Zakir Həsənov hava hücumundan müdafiə hərbi hissəsinin xidmətidöyüş fəaliyyətini yoxladı
Digərləri 21 Fev 2026 16:30:00 56 0
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə hava hücumundan müdafiə hərbi hissəsinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
Bu xəbəri də oxu: Hormonal akne ilə mübarizədə yeni trend: Buruq nanə (Spearmint) çayı
Son.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissənin komanda məntəqəsində xidməti tapşırıqların yerinə yetirilməsi və mövcud vəziyyət barədə məruzələri dinləyib.
Nazirliyin rəhbər heyəti ixtisas hazırlığı üzrə məşğələlərin keçirilməsini izləyib, şəxsi heyətin peşəkarlıq səviyyəsi, nəzəri biliklərinin tətbiqi, həmçinin silah və texnikadan düzgün istifadə bacarıqları yüksək qiymətləndirilib.
General-polkovnik Zakir Həsənov keçirilən təlim və məşqlər zamanı HHM bölmələrinin arsenalına yeni daxil edilmiş müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi, onların döyüş şəraitində effektiv tətbiq imkanlarının mənimsənilməsi, şəxsi heyətin bu vasitələrdən düzgün və təhlükəsiz istifadə bacarıqlarının artırılması barədə Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar verib.
Son.az
"Lion Centre" MMC-nin direktoru Ramil Aslanov məhkəmələrdə üzlə
Beynəlxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına Xor kollektivinin
Fövqəladə Hallar Nazirliyinin Ərizələrin və şikayətlərin qəbulu şöb
2019-cu noyabrın 1-dən bu günədək Sosial Xidmətlər Agentliyi tərəfində
Fevralın 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bö
Meyxanaçı-müğənni Samirə Yusifqızı qızı Fərəhi təhqir etdiyi üçü
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi tibb xidməti polkovnik
21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistra
Aprelin 7-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xi
Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yeni direktor əvəzi təyin edilib.
Səbail Rayon Polis İdarəsi 41-ci Polis Şöbəsinin əməkdaşları narkotik
Xəbər verdiyimiz kimi, Salyanda xidməti vəzifəsini yerinə yetirən zaman a
Günəşdən gələn güclü enerji partlayışları Yer kürəsinin ionosfer qa
