Vaqif Xaçaturyanın vəziyyəti açıqlanıb
Digərləri 23 Dek 2025 17:35:00 78 0
Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyanın vəziyyəti açıqlanıb.
Bu xəbəri də oxu: Ölü çıxan evdə niyə güzgülərin üstünü örtürlər?
Son.az-ın məlumatına görə, Yeni Klinikanın Reanimasiya şöbəsinin müdiri, TƏBİB-in İcraçı direktorunun müşaviri Emil Qasımov APA-ya deyib ki, 70 yaşlı kişi xəstə 23 dekabr 2025-ci il tarixində gecə saat 00:30-da Yeni Klinikanın Reanimasiya şöbəsinə ciddi dərəcədə ağır aortal stenoz, orta dərəcəli mitral stenoz və xroniki ürək çatışmazlığının dekompensasiyası fonunda inkişaf etmiş ağciyər ödemi və ağır tənəffüs çatışmazlığı diaqnozu ilə kritik vəziyyətdə qəbul olunub.
Emil Qasımov bildirib ki, Reanimasiya şöbəsində aparılan müalicə tədbirləri, o cümlədən dərman müalicəsi, maye balansının tənzimlənməsi və qeyri-invaziv süni tənəffüs dəstəyi nəticəsində müsbət dinamika müşahidə olunub.
"Hazırda xəstə kritik həyati təhlükə mərhələsindən çıxmış hesab olunur, lakin vəziyyəti hələ də ağır olaraq qiymətləndirilir. Reanimasiya şöbəsində intensiv nəzarət altında müalicəsi davam etdirilir", - o qeyd edib.
Qeyd edək ki, Vaqif Xaçaturyan qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilərək 7 noyabr 2023-cü il tarixində 15 il müddətinə azadlıqdan məhrum olunub.
Binəqədi rayonu Rəsulzadə qəsəbəsində, Aydınbəyov küçəsi 18 ünvan�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Ba
Türkiyədə tamamilə süni intellektlə istehsal olunan ilk cizgi filmi olan &
Bakıda sosial şəbəkələrdə "Smoking Azerbaijan" səhifəsində t
Sumqayıtda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Abşeron rayon
52 yaşlı məşhur ispan aktrisa Penelopa Kruz və 58 yaşlı amerikalı aktris
Bu gün Azərbaycan Yazıçılar Birliyinin katibliyinin iclası keçirilib.
Ölkə iqtisadiyyatına ayrı-ayrı şəxslər tərəfindən zərər vurulması,
"Azərbaycanda son illər dövlət proqramları çərçivəsində hər ilin
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin keçirilməsini t�
İordaniyanın Kralı II Abdullah Azərbaycan Respublikasının Prezidenti İlha
Piyada keçidləri yol hərəkəti təhlükəsizliyi baxımından xüsusi diqqə
Alimlər çay və qəhvənin çox isti halda içilməsinin mədə xərçəngi ri
