Təhsil sistemində yenilik ölkə üzrə tətbiq edilir


Digərləri 09 Dek 2025 12:03:00 72 0

Təhsil sistemində yenilik  ölkə üzrə tətbiq edilir

Ölkədə təxminən 150 mindən çox müəllim fəaliyyət göstərir və onların  126 min nəfəri Təhsil Nazirliyinin tabeliyindəki ümumtəhsil məktəblərində çalışır. 

Son.az xəbər verir ki, bunu "Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar"  adlı elmi-praktiki beynəlxalq konfransda Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, Elm və Təhsil Nazirinin müşaviri Elnur Əliyev deyib.

Onun sözlərinə görə, bu qədər geniş auditoriyaya fərdi metodik dəstəyin yalnız 350 nəfərlik metodist komandası vasitəsilə göstərilməsi mümkün deyil.

Qeyd edib ki, yeni metodik dəstək modelinin əsas fərqi miqyası deyil, keyfiyyətidir:

"Hazırda metodistlər 400-ə yaxın məktəbdə intensiv və fərdiləşdirilmiş dəstək təmin edir. Məktəblər seçilərkən şagird nəticələri aşağı olan təhsil müəssisələrinə üstünlük verilir. Hər metodist 4-5 məktəb üzrə müəllimlərin öyrənmə mühitini təşkil edir".

Nəzərə çatdırıb ki, bu modeldə metodistin rolu ənənəvi təlim keçirən şəxs olmaqdan fərqlənir. Onların əsas vəzifəsi məktəbdə müəllimlərin bir-birindən öyrəndiyi, fənn metodik birləşmələrinin inkişaf etdiyi dayanıqlı öyrənmə mühiti formalaşdırmaqdır:

"Yeni sistemdə metodist müəllimlərin peşəkar öyrənmə prosesini təşkil edən əsas şəxs kimi çıxış edir. Məktəbdaxili öyrənmə fəaliyyətlərini koordinasiya edir. Fənn metodik birləşmələrinin işini gücləndirir. Müəllimlərin bilik və bacarıqlarının artmasına xidmət edən davamlı inkişaf mexanizmləri qurur".

E.Əliyev vurğulayıb ki, təkcə metodistlərlə məhdudlaşmayan sistem daha genişmiqyaslı peşəkar inkişaf proqramlarını da əhatə edir.

Bildirib ki, Təhsil İnstitutunun təqdim etdiyi model iki paralel istiqamətdə işləyir:

"Fərdiləşdirilmiş intensiv dəstək metodistlər vasitəsilə konkret məktəblərdə aparılır. Kütləvi peşəkar inkişaf təlimlər, elektron resurslar və televiziya proqramları vasitəsilə geniş müəllim kontingentinə çatdırılır".

Söyləyib ki, yeni yanaşmanın məqsədi müəllimlərin peşəkar inkişafını həm keyfiyyət, həm də əhatə dairəsi baxımından gücləndirmək və nəticə etibarilə şagirdlərin öyrənmə keyfiyyətini artırmaqdır.

Mina Mikayılova Son.az


Xəbərə aid fotolar

Stadionu alan şəxs Şeyxin Mühafizə xidmətinin rəisi olub like
  • 09 Dek 11:54  
Digərləri Stadionu alan şəxs Şeyxin Mühafizə xidmətinin rəisi olub

Masallıda yerləşən Anatoli Banişevski adına stadionun kim tərəfindən sa

arrow Ətraflı
Azərbaycanlı qızın hindistanlılarla ÇƏTİN ANLARI like
  • 09 Dek 11:50  
Digərləri Azərbaycanlı qızın hindistanlılarla ÇƏTİN ANLARI

Hindistana səfər edən azərbaycanlı qız orada qarşılaşdığı xoşagəlm

arrow Ətraflı
Tütün məmulatlarının aksiz dərəcələri kəskin artırılır like
  • 09 Dek 11:48  
Digərləri Tütün məmulatlarının aksiz dərəcələri kəskin artırılır

Yerli istehsala əsaslanan və idxal olunan ənənəvi siqaretlər üzrə aksiz

arrow Ətraflı
Gələn ildən vergi və güzəştlər tətbiq ediləcək sahələr açıqlandı like
  • 09 Dek 11:46  
Digərləri Gələn ildən vergi və güzəştlər tətbiq ediləcək sahələr açıqlandı

2026-cı il dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsində dəyi

arrow Ətraflı
Sosial və tibbi sığorta ilə bağlı yeni qaydalar qəbul ediləcək  RƏSMİ like
  • 09 Dek 11:42  
Digərləri Sosial və tibbi sığorta ilə bağlı yeni qaydalar qəbul ediləcək RƏSMİ

2026-cı il dövlət büdcəsi zərfinə daxil olan bir sıra qanunlarda dəyiş

arrow Ətraflı
Balacalıqdan böyütdükləri pitbul 2 yaşındaki uşaqlarını öldürdü  FOTO like
  • 09 Dek 11:41  
Dünya Balacalıqdan böyütdükləri pitbul 2 yaşındaki uşaqlarını öldürdü FOTO

Yunanıstanın Zakintos adasında baş verən dəhşətli hadisə Britaniyalı a

arrow Ətraflı
Sosial yardım alanlara sevindirici xəbər  Milli Məclis qərar verdi like
  • 09 Dek 11:32  
Digərləri Sosial yardım alanlara sevindirici xəbər Milli Məclis qərar verdi

2026-cı il üçün ehtiyac meyarının həddi müəyyənləşdirilir.

arrow Ətraflı
Azərbaycan təhsilində yeni metodik sistem qurulur  Elnur Əliyev like
  • 09 Dek 11:25  
Digərləri Azərbaycan təhsilində yeni metodik sistem qurulur Elnur Əliyev

Azərbaycanda uzun illər fəaliyyət göstərən köhnə metodik kabinetlərin

arrow Ətraflı
Bakıda piyadalar ölümdən son anda xilas oldular  ANBAAN VİDEO like
  • 09 Dek 11:21  
Digərləri Bakıda piyadalar ölümdən son anda xilas oldular ANBAAN VİDEO

"Yol hərəkətinin təhlükəsizliyi təkcə qaydalara riayət etməklə d

arrow Ətraflı
Milli Məclis 2026cı ilin dövlət büdcəsini təsdiqlədi like
  • 09 Dek 11:19  
Digərləri Milli Məclis 2026cı ilin dövlət büdcəsini təsdiqlədi

"Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında&quo

arrow Ətraflı
Gürcüstana getmək istəyənlərə xəbərdarlıq  1 yanvardan... like
  • 09 Dek 11:15  
Digərləri Gürcüstana getmək istəyənlərə xəbərdarlıq 1 yanvardan...

1 yanvar 2026-dan Gürcüstana gedən xarici vətəndaşlar üçün yeni qayda q

arrow Ətraflı
Bakıda partlayış: Dağıntılar altında qalanlar var like
  • 09 Dek 11:06  
Digərləri Bakıda partlayış: Dağıntılar altında qalanlar var

Sabunçu rayonunda fərdi yaşayış evində partlayış olub.

arrow Ətraflı
Səhərlər qətiyyən yemək olmaz, ancaq bütün restoranların menyusunda var like
  • 09 Dek 11:00  
Digərləri Səhərlər qətiyyən yemək olmaz, ancaq bütün restoranların menyusunda var

Bəzi ənənəvi səhər yeməyi məhsulu əslində səhər saatlarında orqaniz

arrow Ətraflı
Bakıda uşaq bağçasından meyit tapıldı like
  • 09 Dek 10:51  
Digərləri Bakıda uşaq bağçasından meyit tapıldı

Bakıda uşaq bağçasından meyit tapılıb.

arrow Ətraflı
Yeni ildən beş bürcün maaşı artacaq like
  • 09 Dek 10:50  
Digərləri Yeni ildən beş bürcün maaşı artacaq

Ulduzlara görə, ilin ilk aylarından etibarən bəzi bürcləri uğurlu anlaş

arrow Ətraflı