Zərərli bilinirdi, ömrü uzadırmış Alimlər təsdiqlədi
Digərləri 13 Dek 2025 11:00:00 68 0
Alimlər müəyyən ediblər ki, kakao və tünd şokoladda olan teobromin maddəsi bioloji qocalmanın daha yavaş getməsinə kömək edir.
Bu xəbəri də oxu: Dostu tanınmış müğənnini qızının öldürdüyü
Son.az xəbər verir ki, araşdırma "King's College London" alimləri tərəfindən aparılıb və "Aging" jurnalında dərc olunub.
Tədqiqat 2 böyük Avropa layihəsinin məlumatlarına əsaslanıb. Bunlar Böyük Britaniyadakı TwinsUK və Almaniyadakı KORA proqramlarıdır. Ümumilikdə 1600-dən çox iştirakçının göstəriciləri təhlil edilib.
Alimlər iştirakçıların qanında teobrominin səviyyəsini ölçüblər. Bu göstəricilər DNT dəyişiklikləri əsasında bioloji yaşı göstərən epigenetik saatların nəticələri ilə müqayisə olunub. Məlum olub ki, teobromin səviyyəsi yüksək olan insanlarda bioloji yaş daha yavaş artır.
Bu şəxslərdə telomerlərin uzunluğu ilə bağlı göstəricilər daha yaxşı olub. Erkən ölüm riski ilə bağlı göstəricilər də daha aşağı qeydə alınıb. Nəticələr kofein və çayla bağlı digər maddələr nəzərə alındıqdan sonra da dəyişməyib.
Əlavə analiz göstərib ki, təsir xüsusilə siqaret çəkən və əvvəllər siqaret çəkmiş insanlarda daha aydın görünür. Alimlər hesab edirlər ki, teobromin nikotinin yaratdığı bəzi epigenetik zədələri qismən zəiflədə bilər.
Tədqiqat müəllifləri vurğulayıblar ki, söhbət şokoladın birbaşa cavanlaşdırıcı təsirindən getmir. Araşdırma statistik nəticələrə əsaslanır. Teobrominin təkbaşına, yoxsa kakao tərkibindəki digər maddələrlə birlikdə təsir göstərdiyi hələ dəqiq bilinmir.
Qeyd edək ki, bundan əvvəl aparılan araşdırmalarda avokadonun müntəzəm istifadəsinin ümumi xolesterinin azalmasına kömək etdiyi də müəyyən edilib.
İsmayıl Son.az
Türkiyəli məşhur şoumen Mehmet Ali Erbilin 3 ay öncə ailə qurduğu Güls
Milyonluq siqaret qaçaqmalçılığı kimlərin adı ilə bağlıdır? – Qara
Sosial şəbəkələrdə yayılan paylaşımda vətəndaş iddia edir ki, hərbi
907-ci düzəliş bir vaxtlar ABŞ paytaxtında Azərbaycana qarşı lobbi təzy
İrandan gətirilən portağalın rəngləndiyi iddia olunur.
ABŞ Nümayəndələr Palatasının nəzarət komitəsində təmsil olunan Demok
3 il əvvəl Bakıda 4 nəfərin ölümü ilə nəticələnən "Location&qu
Sidni Suini detektor testində sinəsi ilə bağlı iddialara aydınlıq gətiri
ABŞ-ın Kaliforniya ştat məhkəməsində süni intellekt şirkəti "Open
Mağazada yaxşı kolbasa seçmək üçün məsləhətlər verilib.
Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəf
Dünyanın məşhur muzeyləri adətən Mona Liza, Rosetta Daşı və ya Van Qoq
