Hərbi çağırışa vaxtında gəlməyənlər 500 AZN cərimələnir?


Digərləri 13 Dek 2025 10:30:00 73 0

Hərbi çağırışa vaxtında gəlməyənlər 500 AZN cərimələnir?

Sosial şəbəkələrdə yayılan paylaşımda vətəndaş iddia edir ki, hərbi çağırışa vaxtında gəlmədiyi əsas gətirilərək ona 300 manat cərimə olunacağı deyilib, bəzi çağırışçılara isə 500 manat cərimə tətbiq ediləcəyi bildirilib. Vətəndaşın sözlərinə görə, ona SMS bildiriş göndərilməyib.

Bəs görəsən, SMS bildirişi qanunvericiliyə əsasən rəsmi çağırış hesab olunurmu? Vətəndaşa çağırış kağızı təqdim edilmədiyi halda və SMS-in ona çatmadığı iddia edilərsə, 300 və ya 500 manat cərimə tətbiq edilə bilərmi? Çağırışçıya SMS çatmayıbsa, proses necə tənzimlənir?

Son.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov mövzu ilə bağlı Oxu.az-a açıqlamasında çağırış vərəqəsinin - vətəndaşların hərbi vəzifələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron kabinet vasitəsilə, bu mümkün olmadıqda isə digər vasitələrlə (poçt rabitəsi, elektron poçt və ya şəxsən təqdim olunmaqla) məlumatlandırılmasını nəzərdə tutan rəsmi sənəd olduğunu bildirib.

"Qanunun 6.2-2-ci maddəsinə görə, tibbi müayinəyə cəlb olunan çağırışaqədər yaş həddində olanların qanuni nümayəndələri (valideynləri, övladlığa götürənlər və ya himayəçi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onların hansı müddətdə tibbi müayinədən keçməsi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəlməli olması barədə çağırış vərəqəsi vasitəsilə məlumatlandırılırlar. Çağırışaqədər yaş həddində olan vətəndaşlar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən tibbi müayinəyə cəlb olunan çağırışaqədər yaş həddində olanların qanuni nümayəndələri məlumatlandırılmış hesab olunur. Hərbi xidmətə çağırılan şəxslər da bu qaydada məlumatlandırılırlar. Bu formada məlumatlandırılma hüquqi əsas hesab edilir", - qurum rəsmisi deyib.

Şöbə rəisi vurğulayıb ki, Qanunun 8.1-ci maddəsinə əsasən, dövlət orqanları, yerli özünüidarə orqanları, təşkilatlar və vəzifəli şəxslər müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən, hərbi vəzifəlilərin və çağırışçıların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə onlara məlumat verməli və onların çağırış üzrə vaxtında gəlməsinə köməklik göstərməlidirlər. Bu məqsədlə çağırışa hazırlıq dövründə hərbi xidmətə çağırışa cəlb edilmiş şəxslərin adlı siyahıları əvvəlcədən ərazi icra nümayəndəliklərinə göndərilir.

O əlavə edib ki, İnzibati Xətalar Məcəlləsinin 604-cü maddəsinə əsasən ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə, 100 manat məbləğində cərimə edilirlər:

"Həmin Məcəllənin 606.3-cü maddəsinin tələblərinə görə, çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə, 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur".

907yə son: Vaşinqton köhnə mexanizmdən imtina edir like
  • 13 Dek 10:24  
Dünya 907yə son: Vaşinqton köhnə mexanizmdən imtina edir

907-ci düzəliş bir vaxtlar ABŞ paytaxtında Azərbaycana qarşı lobbi təzy

arrow Ətraflı
İrandan gətirilən portağal boyanır?  Ələ keçən rəng şübhə yaratdı like
  • 13 Dek 10:21  
Digərləri İrandan gətirilən portağal boyanır? Ələ keçən rəng şübhə yaratdı

İrandan gətirilən portağalın rəngləndiyi iddia olunur.

