Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib FOTO
Siyasət 23 Dek 2025 17:30:00 56 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam şəhərində "Hilton Garden Inn Agdam" hotelinin açılışında iştirak edib.
Bu xəbəri də oxu: Prezident Ağdam Sənaye Parkında “Saloğlu Qarabağ” MMCnin istehsal müəssisəsinin təməlini qoyub FOTO
Son.az xəbər verir ki, dövlətimizin başçısına burada yaradılmış şərait barədə məlumat verildi.
Bildirildi ki, ümumi ərazisi 2 hektardan çox olan mehmanxana 2, 6 və 7 mərtəbəli olmaqla, 3 blokdan ibarətdir. 287 yerlik hotel binasında müxtəlif siniflərə aid ümumilikdə 127 otaq var. Burada, həmçinin restoran, ictimai-iaşə zonası, iclas, tədbir və ziyafət zalları, qapalı hovuz, idman zalı yaradılıb. Hotelin ərazisində də geniş abadlıq işləri görülüb. Burada 120 nəfər daimi işlə təmin olunub. Yeni hotel Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam Mərkəzi, Ağdam Sənaye Parkı və digər sosial infrastruktur obyektlərinin yaxınlığında yerləşir.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ildə Ağdam şəhərində mehmanxana kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Bu ilin fevralında isə kompleksdə görülən tikinti işləri ilə tanış olublar.
İşğaldan azad edilmiş ərazilərdə görülən bərpa və yenidənqurma işləri çərçivəsində bu bölgədə turizm infrastrukturunun formalaşdırılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə müasir tələblərə cavab verən hotel və mehmanxana komplekslərinin tikintisi həyata keçirilir, turizm potensialının reallaşdırılması üçün zəruri şərait yaradılır. Bütün bu işlər "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun icra olunur. Bu hotellər memarlığına görə ərazinin təbii landşaftına uyğun layihələndirilir, ekoloji standartlara və ən müasir xidmət prinsiplərinə əsaslanır. Turizm obyektləri turistlərin rahat yerləşməsi, istirahəti üçün geniş imkanlar yaradır. Hotellərin tikintisi, həmçinin bu bölgələrdə iqtisadi fəallığın artmasına, yeni iş yerlərinin yaradılmasına və sahibkarlığın inkişafına təkan verir. Bütün bu işlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin turizm potensialında mühüm yer tutmasına da zəmin yaradacaq.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Ba
Türkiyədə tamamilə süni intellektlə istehsal olunan ilk cizgi filmi olan &
Bakıda sosial şəbəkələrdə "Smoking Azerbaijan" səhifəsində t
Sumqayıtda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Abşeron rayon
52 yaşlı məşhur ispan aktrisa Penelopa Kruz və 58 yaşlı amerikalı aktris
Bu gün Azərbaycan Yazıçılar Birliyinin katibliyinin iclası keçirilib.
Ölkə iqtisadiyyatına ayrı-ayrı şəxslər tərəfindən zərər vurulması,
"Azərbaycanda son illər dövlət proqramları çərçivəsində hər ilin
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin keçirilməsini t�
İordaniyanın Kralı II Abdullah Azərbaycan Respublikasının Prezidenti İlha
Piyada keçidləri yol hərəkəti təhlükəsizliyi baxımından xüsusi diqqə
Alimlər çay və qəhvənin çox isti halda içilməsinin mədə xərçəngi ri
Yerli KİV-də paytaxtın bəzi market və köşklərdə siqaret satışının m
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam
