Azərbaycan BMT Hökumətlərarası İşçi Qrupunda həmsədr seçilib
Siyasət 24 Okt 2025 18:01:00 83 0
23 oktyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı Assambleyasının 2023-cü ildə qəbul edilmiş "Hər Kəs üçün Münasib Mənzil" qətnaməsi ilə yaradılmış Açıq Hökumətlərarası İşçi Qrupun UN-Habitat-ın Keniyanın paytaxtı Nayrobidə yerləşən qərargahında 2-ci sessiyası (OEWG-H2) keçirilib. Sessiya çərçivəsində Azərbaycan həmin İşçi Qrupun bürosunun 2025-2026-cı illər üzrə həmsədri seçilib. Büronun digər həmsədri isə Somali olub. Bundan öncə büroya həmsədrlik Keniya və Fransa tərəfindən həyata keçirilib.
Bu xəbəri də oxu: İlham Əliyev Qubadlının işğaldan azad edilməsinin beşinci ildönümü ilə bağlı paylaşım edib
Hökumətlərarası İşçi Qrup əhalinin təhlükəsiz, dayanıqlı və əlçatan mənzil ilə təmin olunması məqsədilə qlobal siyasətin formalaşması və icrasının sürətlənməsi üzrə BMT-nin Məskunlaşma Proqramı Assambleyasının katibliyi rolunu oynayır, tövsiyələr hazırlayır, üzv ölkələrin bu istiqamətdə fəaliyyətini əlaqələndirir.
İşçi Qrupun bürosuna həmsədrlik Azərbaycanın qlobal şəhərsalma proseslərində iştirakının davamlılığına, dünyada mənzil təminatı məsələlərinin həllinə daha böyük töfhə verməsinə xidmət edəcək. Bununla yanaşı, bu yüksək vəzifə 17-22 may 2026-cı il tarixlərində Bakıda "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusunda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) nəticələri və təşəbbüslərinin önə çıxarılması üçün mühüm platforma olacaq.
Dayanıqlı şəhərsalma və insan məskənləri sahəsində ixtisaslaşmış UN-Habitat və Azərbaycan arasında əməkdaşlıq son illərdə dinamik inkişaf edir. WUF13-ə ev sahibliyi ilə bərabər ölkəmiz UN-Habitat İcraiyyə Şurasının üzvüdür. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ADA Universitetinin ekspertləri UN-Habitat tərəfindən hazırlanan "İnsan-mərkəzli Ağıllı Şəhərlər üzrə Beynəlxalq Qaydalar"ı hazırlayan İşçi Qrupun üzvüdür. 2023-cü ildə UN-Habitat-ın Ümumdünya Məskunlaşma Günü (WHD23) Bakıda keçirilib. UN-Habitat həmçinin 2022, 2023 və 2025-ci illərdə baş tutan Azərbaycanın Milli Şəhərsalma Forumlarına fəal dəstək göstərib.
Britaniyalı qadın insultdan sonra tayland aksenti ilə danışmağa başlayıb
Bakcell mobil operatorunun süni intellekt əsaslı lotereyasında 3-cü avtomob
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyakun Ukrayna Prezidenti
Qanunvericilikdəki "valideynlərini itirmiş uşaqlar" anlayışı &q
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlar
Xalq artisti Röya Ayxanın ailəsi ilə bağlı maraqlı görüntülər sosial
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyin
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəisi təyin edil
Məşhur rus astroloq Tamara Qloba bildirib ki, 1 noyabrdan etibarən Tərəzi
General-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyekt
Ağıllı saatların əsas məqsədi təkcə vaxt göstərmək deyil, həm də g
2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 man
Müəllimlərin işə qəbulu (MİQ) imtahanında keçmiş məcburi köçkünlə
Xalq artisti Yaşar Nurinin müğənni və aparıcı qızı Ülkər Yaşar &qu
Milli Məclisdən AQC sədrinə təbrik – “Şəffaf iqtisadi münasibətlər
