Siyasət
2025-03-13 22:37:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Instagram" səhifəsində XII Qlobal Bakı Forumunun açılış mərasimindən görüntülər paylaşılıb.
2025-03-13 22:27:00
Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan qondarma rejimin ərazisində Ermənistan dramının dövriyyədə olduğunu etiraf edib.
2025-03-13 21:41:00
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 13-də davam etdirilib.
2025-03-13 20:51:00
Azərbaycan dünyaya təqdim edə biləcək, həqiqətən də, əhəmiyyətli təbii resurslara sahibdir.
2025-03-13 20:45:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir.
2025-03-13 20:05:00
Azərbaycan və Ermənistan sülh sazişi layihəsinin mətni ilə bağlı danışıqlar prosesini yekunlaşdırıb. Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini bizə əlaqə kanalları vasitəsilə çatdırıb.
2025-03-13 17:53:00
Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan qondarma rejimin "büdcə"sinin Ermənistanın tərəfindən formalaşdırıldığını etiraf edib.
2025-03-13 17:49:00
İran nümayəndə heyətlərinin Ermənistana tez-tez səfərlər edərək radikal və revanşist qüvvələri təxribata çəkmək cəhdləri sülh və təhlükəsizlik üçün ciddi zərbədir.
2025-03-13 17:20:00
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərlə bağlı Azərbaycanda keçirilən məhkəmə prosesi ilə əlaqədar Milli Məclis tərəfindən xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının rəhbərlərinə, parlamentlərin beynəlxalq komitələrinin sədrlərinə və beynəlxalq parlament təşkilatlarına məktublar ünvanlanıb.
2025-03-13 15:53:00
Minsk Qrupu və onun digər təchizatlarının ləğv olunması vacib amildir.
2025-03-13 14:20:00
Son.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç ilə görüşüb.
2025-03-13 13:49:00
Bakı Qlobal Forumu mühüm məsələlər haqqında müzakirələr aparmaq üçün çox yaxşı fürsətdir.
2025-03-13 13:31:00
Ermənistan keçmişin kabusları ilə bugünün sərt reallıqları arasında parçalanmış vəziyyətdədir. Kabuslar ərazi iddiaları ambisiyalarının xəyali ağrılarından başqa bir şey deyil və onlar uzun illərdir ki, erməni siyasətini Cənubi Qafqazın iltihablı yarasına çevirib. Ola bilsin ki, problem ermənilərin kollektiv şüurunda, yalan tarixində və plagiatla kompilyasiyalar üzərində bərqərar olmuş mədəniyyətindədir.
2025-03-13 13:30:00
Son.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.
2025-03-13 12:12:00
Antoni Blinkenin siyasəti, əslində, ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi.
2025-03-13 12:03:00
Mən, həmçinin Albaniya ilə Azərbaycan arasında mövcud olan dostluğu vurğulamaq istərdim. Bizim çoxillik dostluğumuz qarşılıqlı əməkdaşlığımızda, xüsusilə də iqtisadiyyat və infrastruktur sahələrində özünü göstərir.
2025-03-13 12:01:00
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında onilliklərlə erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilərdən danışıb.
2025-03-13 11:56:00
Niderlandın xarici işlər naziri Kaspar Veldkamp və rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Avropa İttifaqının Monitorinq Missiyasının müşayiəti ilə Ermənistan-Azərbaycan sərhədində olublar.
2025-03-13 11:26:00
Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq.
2025-03-13 11:23:00
Bakıda keçirilən COP29 "Bakı sıçrayışı" kimi adlandırıldı və bu da orada qalan bir irsdir.
2025-03-13 10:51:00
Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edirəm ki, son illər ərzində çox əla işlər aparmışdır və belə bir mühüm beynəlxalq tədbiri təşkil edir.
2025-03-12 20:40:00
Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin sədrinə müavin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
2025-03-12 18:18:00
Ölkəmizdə rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 12-də Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.
2025-03-12 18:06:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xanı qəbul edib.
2025-03-12 12:51:00
Azərbaycanda "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı təsdiqlənib.
2025-03-12 12:48:00
Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı təsdiq edilib.
2025-03-12 11:47:00
Azərbaycan Respublikası Hökuməti və Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasportlara malik şəxslərin vizadan azad edilməsi haqqında Saziş imzalanıb.
2025-03-12 11:41:00
Son.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovayanı qəbul edib.
2025-03-12 11:38:00
Son illərdə Avropada Birləşmiş Ştatlardan asılılığın azaldılması zərurəti ilə bağlı müzakirələr getdikcə daha da qızışır. Bu mövzu xüsusilə Avropa İttifaqı ilə Vaşinqton arasındakı ziddiyyətlərin fonunda aktuallıq qazanıb. Xüsusən də indi, Donald Trampın ikinci prezidentliyi dövründə, o, transatlantik birliyə skeptik münasibətini açıq şəkildə nümayiş etdirib və Avropa müttəfiqlərinin dəyərini dəfələrlə ironik tərzdə şərh edib.
2025-03-12 11:26:00
Son.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.
2025-03-11 18:36:00
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 11-də ADA Universitetində tələbələrlə görüşüb.
2025-03-11 17:54:00
Ermənistanın baş naziri Nikol Paşinnyanın və onun administrasiyasının mənsublarının xarici auditoriyaya yönəlmiş "sülhə hazırlıq"la bağlı açıqlamalarına rəğmən, İrəvan Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşır.