“Lion Centre” direktorundan İDDİA: Hakim sübutları niyə nəzərə almadı?


Digərləri 21 Fev 2026 16:00:00 135 0

“Lion Centre” direktorundan İDDİA: Hakim sübutları niyə nəzərə almadı?

"Lion Centre" MMC-nin direktoru Ramil Aslanov məhkəmələrdə üzləşdiyi qanunsuzluqdan, hər hansı bir araşdırma aparılmadan çıxarılan qərarlardan narazıdır.

Ramil Aslanov iddia edir ki, ona qarşı Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən qaldırılmış iddia üzrə keçirilən məhkəmə proseslərində ciddi hüquqi və prosessual pozuntulara yol verilib.

Son.az xəbər verir ki, Musavat.com-a müraciət edən Ramil Aslanovun sözlərinə görə, 2025-ci ildə Bakı şəhər Xətai Rayon Məhkəməsində hakim Sahibə Hacıyevanın icraatında baxılan "işgüzar nüfuzun müdafiəsi və məlumatların təkzib edilməsi" işində müdafiə tərəfinin təqdim etdiyi sübutlar, vəsatətlər və ekspertiza tələbləri araşdırılmadan rədd edilib.

Ramil Aslanovun sözlərinə əsasən, proses birtərəfli aparılıb:

"Ölkə hüdudlarından kənarda olmağım barədə rəsmi məlumat təqdim etməyimizə baxmayaraq, bu hal məhkəmə tərəfindən nəzərə alınmadı və qərar Dövlət Gömrük Komitəsinin xeyrinə çıxarıldı".

İddialar bununla da bitmir. Ramil Aslanov bildirir ki, 13 fevral 2026-cı ildə Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Cəfərovun sədrliyi ilə keçirilən ilk iclasda iş faktiki araşdırılmadan qərar qəbul edilib.

Ramil Aslanov deyir ki, iclasın ilk dəqiqələrindən etibarən sübutların tədqiqi aparılmayıb, tərəflərin bərabərliyi prinsipi təmin olunmayıb və cavabdehin iştirakı olmadan qərar verilib:

"Bu tez-tələsik verilən qərar sanki mənə baxın deyə qışqırır".

Onun sözlərinə görə, məhkəmə yalnız iddiaçı tərəfin nümayəndəsi Vilayət Mehrəliyevin mövqeyini əsas götürüb.

Ramil Aslanov iddia edir ki, həmin nümayəndə əvvəllər televiziya kanallarında "Lion Centre" MMC barədə həqiqətə uyğun olmayan məlumatlar səsləndirib və bu faktların gömrük əməliyyatlarının tarixçəsi ilə təkzib olunduğunu bildirir.

Əgər iddia olunanlar doğrudursa, ortaya çox ciddi suallar çıxır: Niyə müdafiə tərəfinin sübutları araşdırılmayıb? Niyə sahibkarın iştirakı təmin olunmayıb? Niyə apellyasiya instansiyasında işin mahiyyəti üzrə faktiki araşdırma aparılmadan qərar verilib?

Hüquqi dövlət prinsipləri və presedent təhlükəsi

Ramil Aslanov baş verənləri təkcə konkret məhkəmə çərçivəsində qiymətləndirmir. O hesab edir ki, bu proseslər DGK tərəfindən ona qarşı sistemli xarakter daşıyan təzyiq mexanizmlərinin davamıdır və sahibkarlıq fəaliyyətinə müdaxilə, işgüzar nüfuzun zədələnməsi ilə nəticələnib.

Qeyd edək ki, bir müddət əvvəl DGK iş adamını məhkəməyə vermiş və sahibkar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimələnmişdi.

Ramil Aslanov artıq ölkə rəhbərliyinə, Ali Məhkəməyə və Məhkəmə-Hüquq Şurasına müraciət edəcəyini açıqlayıb.

Bu iş bir daha sual doğurur: Azərbaycanda sahibkar dövlət qurumu ilə üz-üzə qalanda məhkəmə zalında həqiqətən bərabər tərəf kimi çıxış edə bilirmi?

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin də mövqeyini dərc etməyə hazırıq.

Kino musiqisinə həsr olunan “İki könül görüşəndə” adlı konsert keçirilib like
  • 21 Fev 15:56  
Digərləri Kino musiqisinə həsr olunan “İki könül görüşəndə” adlı konsert keçirilib

Beynəlxalq Muğam Mərkəzində  Cahangir Cahangirov adına Xor kollektivinin

arrow Ətraflı
Qalmaqallı məmur işindən azad olundu like
  • 21 Fev 15:38  
Digərləri Qalmaqallı məmur işindən azad olundu

Fövqəladə Hallar Nazirliyinin Ərizələrin və şikayətlərin qəbulu şöb

arrow Ətraflı
Son 7 ildə ölkədə neçə uşaq övladlığa verilib? like
  • 21 Fev 15:24  
Digərləri Son 7 ildə ölkədə neçə uşaq övladlığa verilib?

2019-cu noyabrın 1-dən bu günədək Sosial Xidmətlər Agentliyi tərəfində

arrow Ətraflı
Güclü külək GƏLİR  Sarı XƏBƏRDARLIQ like
  • 21 Fev 15:08  
Digərləri Güclü külək GƏLİR Sarı XƏBƏRDARLIQ

Fevralın 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bö

arrow Ətraflı
Samirədən Mətanətə cavab YUBANMADI: "Gedib güzgüdə özünə baxsın" like
  • 21 Fev 14:52  
Şou-biznes Samirədən Mətanətə cavab YUBANMADI: "Gedib güzgüdə özünə baxsın"

Meyxanaçı-müğənni Samirə Yusifqızı qızı Fərəhi təhqir etdiyi üçü

arrow Ətraflı
Faciəli şəkildə həlak olan FHN əməkdaşı dəfn olundu like
  • 21 Fev 14:19  
Digərləri Faciəli şəkildə həlak olan FHN əməkdaşı dəfn olundu

21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistra

arrow Ətraflı
Bu tarixdə qurumların nəqliyyat vasitələri hərraca ÇIXARILIR like
  • 21 Fev 14:11  
Digərləri Bu tarixdə qurumların nəqliyyat vasitələri hərraca ÇIXARILIR

Aprelin 7-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xi

arrow Ətraflı
Ölüm təhdidi ilə gündəmə gələn həkim yüksək vəzifəyə TƏYİN EDİLDİ like
  • 21 Fev 13:56  
Digərləri Ölüm təhdidi ilə gündəmə gələn həkim yüksək vəzifəyə TƏYİN EDİLDİ

Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yeni direktor əvəzi təyin edilib. 

arrow Ətraflı
Adil Hümbətov oteldə infaktdan ÖLDÜ like
  • 21 Fev 13:40  
Digərləri Adil Hümbətov oteldə infaktdan ÖLDÜ

Bakıda hoteldə ölüm hadisəsi olub.

arrow Ətraflı
Bakıda 8 kq narkotik aşkarlanıb like
  • 21 Fev 13:28  
Digərləri Bakıda 8 kq narkotik aşkarlanıb

Səbail Rayon Polis İdarəsi 41-ci Polis Şöbəsinin əməkdaşları narkotik

arrow Ətraflı
FHN əməkdaşının faciəli ölümündən saniyələr əvvəlki like
  • 21 Fev 13:13  
Digərləri FHN əməkdaşının faciəli ölümündən saniyələr əvvəlki

Xəbər verdiyimiz kimi, Salyanda xidməti vəzifəsini yerinə yetirən zaman a

arrow Ətraflı
Günəşdəki partlayışlarla zəlzələ arasında əlaqə VARMI?  ARAŞDIRMA like
  • 21 Fev 13:11  
Digərləri Günəşdəki partlayışlarla zəlzələ arasında əlaqə VARMI? ARAŞDIRMA

Günəşdən gələn güclü enerji partlayışları Yer kürəsinin ionosfer qa

arrow Ətraflı
“AA” seriyalı avtomobilin sürücüsündən QANUNSUZLUQ  Dayanacaqda park ETDİ like
  • 21 Fev 13:07  
Digərləri “AA” seriyalı avtomobilin sürücüsündən QANUNSUZLUQ Dayanacaqda park ETDİ

Paytaxtın Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində dayanacaqda

arrow Ətraflı
Məzuniyyətindən istifadə edə bilməyənlər əlavə PUL ALACAQ like
  • 21 Fev 12:56  
Digərləri Məzuniyyətindən istifadə edə bilməyənlər əlavə PUL ALACAQ

Azərbaycan Konstitusiya Məhkəməsi əmək qanunvericiliyində işçilərin h�

arrow Ətraflı