“Astana Balet” Teatrında “İki xalça” baletinin dünya premyerası çərçivəsində “Azərxalça”nın ekspozisiyası təqdim olunub – FOTO


Kriminal 22 Okt 2025 18:07:00 89 0

“Astana Balet” Teatrında “İki xalça” baletinin dünya premyerası çərçivəsində “Azərxalça”nın ekspozisiyası təqdim olunub – FOTO

Mosaic Del Arte tərəfindən "Şirvan xalçası" əfsanəsi əsasında hazırlanan "İki xalça" baletinin dünya premyerası çərçivəsində "Astana Balet" Teatrında "Azərxalça" ASC-nin ekspozisiyası nümayiş etdirilib. Premyera üçün "Azərxalça"nın ustaları tərəfindən xüsusi olaraq toxunmuş unikal xalça Bakından gətirilərək teatrın foyesində digər eksponatlarla birlikdə sərgilənib. Bu xalça ölkələr arasında mədəni körpünün rəmzi kimi təqdim olunub. Ənənəvi və müasir xalçalardan ibarət ekspozisiya qonaqların böyük marağına səbəb olub, onlar üçün Azərbaycan xalçaçılıq sənətinə dair ustad dərsi də təşkil edilib. "Azərxalça" ASC-nin İdarə Heyətinin üzvü və yaradıcı direktoru Əsmər Babayeva ekspozisiyanın və balet premyerasının - dünya klassik incəsənətinin inkişafı, milli irsin təbliği baxımından əhəmiyyətini xüsusi vurğulayıb: "Xalqların mədəniyyətlərinin, teatr və dekorativ sənətin bu qədər gözəl vəhdəti ən yüksək qiymətə layiqdir. Layihə üzərində iş bir neçə ay əvvəl başladı. Bizə Azərbaycanın qədim xalçaçılıq sənətinə həsr olunmuş bir hekayə təqdim olundu. A. Kapustinanın müəllifliyi ilə hazırlanmış eskiz əsasında qısa müddətdə böyük komandamız unikal, tək nüsxədə bir xalça toxudu. Bu xalça ekspozisiyada nümayiş olunur və sanki teatr hadisəsinin bir iştirakçısına çevrilib. Burada həmçinin 'Azərxalça'nın zəngin kolleksiyasına daxil olan nadir nümunələr də təqdim olunub ki, Qazaxıstan tamaşaçıları bizim xalçaçılıq sənətimizlə yaxından tanış ola bilsinlər. Əminəm ki, 'İki xalça' baleti böyük uğurla dünyanın müxtəlif səhnələrində, eləcə də Azərbaycanda nümayiş etdiriləcək," - deyə Əsmər Babayeva bildirib. Qonaqlar arasında Azərbaycan Mədəniyyət Nazirliyinin müşaviri Oleg Amirbekov, "Azərxalça"nın sərgi mərkəzinin direktoru Rza Həsənov, həmçinin Azərbaycanın Qazaxıstandakı səfirliyinin nümayəndələri də olub. Xatırladaq ki, "Astana Balet" Teatrında iki gün ərzində böyük uğurla nümayiş etdirilən "İki xalça" baleti Mosaic Del Arte tərəfindən "Şirvan xalçası" - Luvr kolleksiyasına daxil olan qara-qırmızı xalça əsasında hazırlanıb. Yaradıcı kollektivin tərkibinə daxil olanlar: Valeri Kopeykin - librettosunun müəllifi, baş prodüser, Aleksandr Moqilev - baletmeyster-quruluşçu, rejissor, Arseniy Smirnov - bəstəkar, Anastasiya Kapustina - rəssam-quruluşçu, İqor Çapurin - kostyum rəssamı, Asel Abakayeva - repetitor-pedaqoq, Janna Yeqorova - Mosaic Del Arte şirkətinin baş direktoru, Mixail Çernıx - prodüser. Baş rolları Tatiana Ten (Leyla), Sundet Sultanov / Erkanat Ermağambet (Samir), Nataliya Fernandes Menes (Marqo) ifa ediblər. Səhnədə həmçinin "Astana Balet" teatrının artistləri və Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının tələbələri çıxış ediblər - layihədə ümumilikdə 140-dan çox şəxs iştirak edib!

