Kamaləddin Qafarov: “Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb”
Siyasət 23 Okt 2025 11:20:00 75 0
"Azərbaycan Prezidenti İlham Əliyevin Astanada səsləndirdiyi bəyanat iki qardaş ölkə arasında münasibətlərin sarsılmaz əsaslara söykəndiyini bir daha nümayiş etdirdi".
Bu xəbəri də oxu: Ermənistanın əsirliyində olmuş zərərçəkmiş: “Ruletka” oynayıb əsir yoldaşımı qətlə yetirdilər
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, Prezidentimizin sözlərində həm siyasi uzaqgörənlik, həm də regional əməkdaşlığa verilən yüksək dəyər aydın şəkildə hiss olunur.
"Dövlətimizin başçısı Qazaxıstanın inkişafını və Prezident Kasım-Jomart Tokayevin modernləşmə siyasətini yüksək qiymətləndirərək bildirdi ki, Qazaxıstan bu gün regionda etibarlı tərəfdaş, müstəqil siyasət yürüdən güclü dövlət kimi möhkəmlənib. Cənab Prezidentin bu fikirləri, əslində, Türk dünyasında qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq modelinin möhkəmlənməsinə verdiyi töhfədir".
Millət vəkili qeyd edib ki, Azərbaycan-Qazaxıstan münasibətləri sadəcə siyasi yaxınlıq deyil, həm də bu proses dərin mənəvi bağlara söykənir:
"Cənab Prezident İlham Əliyev öz çıxışında vurğuladı ki, ən çətin dövrlərdə Azərbaycan həmişə Qazaxıstanın dəstəyini hiss edib. Bu, xalqlarımızın dostluğunun söz yox, əməl üzərində qurulduğunu göstərir. Dövlətimizin başçısının çıxışında sülh mövzusu da mühüm yer tutur. Cənab Prezident Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan addımların səmimiliyini və praktiki nəticələrini diqqətə çatdırdı. Qazaxıstanın Ermənistana taxıl tranziti buna real nümunədir. Azərbaycan bu addımı atmaqla sülhün kağız üzərində deyil, real həyatda da təcəssüm tapmasına şərait yaradıb. Dövlət başçısının fikrincə, Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq artıq regional deyil, qlobal əhəmiyyət kəsb edir. Orta Dəhliz, Zəngəzur dəhlizi kimi layihələr həm iqtisadi inteqrasiyanı, həm də siyasi sabitliyi möhkəmləndirəcək. Beləliklə, cənab Prezident İlham Əliyevin bəyanatı qardaşlıq, əməkdaşlıq və sülh fəlsəfəsini özündə birləşdirən mühüm siyasi sənəddir. Bu çıxış Azərbaycanın regionda sabitlik, tərəfdaşlıq və inkişaf xəttinə sadiqliyinin bariz nümunəsidir".
Müğənni Nüşabə Musayeva açıqlaması diqqət çəkib

Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə bu ölkə

Amerikanın "Apple" korporasiyası 2027-ci ildə ilk "iPhone&quo

Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana təbrik məktu

Rusiyada qadın sevgilisini soyub pulları yeni sevgilisinə xərclədiyinə g�

İndiyədək 136 KOB subyektinin məhsullarının ticarət şəbəkələrində s

Dünən metroda vəfat edən şəxsin kimliyi və ölüm səbəbi bəlli olub.

"Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" Prezidenti

ABŞ-nin elektrikli avtomobil istehsalçısı Tesla batareya sistemində yaranm�

Ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) siste

Venesuelanın qərbində yerləşən Taçira ştatındakı Paramillo hava liman�

Oktyabrın 21-də Oğuz-Şəki avtomobil yolunda baş verən ağır yol-nəqliyy

14 oktyabr 2025-ci il tarixində 2008-ci il təvəllüdlü yeniyetmə qarın nah

"Səbail" qaz paylayıcı stansiyadan (QPS) qidalanan "Köhnə Qa