arrow Ətraflı
Gözlənilən Epşteyn arxivi açıldı  FOTOlarda Tramp da var like
  • 13 Dek 10:13  
Dünya Gözlənilən Epşteyn arxivi açıldı FOTOlarda Tramp da var

ABŞ Nümayəndələr Palatasının nəzarət komitəsində təmsil olunan Demok

arrow Ətraflı
“Location”dakı partlayışa görə məhkum edilən menecer azad olundu like
  • 13 Dek 10:08  
Digərləri “Location”dakı partlayışa görə məhkum edilən menecer azad olundu

3 il əvvəl Bakıda 4 nəfərin ölümü ilə nəticələnən "Location&qu

arrow Ətraflı
Güllünün qızı həbs edildi like
  • 13 Dek 10:02  
Şou-biznes Güllünün qızı həbs edildi

Türkiyənin tanınmış müğənnisi Güllünün ölümü ilə bağlı aparıla

arrow Ətraflı
“Azercell” bu xidmətləri də bahalaşdırır like
  • 13 Dek 09:53  
Digərləri “Azercell” bu xidmətləri də bahalaşdırır

"Azercell" kredit üçün xidmət haqqını artırır.

arrow Ətraflı
Aktrisanı yalan dedektoruna bağlayıb suallar verdilər  FOTO like
  • 13 Dek 09:50  
Şou-biznes Aktrisanı yalan dedektoruna bağlayıb suallar verdilər FOTO

Sidni Suini detektor testində sinəsi ilə bağlı iddialara aydınlıq gətiri

arrow Ətraflı
“ChatGPT” qətldə “iştirak edib”?  Məhkəməyə verildi like
  • 13 Dek 09:40  
Digərləri “ChatGPT” qətldə “iştirak edib”? Məhkəməyə verildi

ABŞ-ın Kaliforniya ştat məhkəməsində süni intellekt şirkəti "Open

arrow Ətraflı
Kolbasanın üstündə bu söz varsa, qəti almayın like
  • 13 Dek 09:25  
Digərləri Kolbasanın üstündə bu söz varsa, qəti almayın

Mağazada yaxşı kolbasa seçmək üçün məsləhətlər verilib.

arrow Ətraflı
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Meksikada anılıb  FOTO like
  • 13 Dek 09:17  
Digərləri Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Meksikada anılıb FOTO

Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəf

arrow Ətraflı
Bu kələmi görmək üçün uzun növbələr yaranır like
  • 13 Dek 08:34  
Digərləri Bu kələmi görmək üçün uzun növbələr yaranır

Dünyanın məşhur muzeyləri adətən Mona Liza, Rosetta Daşı və ya Van Qoq

arrow Ətraflı
Dünyanın ən az günəş düşən şəhəri: İldə cəmi 26 gün günəş çıxır like
  • 13 Dek 08:08  
Dünya Dünyanın ən az günəş düşən şəhəri: İldə cəmi 26 gün günəş çıxır

Dünyanın bəzi bölgələrində günəş həyatın adi bir hissəsidirsə, bə

arrow Ətraflı
Hamiləlik planlayan qadınlar lakdan uzaq dursun  Sonsuzluq yaradır like
  • 13 Dek 07:08  
Digərləri Hamiləlik planlayan qadınlar lakdan uzaq dursun Sonsuzluq yaradır

Son illərdə gel-laklı manikürün davamlılığı və rahatlığı səbəbind

arrow Ətraflı
Hamamda mütləq şam saxlayın  Qeyriadi səbəb  VİDEO like
  • 13 Dek 06:06  
Digərləri Hamamda mütləq şam saxlayın Qeyriadi səbəb VİDEO

Vanna otağında ən tez çirklənən yer su kranlarıdır. 

arrow Ətraflı
Ürək hüceyrə terapiyasını daha təhlükəsiz edən YENİ ÜSUL like
  • 13 Dek 05:05  
Digərləri Ürək hüceyrə terapiyasını daha təhlükəsiz edən YENİ ÜSUL

Amerikalı alimlər ürək hüceyrə terapiyasının təhlükəsizliyini artıra

arrow Ətraflı