Stomatologiyada təhsil alan Naaz tiktoker oldu Dünyanı fəth edir
Digərləri 11 Dek 2025 23:13:00 60 0
Sosial media və moda dünyasında sürətlə yüksələn adlardan biri olan, fars əsilli kanadalı model və tiktoker Naaz Torbati dünya üzrə milyonlarla pərəstişkarın diqqətini çəkib.
Bu xəbəri də oxu: Yeməkdən sonra şirniyyat istəyi normaldır?
Son.az xəbər verir ki, onun unikal görünüşü, şərqə məxsus cazibəsi və xarizması aparıcı model agentliklərinin də marağına səbəb olub.
Şərqli görünüşü ilə seçilən Naazın fotossessiyaları və podium çıxışları qısa müddətdə böyük rezonans yaradıb. Məhz bu səbəbdən o, Nyu-Yorkun nüfuzlu model agentliklərindən biri ilə müqavilə imzalayıb ki, bu da onun peşəkarlığının və istedadının beynəlxalq səviyyədə tanındığını təsdiqləyir.
Maraqlıdır ki, Naaz Torbati modadan əvvəl tamamilə başqa sahədə, stomatologiyada təhsil alıb. O, oxuduğu illərdə aparıcı klinikalarda uğurlu praktika keçsə də, tibbi karyera əvəzinə yaradıcılıq yolunu seçib. Sosial şəbəkələrdəki fəaliyyəti, moda sahəsinə marağı və özünü ifadə etmək istəyi onu model biznesinə gətirib.
Hazırda Naaz Torbati sosial şəbəkələrdə sürətlə populyarlıq qazanaraq həm Kanadada, həm də dünya miqyasında tanınmış simaya çevrilməkdə davam edir.
Kənan Son.az
Bu gün mandatı ləğv olunan Ali Məclisin 4 saylı Yengicə Seçki Dairəsini
Xalq artisti Röya Ayxan qardaşı İsmayıla bağışladığı hədiyyədən da
Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən və 3 nəfə
Xalq artisti Röya Ayxan Xalq artisti Aygün Kazımova ilə barışıqlarından
Bakının Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.
Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə teatr" layihəsi
Təhlükəli növ döş xərçənginin təkrarlanma riskini azaltmaq üsulu tap�
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�
Dekabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliy
Dövlət Sərhəd Xidməti (DSX) rəisinin maddi-texniki təminat üzrə müavin
Azərbaycan Milli Konservatoriyasında Ulu Öndər Heydər Əliyevin xatirəsin�
Ustalar tez-tez söndürülüb-yandırılmasının əlavə yanacağa səbəb old
Dekabrın 11-də Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin a�
