“Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadəüslub xətaları” mövzusuna həsr olunan təlim keçirilib


Digərləri 21 Fev 2026 18:29:00 93 0

“Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadəüslub xətaları” mövzusuna həsr olunan təlim keçirilib

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında "Mediada Azərbaycan dili" mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.

Son.az xəbər verir ki, təlimin yeddinci günündə ustad dərslərini Xalq artisti Roza Tağıyeva, ədəbiyyatşünas və redaktor Seyfəddin Hüseynli, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva keçiblər.

Bu dəfə təlim "Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları" mövzusuna həsr olunub.

Təlim çərçivəsində Xalq artisti Roza Tağıyeva "Nitqin gözəlliyi" mövzusunda danışıb. O, efirdə düzgün danışığın vacibliyini vurğulayıb və iştirakçılara son dönəmlərdə "söylədim ki, söyləyim" ifadələrindən çox istifadə edildiyini və bunun yerinə "dedim" sözündən daha çox istifadə etmək lazım olduğunu bildirib.

Roza Tağıyeva, həmçinin xarici adların və rus sözlərinin düzgün tələffüz edilməsinin, "dan-dən" şəkilçilərindəki səslərə diqqət göstərilməsinin vacib olduğunu qeyd edib. O bildirib ki, efirdə loru danışıq yolverilməzdir, amma təbiilik və məntiqi vurğu qorunmalıdır.

Xalq artisti təcrübəsindən danışaraq onu da qeyd edib ki, əvvəllər yalnız hazır mətnlər gəlirdi və aparıcılar başqa heç nə deyə bilmirdilər. Bayramlarda və şənliklərdə isə əlavə söz deməyə icazə verilirdi.

O, təlimdə əvvəllər televiziyaya marağın böyük olduğunu, indi isə insanların əksəriyyətinin sosial şəbəkələrdə vaxt keçirdiyini də diqqətə çatdırıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva çıxışında media orqanlarında orfoqrafiya qaydalarına riayət olunmasının vacibliyini, redaktə və korrektə prosesinin zəifləməsinin ciddi problemlər yaratdığını qeyd edib.

Şəhla Quliyeva mediaya xas əsas orfoqrafik səhvlərdən də bəhs edib. O, çıxışında alınma sözlərin və mürəkkəb sözlərin yanlış yazılışı, böyük və kiçik hərflərin düzgün işlədilməməsi, durğu işarələrinin səhv tətbiqi, xüsusilə mürəkkəb cümlələrdə nöqtə və vergülün buraxılmasını da vurğulayıb.

Təlimdə çıxış edən ədəbiyyatşünas və redaktor Seyfəddin Hüseynli qrammatik qaydaların pozulması, dilə xarici təsirlər və yad sözlərin artması kimi problemlərdən danışıb. O qeyd edib ki, sosial şəbəkələrdən sonra dilə ən çox təsir göstərən sahələrdən biri seriallardır. Xüsusilə Türkiyə türkcəsinin təsiri məsələsi birmənalı qarşılanmır və bu mövzuda aparılan müzakirələr bəzən yanlış anlaşılır.

Bildirilib ki, bəzi sözlər tarixi zərurət nəticəsində dilə daxil olub və artıq işlək formaya çevrilib. Məsələn, "ruçka" sözü gündəlik danışıqda geniş istifadə olunsa da, yazıda "qələm" variantına üstünlük verilir.

Təlim zamanı təhsil sistemində test imtahanlarının üstünlük təşkil etməsinin düşüncə və ifadə bacarıqlarına təsiri məsələsinə də toxunulub. Qeyd olunub ki, biliklərin praktik tətbiqi zəiflədikdə nitq mədəniyyəti də zərər görür.

Seyfəddin Hüseynli orfoepiya lüğətinin olmaması və orfoqrafiya lüğətindəki problemlərdən də danışdı. Bundan əlavə, mediada üslub qarışıqlığının, ifadə və terminoloji qeyri-dəqiqliklərin də dil problemləri sırasında olmasını vurğulayıb.

Xatırladaq ki, təlimlərin keçirilməsinin əsas məqsədi media mühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinin təşviq edilməsidir.

Xalq artisti, görkəmli tarzən Ramiz Quliyevin xatirə gecəsi keçirilib – FOTO like
  • 21 Fev 18:07  
Kriminal Xalq artisti, görkəmli tarzən Ramiz Quliyevin xatirə gecəsi keçirilib – FOTO

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, Dövlət mükafatı laureatı, &q

arrow Ətraflı
Mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanıldı like
  • 21 Fev 17:48  
Digərləri Mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanıldı

Paytaxtın Sabunçu rayonunda silsilə oğurluq hadisəsi baş verib. Naməlum �

arrow Ətraflı
Azərbaycanda qida məhsullarının istehsalında DƏYİŞİKLİKLƏR like
  • 21 Fev 17:35  
Digərləri Azərbaycanda qida məhsullarının istehsalında DƏYİŞİKLİKLƏR

Bu ilin yanvar ayında Azərbaycanda 1 904,4 ton kərə yağı istehsal edilib.

arrow Ətraflı
Xəsarət alan FHN əməkdaşından XƏBƏR VAR like
  • 21 Fev 16:53  
Digərləri Xəsarət alan FHN əməkdaşından XƏBƏR VAR

Xidməti vəzifəsini yerinə yetirərkən hərəkətdə olan avtomobilin vurmas

arrow Ətraflı
Xalq artisti Əliabbas Qədirovun 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib like
  • 21 Fev 16:43  
Digərləri Xalq artisti Əliabbas Qədirovun 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib

Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli sənətkarı, Xalq arti

arrow Ətraflı
Zakir Həsənov hava hücumundan müdafiə hərbi hissəsinin xidmətidöyüş fəaliyyətini yoxladı like
  • 21 Fev 16:30  
Digərləri Zakir Həsənov hava hücumundan müdafiə hərbi hissəsinin xidmətidöyüş fəaliyyətini yoxladı

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müav

arrow Ətraflı
Gəncədə yol qəzası  Yaralılar VAR like
  • 21 Fev 16:13  
Digərləri Gəncədə yol qəzası Yaralılar VAR

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
“Lion Centre” direktorundan İDDİA: Hakim sübutları niyə nəzərə almadı? like
  • 21 Fev 16:00  
Digərləri “Lion Centre” direktorundan İDDİA: Hakim sübutları niyə nəzərə almadı?

"Lion Centre" MMC-nin direktoru Ramil Aslanov məhkəmələrdə üzlə

arrow Ətraflı
Kino musiqisinə həsr olunan “İki könül görüşəndə” adlı konsert keçirilib like
  • 21 Fev 15:56  
Digərləri Kino musiqisinə həsr olunan “İki könül görüşəndə” adlı konsert keçirilib

Beynəlxalq Muğam Mərkəzində  Cahangir Cahangirov adına Xor kollektivinin

arrow Ətraflı
Qalmaqallı məmur işindən azad olundu like
  • 21 Fev 15:38  
Digərləri Qalmaqallı məmur işindən azad olundu

Fövqəladə Hallar Nazirliyinin Ərizələrin və şikayətlərin qəbulu şöb

arrow Ətraflı
Son 7 ildə ölkədə neçə uşaq övladlığa verilib? like
  • 21 Fev 15:24  
Digərləri Son 7 ildə ölkədə neçə uşaq övladlığa verilib?

2019-cu noyabrın 1-dən bu günədək Sosial Xidmətlər Agentliyi tərəfində

arrow Ətraflı
Güclü külək GƏLİR  Sarı XƏBƏRDARLIQ like
  • 21 Fev 15:08  
Digərləri Güclü külək GƏLİR Sarı XƏBƏRDARLIQ

Fevralın 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bö

arrow Ətraflı
Samirədən Mətanətə cavab YUBANMADI: "Gedib güzgüdə özünə baxsın" like
  • 21 Fev 14:52  
Şou-biznes Samirədən Mətanətə cavab YUBANMADI: "Gedib güzgüdə özünə baxsın"

Meyxanaçı-müğənni Samirə Yusifqızı qızı Fərəhi təhqir etdiyi üçü

arrow Ətraflı