Məhkəmə Ruben Vardanyanın vəkildən imtina etməsi barədə vəsatətini təmin edib FOTO


Siyasət 21 Okt 2025 15:50:00 60 0

Məhkəmə Ruben Vardanyanın vəkildən imtina etməsi barədə vəsatətini təmin edib  FOTO

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 21-də davam etdirilib.

Son.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca təqsirləndirilən Ruben Vardanyan məhkəməyə müraciət edərək müdafiəçisi Avraam Berman ilə konfidensial görüşmək istədiyini deyib.

Məhkəmə vəsatəti təmin edib və prosesdə qısa fasilə elan olunub.

Fasilədən sonra təqsirləndirilən Ruben Vardanyan digər vəsatətini məhkəməyə təqdim edərək müdafiəçisi Avraam Bermandan imtina etdiyini deyib.

Təqsirləndirilən şəxs vəsatətini əsaslandıran zaman əvvəlki məhkəmə iclaslarında səsləndirdiyi fikirləri təkrar edərək bildirib ki, ümumilikdə məhkəmə prosesindən narazı olduğu üçün müdafiəçisindən imtina edir.

Müdafiəçi Avraam Berman vəsatəti təmin edib-etməyi məhkəmənin mülahizəsinə buraxdığını qeyd edib.

Vəsatətə münasibət bildirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev dedi ki, təqsirləndirilən şəxs müdafiəçisindən hansı səbəbdən imtina etdiyini bildirməyib, buna baxmayaraq onun müdafiəçisindən imtina etmək hüququ var. Nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxs qanunvericiliyin tələblərinə görə, ümumiyyətlə müdafiəçidən imtina edə bilməz. Hazırkı vəziyyətdə Ruben Vardanyan müdafiəçisi Avraam Bermandan imtina edirsə, o, başqa bir vəkillə müqavilə bağlamalı, yaxud buna vəsaiti yoxdursa dövlət tərəfindən hüquqlarını müdafiə edən başqa bir vəkil təyin olunmalıdır.

Ruben Vardanyan digər bir vəkillə müqaviləsinin olmadığını bildirib və qeyd edib ki, dövlət tərəfindən ona müdafiəçi təyin edilə bilər, buna dair hər hansı etirazı yoxdur.

Məhkəmə tərəflərin fikirlərini dinlədikdən sonra yerində müşavirə edərək qərar qəbul edib.

Qərara əsasən Ruben Vardanyanın müdafiəçisi Avraam Bermandan imtinası qəbul olunub.

Təqsirləndirilən şəxsin dövlət hesabına müdafiəçi ilə təmin olunması üçün qəbul edilən qərar Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilib.

Məhkəmə prosesi təxirə salınıb. Növbəti iclas isə oktyabrın 28-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Son.az xatırladır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılmışdır.

Ebru Gündeşin boşanma səbəbi BİLİNDİ: əri bu müğənni ilə xəyanət edib like
  • 21 Okt 15:45  
Şou-biznes Ebru Gündeşin boşanma səbəbi BİLİNDİ: əri bu müğənni ilə xəyanət edib

Türkiyəli məşhur müğənni Ebru Gündeşin ilə bağlı yeni təfərrüatl

arrow Ətraflı
Murat Dalkılıç 12ci dəfə əməliyyat olundu like
  • 21 Okt 15:42  
Şou-biznes Murat Dalkılıç 12ci dəfə əməliyyat olundu

Türkiyənin sevilən müğənnisi Murat Dalkılıç 12-ci dəfə əməliyyat o

arrow Ətraflı
Türkiyənin 50 bölgəsində FETÖ əməliyyatı  286 nəfər saxlanıldı like
  • 21 Okt 15:28  
Digərləri Türkiyənin 50 bölgəsində FETÖ əməliyyatı 286 nəfər saxlanıldı

Türkiyədə FETÖ-yə qarşı əməliyyatlar davam edir. Əməliyyatlar zaman�

arrow Ətraflı
Ziraat Bank Azərbaycan müştəriləri üçün “ƏDV Geri Al” funksiyasını istifadəyə verdi like
  • 21 Okt 15:20  
Digərləri Ziraat Bank Azərbaycan müştəriləri üçün “ƏDV Geri Al” funksiyasını istifadəyə verdi

Ziraat Bank Azərbaycan xidmət keyfiyyətini daha da təkmilləşdirmək məqs�

arrow Ətraflı
Sabah duman olacaq like
  • 21 Okt 15:10  
Digərləri Sabah duman olacaq

Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

arrow Ətraflı
"Hayal Kahvesi" kompaniya ilə insanları aldadır  İDDİA  AÇIQLAMA like
  • 21 Okt 15:02  
Digərləri "Hayal Kahvesi" kompaniya ilə insanları aldadır İDDİA AÇIQLAMA

Sosial şəbəkələrdə "Hayal Kahvesi" ilə bağlı şikayət yayıl

arrow Ətraflı
Gümrü meri həbs edildi  FOTO like
  • 21 Okt 14:53  
Dünya Gümrü meri həbs edildi FOTO

Ermənistanın Korrupsiya əleyhinə məhkəməsi Gümrü şəhərinin meri Vard

arrow Ətraflı
Tokayev İlham Əliyevə Qazaxıstanın milli geyimini hədiyyə etdi  VİDEO like
  • 21 Okt 14:51  
Siyasət Tokayev İlham Əliyevə Qazaxıstanın milli geyimini hədiyyə etdi VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda səfərdədir.

arrow Ətraflı
Azərbaycanda "Əməkdar həkim" vəfat etdi like
  • 21 Okt 14:49  
Digərləri Azərbaycanda "Əməkdar həkim" vəfat etdi

Azərbaycanda "Əməkdar həkim" dünyasını dəyişib.

arrow Ətraflı
Motosikletlə şou göstərdi  avtomobilə çırpıldı like
  • 21 Okt 14:30  
Digərləri Motosikletlə şou göstərdi avtomobilə çırpıldı

Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda ağır yol-nəqliyyat hadis

arrow Ətraflı
Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər  FOTO like
  • 21 Okt 14:09  
Siyasət Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər FOTO

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qa

arrow Ətraflı
Qumrala 50.000 manatlıq maşın hədiyyə etdilər like
  • 21 Okt 13:53  
Şou-biznes Qumrala 50.000 manatlıq maşın hədiyyə etdilər

Müğənni Qumral Musayeva maraqlı açıqlama verib.

arrow Ətraflı
AzərbaycanQazaxıstan sənədləri mübadilə olunub  FOTO like
  • 21 Okt 13:52  
Siyasət AzərbaycanQazaxıstan sənədləri mübadilə olunub FOTO

Oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliy

arrow Ətraflı
Mənzurənin səhhətində problem yarandı like
  • 21 Okt 13:28  
Şou-biznes Mənzurənin səhhətində problem yarandı

Müğənni Mənzurə Musayevanın səhhəti ilə bağlı problem yaranıb.

arrow Ətraflı
Ermənistanda hərbi xidmət müddəti azaldıldı like
  • 21 Okt 13:18  
Dünya Ermənistanda hərbi xidmət müddəti azaldıldı

Ermənistanda 2026-cı il yanvarın 1-dən məcburi hərbi xidmət müddəti aza

arrow Ətraflı