“Kənd toyuqları”nı bu vannalarda “istehsal edirmişlər”
Digərləri 23 Dek 2025 17:05:00 63 0
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində fiziki şəxs Salahov Şahin Salam oğluna məxsus həyətyanı sahədə qida təhlükəsizliyi qeydiyyatından keçmədən, antisanitar şəraitdə qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb.
Bu xəbəri də oxu: Siyahıda Ata Abdullayev də var?
Agentlikdən Son.az-a verilən məlumata görə, yoxlama zamanı baytarlıq-müşayiətedici sənədləri olmayan 2000 baş ev quşunun baytarlıq tələbləri və heyvan rifahı gözlənilmədən kəsiminin həyata keçirildiyi məlum olub.
Müəssisə daxilində havalandırma sistemlərinin quraşdırılmaması nəticəsində kondensasiya prosesi zamanı yaranmış suların, o cümlədən yağış sularının tavandan birbaşa qida məhsullarının üzərinə töküldüyü, kəsim prosesində sanitar-gigiyenik tələblərə riayət edilmədiyi, tüklərin təmizlənməsi, pörtlədilməsi, içalatın təmizlənməsinin eyni sahədə həyata keçirildiyi, kəsilmiş toyuqların birbaşa döşəmə üzərinə yığıldığı müəyyən edilib. Eyni zamanda "kənd toyuğu" təəssüratı yaratmaq məqsədilə mənşəyi məlum olmayan rənglərdən istifadə edilərək toyuqların rənglənməsi halları da aşkarlanıb. Sahibkar ev quşlarının bazarlarda satışa çıxarıldığını bildirib.
Faktla bağlı sahibkar barəsində inzibati icraata başlanılıb. Toyuqların kəsimi və toyuq məhsullarının dövriyyəsi qadağan edilib, məhsullar ərazidən kənarlaşdırılaraq saxlanca verilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Müəssisənin fəaliyyəti dayandırılıb. Araşdırmalar davam etdirilir.
52 yaşlı məşhur ispan aktrisa Penelopa Kruz və 58 yaşlı amerikalı aktris
Bu gün Azərbaycan Yazıçılar Birliyinin katibliyinin iclası keçirilib.
Ölkə iqtisadiyyatına ayrı-ayrı şəxslər tərəfindən zərər vurulması,
"Azərbaycanda son illər dövlət proqramları çərçivəsində hər ilin
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin keçirilməsini t�
İordaniyanın Kralı II Abdullah Azərbaycan Respublikasının Prezidenti İlha
Piyada keçidləri yol hərəkəti təhlükəsizliyi baxımından xüsusi diqqə
Alimlər çay və qəhvənin çox isti halda içilməsinin mədə xərçəngi ri
Yerli KİV-də paytaxtın bəzi market və köşklərdə siqaret satışının m
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam
Bir qədər əvvəl barəsində həbs qətimkan tədbiri seçilən iş adamı Ru
Xalq artisti Eyyub Yaqubov səsləndirdiyi fikirlərlə müzakirələrə səbəb
"Böyük Qayıdış" Proqramı bu gün dünya miqyasında ən uğurla
Aparıcı və prodüser Sayqa Cahid sosial şəbəkədə maraqlı açıqlama ver
