İlham Əliyev Viktor Orbana təbrik məktubu göndərib


Siyasət 23 Okt 2025 11:08:00 70 0

İlham Əliyev Viktor Orbana təbrik məktubu göndərib

Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana təbrik məktubu ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Baş nazir,

Macarıstanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Dost ölkə və strateji tərəfdaşımız olan Macarıstanla dövlətlərarası əlaqələrimizin bugünkü səviyyəsi məmnunluq doğurur. Şübhəsiz ki, qarşılıqlı səfərlər, müntəzəm təmaslar, sıx əməkdaşlığımız bu münasibətlərin daha sürətlə inkişafına və möhkəmlənməsinə şərait yaradır.

Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi çox genişdir. Sevindirici haldır ki, Azərbaycan ilə Macarıstan arasında əməkdaşlıq gündən-günə dərinləşir, enerji sahəsində səmərəli tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Siyasi dialoqumuzun intensivliyi bütün sahələrdə qarşılıqlı fəaliyyətimizin yeni məzmunla zənginləşməsində mühüm rol oynayır.

Beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətimizi ayrıca qeyd etmək istərdim. Bu il ərzində mənim Budapeştdə, Sizin isə Qəbələdə təşkilatın zirvə görüşlərində iştirakımız xalqlarımız və dövlətlərimiz arasında birliyin və həmrəyliyin daha da möhkəmlənməsinə, çoxtərəfli müstəvidə əlaqələrimizin genişlənməsinə verdiyimiz əhəmiyyətin göstəricisidir.

Əminəm ki, Azərbaycan-Macarıstan dostluq münasibətlərinin və strateji tərəfdaşlığının xalqlarımızın iradəsinə uyğun olaraq daha da gücləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dövləti fəaliyyətinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Sevgilisini soyub yeni sevgilisinə hədiyyə aldı like
  • 23 Okt 11:00  
Digərləri Sevgilisini soyub yeni sevgilisinə hədiyyə aldı

Rusiyada qadın sevgilisini soyub pulları yeni sevgilisinə xərclədiyinə g�

arrow Ətraflı
Bakı metrosundakı ölümün səbəbi bilindi like
  • 23 Okt 10:56  
Digərləri Bakı metrosundakı ölümün səbəbi bilindi

Dünən metroda vəfat edən şəxsin kimliyi və ölüm səbəbi bəlli olub.

arrow Ətraflı
AQTA ət satışı yerlərində moitorinqlər keçirdi: 65 yerdə qanunsuzluq aşkarlandı like
  • 23 Okt 10:55  
Digərləri AQTA ət satışı yerlərində moitorinqlər keçirdi: 65 yerdə qanunsuzluq aşkarlandı

"Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" Prezidenti

arrow Ətraflı
13 min maşın geri çağırılır  Pulsuz təmir edəcəklər like
  • 23 Okt 10:30  
Digərləri 13 min maşın geri çağırılır Pulsuz təmir edəcəklər

ABŞ-nin elektrikli avtomobil istehsalçısı Tesla batareya sistemində yaranm�

arrow Ətraflı
Nazirliyin sistemində problem oldu: Ünvanlı dövlət sosial yardıma imtina gəldi  FOTO like
  • 23 Okt 10:28  
Digərləri Nazirliyin sistemində problem oldu: Ünvanlı dövlət sosial yardıma imtina gəldi FOTO

Ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) siste

arrow Ətraflı
Təyyarə havaya qalxarkən qəzaya uğradı  Ölənlər var like
  • 23 Okt 10:22  
Dünya Təyyarə havaya qalxarkən qəzaya uğradı Ölənlər var

Venesuelanın qərbində yerləşən Taçira ştatındakı Paramillo hava liman�

arrow Ətraflı
Faciəvi şəkildə ölən qardaş və bacıların FOTOsu like
  • 23 Okt 10:15  
Digərləri Faciəvi şəkildə ölən qardaş və bacıların FOTOsu

Oktyabrın 21-də Oğuz-Şəki avtomobil yolunda baş verən ağır yol-nəqliyy

arrow Ətraflı
Bakıda qeyriadi əməliyyat  Yeniyetmənin bağırsağından taxta parçası çıxdı like
  • 23 Okt 09:57  
Digərləri Bakıda qeyriadi əməliyyat Yeniyetmənin bağırsağından taxta parçası çıxdı

14 oktyabr 2025-ci il tarixində 2008-ci il təvəllüdlü yeniyetmə qarın nah

arrow Ətraflı
Saat 10:00da qaz kəsiləcək  Bu ərazilərdə like
  • 23 Okt 09:25  
Digərləri Saat 10:00da qaz kəsiləcək Bu ərazilərdə

"Səbail" qaz paylayıcı stansiyadan (QPS) qidalanan "Köhnə Qa

arrow Ətraflı
Azərbaycanda alim küçədə gedərkən yıxılıb öldü  FOTO like
  • 23 Okt 09:20  
Digərləri Azərbaycanda alim küçədə gedərkən yıxılıb öldü FOTO

Ötən il kirayə yaşadığı evdən çıxarılan tanınmış ilahiyyatçı-ali

arrow Ətraflı
Üç BÜRC pula pul deməyəcək like
  • 23 Okt 08:41  
Digərləri Üç BÜRC pula pul deməyəcək

Ay Əqrəb bürcünə daxil olduqda, niyyətlər təzahür etmək gücü qazanı

arrow Ətraflı
Xaşdan daha təsirli şorba  Sümükləri beton kimi bərkidir like
  • 23 Okt 08:08  
Digərləri Xaşdan daha təsirli şorba Sümükləri beton kimi bərkidir

Qış aylarının sevilən ənənəvi yeməklərindən biri olan yayla şorbası

arrow Ətraflı
"Yalı çapkını"nın aktyoru yeni layihədə like
  • 23 Okt 07:07  
Şou-biznes "Yalı çapkını"nın aktyoru yeni layihədə

Türkiyəli aktyor Taro Emir Tekin rejissor Ali Kemal Güvənin Sultana" f

arrow Ətraflı