“Klinikaya 4300 manat ödədim, resept verib yola saldılar...”


Digərləri 13 Dek 2025 11:32:00 57 0

“Klinikaya 4300 manat ödədim, resept verib yola saldılar...”

"Lux İnternational Hospital"a kəskin mədə ağrısı, ürəkbulanma ilə müraciət etmişdim. Bir neçə gün müayinələrdən keçdim, ümumilikdə 4300 manat ödəniş etdim. Amma bunun müqabilində normal xidmət görmədim, xəstəyə başdansovdu yanaşaraq pul alıb və resepti verib yola salırlar".

Son.az xəbər verir ki, bu iddia ilə "qafqazinfo"ya vətəndaş Könül Həmzəyeva müraciət edib. Şikayətçi təxminən ay yarım əvvəl digər özəl klinikaların birində arıqlamaq üçün göbək ətrafına iynə vurdurub. Ehtimal edir ki, ondan sonra səhhətində problem yaranıb.

K.Həmzəyeva daha sonra kəskin mədə ağrısı, ürəkbulanma əlamətləri ilə "Lux İnternational Hospital"a müraciət edib: "Noyabrın 28-i özümü pis hiss elədim, təcili yardım çağırdım və məni ora apardılar. Depozit ödədim, 2 gün xəstəxanada müayinə olundum və ağrılarım kəsdiyi üçün evə buraxıldım. Lakin yenidən kəskin sancı tutdu, dekabrın 2-si klinikaya müraciət etməli oldum, ayın 5-dək orada qaldım. Yenidən məndən depozit aldılar, KT, qastroskopiya müayinəsindən keçirdilər. Həkim gəlib dedi ki, "KT yaxşı çıxmayıb, kista, mioma, bağırsağında şiş var, mədən yara içərisindədir və sairə". Çox narahat oldum, panik atak keçirdim. Bu dəfə MRT elədilər. Günorta ayıldım ki, yanıma resept qoyulub, yazılıb ki, bu gün çıxışınız var. Mən də sual verdim ki, axı xəstəni bu vəziyyətdə evə necə buraxa bilərsiniz? Dedim ki, həkim yaxınlaşıb xəstəliyimlə bağlı məlumat versin. Məni qorxutmusunuz, oturub ancaq internetdə xəstəliklə bağlı məlumatlar araşdırmışam. Dedilər ki, gedin, birinci gün gələrsiniz..."

K.Həmzəyeva həkim çağırılmasını tələb edəndə onu hədələdiklərini iddia edib: "Dedim axı bu qədər pul ödəmişəm, niyə məni müalicə etmirsiniz? Qabağıma 11 dərmandan ibarət resept qoyulub, bilmirəm suallarımı kimə verim. Mioma nə miomadır, bağırsaqdakı problem nədir? Onkoloji müayinə olunmalıyammı? Bu yazılan dərmanlar nə üçündür? Yenidən müayinəyə gəlməliyəmmi? Şikayət olunandan sonra həkim gəlib heç bir etik normanı gözləmədən "sən dincəldin, məni toydan yarımçıq çıxardın?!" dedi. Xəstə yarımçıq, öz diaqnozunu bilmədən necə çıxardıla bilər? Həkim yoxdursa, məni növbəti gün çıxara bilərdilər. Dedim ki, həkim gəlib mənə izah eləsin, sonra ödənişi edib çıxım. Baş həkim göstəriş verdi ki, "102-yə zəng edin çıxarın, getsin". Halbuki polis əməkdaşları da gəldi, məni dinlədilər və irad bildirdilər ki, xəstə ilə bu tərzdə danışmaq olmaz. Ödədiyim məbləğ müqabilində heç bir xidmət göstərilməyib. Məndən aldıqları ödənişin açıqlamasını istəyirəm. VİP otaqda qalmışam, bir tibb bacısını çağıranda 40 dəqiqəyə gəlirdi, xidmətdən narazıyam. Mənə hədə-qorxu gəldilər ki, "əgər ödəniş etməsəniz, çıxmağa qoymayacağıq". Klinika tam özbaşınalıq etdi, bu davranışlarına görə üzr istəməlidirlər".

Sadalanan ittihamlarla bağlı "Lux İnternational Hospital"a sorğu ünvanladıq. Tibb müəssisəsindən vətəndaşın şikayətinin araşdırıldığı deyilsə də, bu haqda açıqlama verə bilməyəcəkləri əlavə edilib. Qeyd edilib ki, vətəndaşın razılığı olmadan həkim sirrini təşkil edən məlumatların verilməli olduğu subyektlərin dairəsi qanunvericiliklə müəyyən edilib: "Qanunvericilik aktlarının tələblərinə əsaslanaraq nəzərinizə çatdırırıq ki, şikayətçi bilavasitə (və ya qanuni nümayəndəsi, yaxud etibarnamə üzrə nümayəndəsi vasitəsilə) "RR Medical Group" MMC-yə (Lux İnternational Hospitala) müraciət edərək sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu və s. barədə məlumatları əldə edə, eləcə də özünün sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərlə tanış ola bilər. Həmçinin o öz iradə ifadəsi əsasında mənafeyi baxımından bu məlumatı vermək mümkün olan şəxsi seçməklə yuxarıda göstərilən məlumatları əldə edə bilər.

