Doğulanda verdiyi ada görə əmisini bıçaqladı
Kriminal 22 Okt 2025 18:39:00 89 0
Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində 1976-cı il təvəllüdlü Ərəstun Şahverdiyevi bıçaqlayan qardaşı oğlu, 30 yaşlı Nəcməddin Şahverdiyevin məhkəməsində bir sıra maraqlı məqamlar üzə çıxıb.
Bu xəbəri də oxu: “Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” incəsənət festivalının rəsmi saytında qeydiyyat başladı!
Son.az Teleqraf.az-a istinadla xəbər verir ki, təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində əmisini bıçaqlama səbəbini açıqlayıb.
O bildirib ki, əmisi Ərəstun Şahverdiyevi ona verdiyi "Nəcməddin" adına görə öldürmək istəyib.
Belə ki, təqsirləndirilən şəxs lal-karlıqdan əziyyət çəkməsi, boyunun balaca olması kimi fiziki məhdudiyyətlərini uğursuzluq kimi qiymətləndirərək bunu əmisinin ona verdiyi adla əlaqələndirib. Bu səbəbdən Nəcməddin əmisini öldürmək qərarına gəlib.
Nəcməddin bu fikirlə Sahil qəsəbəsi, N.Mustafayev küçəsində yerləşən əmisinə məxsus ət mağazasının qarşısına gələrək ona kürəyindən bıçaq zərbəsi endirib. Nəcməddinin vurduğu bıçaq sonuncunun bel nahiyəsində qalıb və o bu səbəbdən cinayəti başa çatdıra bilməyib:
"Əmimi bıçaqladıqdan sonra ağrılarım kəsdi. Onu mənə doğulanda verdiyi ada görə bıçaqladım. Adımı əmim yox, nənəm versəydi, bədənim ağrımazdı", - deyə cinayəti törədən şəxs ifadəsində bildirib.
Məhkəmədə ifadə verən zərərçəkmiş Ərəstun Şahverdiyev isə qardaşı oğlundan şikayətçi olduğunu qeyd edib:
"Əvvəllər Nəcməddinin sağlamlığında problem olmayıb, bunlar yaşı artdıqca üzə çıxıb. Məni bıçaqladıqdan sonra gülərək qulağıma pıçıldadı ki, "səni mən vurdum". Daha sonra hadisə yerindən qaçıb getdi".
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulduğundan, onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli tədbirlər tətbiq edilib. Nəcməddin Şahverdiyev sağalmış hesab edilənədək cinayət işi üzrə icraat dayandırılıb.
Xalq artisti Şeyx Əbdül Məmmədov səhhətində yaranan ciddi problemlər s�

Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Va

Bakıda milyonlar manat vergidən yayınan məşhur şirkətlərin rəhbəri hə

Mosaic Del Arte tərəfindən "Şirvan xalçası" əfsanəsi əsasınd

Oktyabrın 31-dən noyabrın 2-dək incəsənət, mədəniyyət və ekologiyanı

Türkiyəli tiktoker Aleyna Beyazgül Bakıya üz tutub.

240 nömrəli tam orta məktəbin direktor müavini Arifə Məmmədovanın direk

AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf

Aparıcı Gülər Nəhmət ilə xanəndə Pərvaz İbrahimli arasında canlı ef

Son zamanlar Azərbaycanda əhali arasında infeksion xəstəliklərə yoluxma h

Dabaq xəstəliyinə yoluxan heyvanda temperatur yüksək olmasa ölüm faizi ma

"Mən demişdim ki, heç kim mənə çaşma deyə bilməz. Bir də baxdım

"Səmavi dinlər" layihəsi əsasında Azərbaycan xalçaçılarının

İzmirin Bayraklı rayonunun Doğançay məhəlləsində yerləşən fərdi evd�
