Dünya 6 dəqiqə qaranlığa qərq olacaq
Dünya 03 Okt 2025 10:36:00 160 0
Bu əsrin ən uzun Günəş tutulması həm elmi baxımdan, həm də turizm sahəsində böyük əhəmiyyət kəsb edir.
Bu xəbəri də oxu: Hansı meyvə və tərəvəzlər diş fırçanı əvəz edə bilər?
Xarici KİV-ə istinadən Son.az xəbər verir ki, 21-ci əsrin ən uzun tam Günəş tutulması 2027-ci il avqustun 2-də baş verəcək. Həmin gün Ayın kölgəsi İspaniyanın cənubu, Şimali Afrika və Yaxın Şərq üzərindən keçəcək. Astronomlar isə buludsuz səmada bu möhtəşəm hadisəni 6 dəqiqə 23 saniyə ərzində müşahidə edə biləcəklər.
Mütəxəssislərin sözlərinə görə, tam tutulma zamanı Günəş tacının - ulduzun xarici, çox isti atmosfer qatının öyrənilməsi mümkün olacaq. Ayın diski Günəşi tam örtərkən, tac Yerdən görünür və bu da alimlərə maqnit sahələrinin quruluşunu izləmək, plazma axınlarını tədqiq etmək və koronal kütlə atılmalarını aşkar etmək imkanı yaradır. Belə hadisələr kosmik hava şəraitinə və Yer üzündə texnologiyaların fəaliyyətinə birbaşa təsir edir.
Bu tutulma yalnız uzun davam etməsi ilə deyil, həm də müşahidə üçün əlverişli şəraitlə seçiləcək. Günəşin yüksək mövqedə olması və avqust ayında buludluluq riskinin çox aşağı olması, xüsusən də Liviya və Misirdə, elm adamlarına yüksək dəqiqlikli məlumat toplamaq şansı verəcək.
NASA da daxil olmaqla nüfuzlu elmi təşkilatlar artıq genişmiqyaslı araşdırma kampaniyaları planlaşdırır. Yerüstü rəsədxanaların quraşdırılması, kosmik cihazların kalibrlənməsi və günəş aktivliyi üzrə yeni modellərin sınaqdan keçirilməsi nəzərdə tutulur. Uzunmüddətli müşahidə mərhələsi elmi baxımdan misilsiz fürsət hesab olunur.
Eyni zamanda, bu hadisə turizm sahəsində də böyük maraq yaradıb. Dünya üzrə minlərlə həvəskar astronom artıq Luksorda yerləşən otellərdə yerlər sifariş ediblər. Xatırladaq ki, qədim misirlilər də belə nadir hadisələri izləyir və onları ilahi əlamət kimi yozurdular.
Beləliklə, 2027-ci ilin Günəş tutulması həm elm, həm də mədəniyyət baxımından əsrin ən diqqətçəkən astronomik hadisələrindən biri olacaq.
Hüseyn Son.az
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Şimali Koreyada təhlükəsizlik qüvvələri sinə böyütmə əməliyyatı ke

2025-ci il oktyabrın 2-də Belçikanın paytaxtı Brüssel şəhərində Azərb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il kolera xəstəliyinin 23 ölkəd

Böyük məbləğlərdə kredit götürərkən banklar zamin təmin tələb edir

FİFA 2026-cı ildə keçiriləcək dünya çempionatının rəsmi topunu ictima

Əməkdar artist Cabir İmanovun trenajor zalında qəfil ürəktutmasından öl

Bu gün Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə təmir-təftiş

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabr

Astroloqların proqnozuna görə, yaxın günlərdə bəzi bürclərin həyatın

Ucuz olduğu üçün Azərbaycanda sürətlə populyarlaşan Çin avtomobilləri

1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycanın m

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
