Azərbaycan və Ermənistan nümayəndələrinin Yerevanda ikitərəfli dəyirmi masası baş tutub


Siyasət 22 Okt 2025 19:08:00 68 0

Azərbaycan və Ermənistan nümayəndələrinin Yerevanda ikitərəfli dəyirmi masası baş tutub

21-22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan və  Ermənistan ekspert cəmiyyətinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə Yerevanda ikitərəfli dəyirmi masa keçirilib.  

Son.az xəbər verir ki, dəyirmi masada Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.  

Bu formatda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü olan təşəbbüs 8 avqust 2025-ci il tarixində Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannaməsinin ruhuna uyğun olaraq sülh gündəliyinin təşviq edilməsinə yönəldilib. 

Görüş zamanı iştirakçılar iki ölkə cəmiyyətini narahat edən çoxsaylı mövzuları, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh prosesi perspektivləri, humanitar məsələlər, münasibətlərin normallaşması şəraitində iqtisadi və logistika imkanları, habelə etimadın möhkəmləndirilməsi üzrə növbəti addımları müzakirə ediblər. Qrupun birgə fəaliyyət planlarının hazırlanmasına və perspektivlərinə xüsusi diqqət yetirilib.  

Səfər çərçivəsində iştirakçılar həmçinin Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşüblər.  

İştirakçılar sosial qrupların, vətəndaş cəmiyyəti institutlarının, ekspert çevrələrinin və medianın da prosesə cəlb olunmasının vacibliyini vurğulayıblar.  

Görüşün sonunda qrup qarşılıqlı etimadın möhkəmləndirilməsi və regionda dayanıqlı sülhün əldə olunmasına yönəlmiş birgə təşəbbüsləri davam etdirməyə hazır olduğunu təsdiq edib.  Son.az

Müğənni canlı yayımda xanəndəyə "hücum çəkdi" like
  • 22 Okt 19:00  
Şou-biznes Müğənni canlı yayımda xanəndəyə "hücum çəkdi"

Verilişlərin birində gözlənilməz hadisə baş verib.

arrow Ətraflı
Bakı metrosunda ölüm like
  • 22 Okt 18:48  
Digərləri Bakı metrosunda ölüm

Bu gün saat 18:30 radələrində "Bakı Metropoliteni" QSC-nin "

arrow Ətraflı
Əlillik dərəcəsi adı ilə daha bir dələduzluq like
  • 22 Okt 18:45  
Digərləri Əlillik dərəcəsi adı ilə daha bir dələduzluq

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifəli şəx

arrow Ətraflı
Doğulanda verdiyi ada görə əmisini bıçaqladı like
  • 22 Okt 18:39  
Kriminal Doğulanda verdiyi ada görə əmisini bıçaqladı

Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində 1976-cı il təvəllüdlü Ə

arrow Ətraflı
Xalq artistinin vəziyyəti ağırlaşdı like
  • 22 Okt 18:26  
Şou-biznes Xalq artistinin vəziyyəti ağırlaşdı

Xalq artisti Şeyx Əbdül Məmmədov səhhətində yaranan ciddi problemlər s�

arrow Ətraflı
Vaqif Vəliyevin son vəziyyəti açıqlandı like
  • 22 Okt 18:25  
Kriminal Vaqif Vəliyevin son vəziyyəti açıqlandı

Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Va

arrow Ətraflı
Bakıda məşhur iş adamı həbs edildi – Milyonları büdcədən yayındırıb… like
  • 22 Okt 18:16  
Digərləri Bakıda məşhur iş adamı həbs edildi – Milyonları büdcədən yayındırıb…

Bakıda milyonlar manat vergidən yayınan məşhur şirkətlərin rəhbəri hə

arrow Ətraflı
Türkiyəli məşhurun babası azərbaycanlı imiş like
  • 22 Okt 18:00  
Şou-biznes Türkiyəli məşhurun babası azərbaycanlı imiş

Türkiyəli tiktoker Aleyna Beyazgül Bakıya üz tutub.

arrow Ətraflı
20 nömrəli məktəbə direktor təyin olunub?  RƏSMİ CAVAB like
  • 22 Okt 17:47  
Digərləri 20 nömrəli məktəbə direktor təyin olunub? RƏSMİ CAVAB

240 nömrəli tam orta məktəbin direktor müavini Arifə Məmmədovanın direk

arrow Ətraflı
Bu küçədə mikromobillik zolağının təşkilinə başlanıldı like
  • 22 Okt 17:20  
Digərləri Bu küçədə mikromobillik zolağının təşkilinə başlanıldı

AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf

arrow Ətraflı
Xanəndə aparıcıya əsəbiləşib efirdən GETDİ: məşhur müğənni ilə sevgisini ifşa etdi like
  • 22 Okt 17:00  
Şou-biznes Xanəndə aparıcıya əsəbiləşib efirdən GETDİ: məşhur müğənni ilə sevgisini ifşa etdi

Aparıcı Gülər Nəhmət ilə xanəndə Pərvaz İbrahimli arasında canlı ef

arrow Ətraflı
Ölkədə yayılan qripəbənzər virus nədir? like
  • 22 Okt 16:50  
Digərləri Ölkədə yayılan qripəbənzər virus nədir?

Son zamanlar Azərbaycanda əhali arasında infeksion xəstəliklərə yoluxma h

arrow Ətraflı