Türkiyəli məşhurun babası azərbaycanlı imiş like
  • 22 Okt 18:00  
Şou-biznes Türkiyəli məşhurun babası azərbaycanlı imiş

Türkiyəli tiktoker Aleyna Beyazgül Bakıya üz tutub.

arrow Ətraflı
20 nömrəli məktəbə direktor təyin olunub?  RƏSMİ CAVAB like
  • 22 Okt 17:47  
Digərləri 20 nömrəli məktəbə direktor təyin olunub? RƏSMİ CAVAB

240 nömrəli tam orta məktəbin direktor müavini Arifə Məmmədovanın direk

arrow Ətraflı
Bu küçədə mikromobillik zolağının təşkilinə başlanıldı like
  • 22 Okt 17:20  
Digərləri Bu küçədə mikromobillik zolağının təşkilinə başlanıldı

AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf

arrow Ətraflı
Xanəndə aparıcıya əsəbiləşib efirdən GETDİ: məşhur müğənni ilə sevgisini ifşa etdi like
  • 22 Okt 17:00  
Şou-biznes Xanəndə aparıcıya əsəbiləşib efirdən GETDİ: məşhur müğənni ilə sevgisini ifşa etdi

Aparıcı Gülər Nəhmət ilə xanəndə Pərvaz İbrahimli arasında canlı ef

arrow Ətraflı
Ölkədə yayılan qripəbənzər virus nədir? like
  • 22 Okt 16:50  
Digərləri Ölkədə yayılan qripəbənzər virus nədir?

Son zamanlar Azərbaycanda əhali arasında infeksion xəstəliklərə yoluxma h

arrow Ətraflı
Nazirlikdən dabaq xəstəliyi ilə bağlı AÇIQLAMA like
  • 22 Okt 16:50  
Digərləri Nazirlikdən dabaq xəstəliyi ilə bağlı AÇIQLAMA

Dabaq xəstəliyinə yoluxan heyvanda temperatur yüksək olmasa ölüm faizi ma

arrow Ətraflı
İhamə Quliyevanın son qalmaqalı onunla olub:"Efirdə deyirdi ki, çaşma" like
  • 22 Okt 16:43  
Şou-biznes İhamə Quliyevanın son qalmaqalı onunla olub:"Efirdə deyirdi ki, çaşma"

"Mən demişdim ki, heç kim mənə çaşma deyə bilməz. Bir də baxdım

arrow Ətraflı
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib  FOTO like
  • 22 Okt 16:32  
Digərləri “Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib FOTO

"Səmavi dinlər" layihəsi əsasında Azərbaycan xalçaçılarının

arrow Ətraflı
İzmirdə güclü partlayış oldu, ikimərtəbəli ev uçdu  Yaralananlar var like
  • 22 Okt 16:26  
Digərləri İzmirdə güclü partlayış oldu, ikimərtəbəli ev uçdu Yaralananlar var

İzmirin Bayraklı rayonunun Doğançay məhəlləsində yerləşən fərdi evd�

arrow Ətraflı
Xarkovda uşaq bağçası vuruldu  Ölən və yaralananlar var  like
  • 22 Okt 16:20  
Dünya Xarkovda uşaq bağçası vuruldu Ölən və yaralananlar var

Ukraynanın Xarkov şəhərinə pilotsuz uçuş aparatları ilə zərbə endiril

arrow Ətraflı
Bu ərazilər xəritədən silinə bilər  Xəzərdə ciddi təhlükə  VİDEO like
  • 22 Okt 15:58  
Digərləri Bu ərazilər xəritədən silinə bilər Xəzərdə ciddi təhlükə VİDEO

Xəzər dənizində suyun səviyyəsi ildən ilə enir.  Son.az xəbər veri

arrow Ətraflı
Bakıda qadın ərini öldürüb həyətdə basdırdı, üzərində güllər əkdi like
  • 22 Okt 15:48  
Digərləri Bakıda qadın ərini öldürüb həyətdə basdırdı, üzərində güllər əkdi

Sabunçu rayonunda bir müddət əvvəl itkin düşmüş şəxsin qətlə yetiri

arrow Ətraflı
Maşınlarını məktəbin işçilərinə yudurdan Arifə Məmmədova direktor təyin olundu like
  • 22 Okt 15:40  
Digərləri Maşınlarını məktəbin işçilərinə yudurdan Arifə Məmmədova direktor təyin olundu

240 nömrəli tam orta məktəbin direktor müavini Arifə Məmmədova direktor

arrow Ətraflı