlavə məlumatlarla da tanış olublar. 

"Gilavar" Foto Klubu İctimai Birliyi bu sərgini Avropada davam etdirməyi planlaşdırır.

23 ölkəyə yayıldı: 4 mindən çox insan həyatını itirdi like
  • 03 Okt 10:12  
Dünya 23 ölkəyə yayıldı: 4 mindən çox insan həyatını itirdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il kolera xəstəliyinin 23 ölkəd

arrow Ətraflı
Kreditə görə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilər? like
  • 03 Okt 10:01  
Digərləri Kreditə görə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilər?

Böyük məbləğlərdə kredit götürərkən banklar zamin təmin tələb edir

arrow Ətraflı
FIFA DÇ2026nın rəsmi topunu təqdim etdi like
  • 03 Okt 10:00  
Digərləri FIFA DÇ2026nın rəsmi topunu təqdim etdi

FİFA 2026-cı ildə keçiriləcək dünya çempionatının rəsmi topunu ictima

arrow Ətraflı
Məşhur loğman Cabir İmanovun ölümündən danışdı: "Trenajor zalları..." like
  • 03 Okt 09:54  
Digərləri Məşhur loğman Cabir İmanovun ölümündən danışdı: "Trenajor zalları..."

Əməkdar artist Cabir İmanovun trenajor zalında qəfil ürəktutmasından öl

arrow Ətraflı
Bəzi ərazilərdə işıq olmayacaq like
  • 03 Okt 09:48  
Digərləri Bəzi ərazilərdə işıq olmayacaq

Bu gün Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə təmir-təftiş

arrow Ətraflı
Dünyada qızıl bahalaşdı: Azərbaycan bazarında qiymətlər necə dəyişəcək? like
  • 03 Okt 09:47  
Digərləri Dünyada qızıl bahalaşdı: Azərbaycan bazarında qiymətlər necə dəyişəcək?

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabr

arrow Ətraflı
15 oktyabra qədər şans bu bürclərin üzünə güləcək like
  • 03 Okt 09:37  
Digərləri 15 oktyabra qədər şans bu bürclərin üzünə güləcək

Astroloqların proqnozuna görə, yaxın günlərdə bəzi bürclərin həyatın

arrow Ətraflı
Daha bir Çin maşınında ciddi problem  Heç 100 km sürülməyib  VİDEO like
  • 03 Okt 09:30  
Digərləri Daha bir Çin maşınında ciddi problem Heç 100 km sürülməyib VİDEO

Ucuz olduğu üçün Azərbaycanda sürətlə populyarlaşan Çin avtomobilləri

arrow Ətraflı
Qonşu ölkədə güclü zəlzələ like
  • 03 Okt 09:25  
Dünya Qonşu ölkədə güclü zəlzələ

İranda 5,3 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Azərbaycanda 3 valyuta UCUZLAŞDI  Dolların taleyi necə olacaq? like
  • 03 Okt 09:18  
Digərləri Azərbaycanda 3 valyuta UCUZLAŞDI Dolların taleyi necə olacaq?

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Bu yol növbəti qurbanlarını gözləyir  FOTO like
  • 03 Okt 09:15  
Digərləri Bu yol növbəti qurbanlarını gözləyir FOTO

Binəqədi şosesində aparılan təmir işləri 5-ci aya keçir.

arrow Ətraflı
"Atamı dəfn edib məni xəstəxanaya yerləşdirdilər" like
  • 03 Okt 09:05  
Şou-biznes "Atamı dəfn edib məni xəstəxanaya yerləşdirdilər"

Rəqqasə Rəna Ağamuradova etirafı ilə diqqət çəkib.

arrow Ətraflı
İstanbulda da hiss olunan zəlzələdən sonra qorxulu açıqlama: "Təhlükə bitməyib” like
  • 03 Okt 08:08  
Digərləri İstanbulda da hiss olunan zəlzələdən sonra qorxulu açıqlama: "Təhlükə bitməyib”

Marmara bölgəsində baş verən 5 bal gücündə zəlzələ İstanbul da daxil

arrow Ətraflı