Göstərilənləri nəzərə alıb məlumatların tərəfinizdən əldə edilməsinə vətəndaşın (pasiyentin) qanunvericiliklə təsbit edilmiş qaydada razılığını təqdim etdiyiniz təqdirdə sorğunuzun cavablandırılması tərəfimizdən təmin olunacaq".

Maşınını təmir edərkən altında qalıb öldü like
  • 13 Dek 11:20  
Digərləri Maşınını təmir edərkən altında qalıb öldü

Gəncədə dekabrın 12-də baş verən bədbəxt hadisə zamanı bir nəfər ö

arrow Ətraflı
İmtahanlarda abituryentlərin üzərinə cihaz quraşdırmaq istəyənlər kimlər olub?  VİDEO like
  • 13 Dek 11:16  
Digərləri İmtahanlarda abituryentlərin üzərinə cihaz quraşdırmaq istəyənlər kimlər olub? VİDEO

Qəbul imtahanlarında abituryentlərə xüsusi vasitələr quraşdırmaqla imta

arrow Ətraflı
Moskvadan qalxan təyyarə təcili eniş etdi like
  • 13 Dek 11:07  
Digərləri Moskvadan qalxan təyyarə təcili eniş etdi

"Pobeda" aviaşirkətinə məxsus, Moskvadan Səmərqəndə uçan təy

arrow Ətraflı
Zərərli bilinirdi, ömrü uzadırmış  Alimlər təsdiqlədi like
  • 13 Dek 11:00  
Digərləri Zərərli bilinirdi, ömrü uzadırmış Alimlər təsdiqlədi

Alimlər müəyyən ediblər ki, kakao və tünd şokoladda olan teobromin madd�

arrow Ətraflı
Bakıda məşhur bazar niyə sökülür?  VİDEO like
  • 13 Dek 10:51  
Digərləri Bakıda məşhur bazar niyə sökülür? VİDEO

Bakıda "Təkər aləmi" kimi tanınan bazar sökülür.

arrow Ətraflı
6cı həyat yoldaşından da boşanır? like
  • 13 Dek 10:40  
Şou-biznes 6cı həyat yoldaşından da boşanır?

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbilin 3 ay öncə ailə qurduğu Güls

arrow Ətraflı
Siqaret "qara bazar"ına nəzarət edənlər  Gömrükdəki əməliyyatın vacib detalları məlum oldu like
  • 13 Dek 10:37  
Kriminal Siqaret "qara bazar"ına nəzarət edənlər Gömrükdəki əməliyyatın vacib detalları məlum oldu

Milyonluq siqaret qaçaqmalçılığı kimlərin adı ilə bağlıdır? – Qara

arrow Ətraflı
Hərbi çağırışa vaxtında gəlməyənlər 500 AZN cərimələnir? like
  • 13 Dek 10:30  
Digərləri Hərbi çağırışa vaxtında gəlməyənlər 500 AZN cərimələnir?

Sosial şəbəkələrdə yayılan paylaşımda vətəndaş iddia edir ki, hərbi

arrow Ətraflı
907yə son: Vaşinqton köhnə mexanizmdən imtina edir like
  • 13 Dek 10:24  
Dünya 907yə son: Vaşinqton köhnə mexanizmdən imtina edir

907-ci düzəliş bir vaxtlar ABŞ paytaxtında Azərbaycana qarşı lobbi təzy

arrow Ətraflı
İrandan gətirilən portağal boyanır?  Ələ keçən rəng şübhə yaratdı like
  • 13 Dek 10:21  
Digərləri İrandan gətirilən portağal boyanır? Ələ keçən rəng şübhə yaratdı

İrandan gətirilən portağalın rəngləndiyi iddia olunur.

arrow Ətraflı
Gözlənilən Epşteyn arxivi açıldı  FOTOlarda Tramp da var like
  • 13 Dek 10:13  
Dünya Gözlənilən Epşteyn arxivi açıldı FOTOlarda Tramp da var

ABŞ Nümayəndələr Palatasının nəzarət komitəsində təmsil olunan Demok

arrow Ətraflı
“Location”dakı partlayışa görə məhkum edilən menecer azad olundu like
  • 13 Dek 10:08  
Digərləri “Location”dakı partlayışa görə məhkum edilən menecer azad olundu

3 il əvvəl Bakıda 4 nəfərin ölümü ilə nəticələnən "Location&qu

arrow Ətraflı
Güllünün qızı həbs edildi like
  • 13 Dek 10:02  
Şou-biznes Güllünün qızı həbs edildi

Türkiyənin tanınmış müğənnisi Güllünün ölümü ilə bağlı aparıla

arrow Ətraflı
“Azercell” bu xidmətləri də bahalaşdırır like
  • 13 Dek 09:53  
Digərləri “Azercell” bu xidmətləri də bahalaşdırır

"Azercell" kredit üçün xidmət haqqını artırır.

arrow Ətraflı
Aktrisanı yalan dedektoruna bağlayıb suallar verdilər  FOTO like
  • 13 Dek 09:50  
Şou-biznes Aktrisanı yalan dedektoruna bağlayıb suallar verdilər FOTO

Sidni Suini detektor testində sinəsi ilə bağlı iddialara aydınlıq gətiri

arrow Ətraflı