Azərbaycan parlament nümayəndə heyətinin üzvləri 151ci Assambleya çərçivəsində keçirilən müzakirələrdə çıxış ediblər FOTO
Siyasət 22 Okt 2025 15:20:00 82 0
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Parlamentlərarası İttifaqının (PAİ) 151-ci Assambleyasında iştirak etmək məqsədilə İsveçrə Konfederasiyasının Cenevrə şəhərində işgüzar səfərdə olub.
Bu xəbəri də oxu: Prezident Yaqub Eyyubovla bağlı Sərəncam imzaladı
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan parlament nümayəndə heyətinin üzvləri Assambleya çərçivəsində keçirilən müzakirələrdə iştirak və çıxış ediblər.
Belə ki, nümayəndə heyətinin üzvləri - deputat Sevil Mikayılova təşkilatın İcraiyyə Komitəsinin, Qadın Parlamentarilər Bürosunun iclaslarında, deputat Əminə Ağazadə isə təşkilatın Demokratiya və İnsan Haqları Daimi Komitəsinin iclaslarında və ümumi müzakirələrdə çıxış ediblər.
Milli Məclisin deputatı Kamran Bayramov PAİ-nin Sülh və Beynəlxalq Təhlükəsizlik və Birləşmiş Millətlər Təşkilatının işləri Daimi Komitələrinin iclaslarında və ümumi müzakirələrdə çıxış edib.
Azərbaycan parlament nümayəndə heyətinin üzvləri çıxışlarında müzakirə olunan mövzular, həmçinin təşkilatın gələcək fəaliyyətinə dair müxtəlif fikir və təkliflərini səsləndiriblər.
Nümayəndə heyətinin hər üç üzvü həmçinin Avrasiya Qrupunun Görüşünə də qatılıblar.
Assambleya çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının Koordinasiya görüşündə isə Milli Məclisin deputatı Rizvan Nəbiyev iştirak edib.
Qeyd edək ki, 151-ci Assambleya çərçivəsində təşkilata üzv ölkələrin parlamentlərinin Baş Katibləri Assosiasiyasının da növbəti sessiyası keçirilib. Tədbirdə Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev çıxış edərək, Milli Məclisdə rəqəmsal transformasiya sahəsində görülən işlər, tətbiq olunan müasir informasiya texnologiyaları və bu istiqamətdə əldə edilən nəticələr barədə məlumat verib.
Assambleya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı ilə Milli Məclis arasında təşkilatın 20-ci sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsinə dair Anlaşma Memorandumu da imzalanıb. Sənədi Təşkilatın Baş katibi Muhammed Xurayçi Niyass və Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev imzalayıblar.
Yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti müəyyən

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini: “Bu il ictimai nəqliyy

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Yaqub

Bundan əlavə, yeni teksturalar kosmetikanın tətbiqini daha asan və xoş bir

İstanbulun Taksim bölgəsində yerləşən "qorxu evi"ndə gənc qad

Ramiz Mehdiyevin Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında

Xalq artisti Röya Ayxanın xalası qızı Aygül Bayramova açıqlaması ilə d

Ötən gün metronun Koroğlu stansiyasında insident baş verib.

"Friends" serialında Joey Tribbiani obrazı ilə milyonların sevimli

Meyxanaçı Ələkbər Yasamallı qalmaqallı açıqlama verib.

Xəbər verdiyimiz kimi, oktyabrın 18-nə keçən gecə Mingəçevirdə 19 yaş

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Mingəçevir şəhəri, Heydər

"Apple" şirkəti "iPhone Air" modelinin istehsal planların
