Səhərlər qətiyyən yemək olmaz, ancaq bütün restoranların menyusunda var
Digərləri 09 Dek 2025 11:00:00 89 0
Bəzi ənənəvi səhər yeməyi məhsulu əslində səhər saatlarında orqanizmə zərər verə bilər.
Bu xəbəri də oxu: Sosial şəbəkələrdə saxta iş elanları: Aldadıcı tələlər
Son.az xəbər verir ki, bunu türkiyəli həkim Halit Furkan deyib. O bildirib ki, səhər yeməyi bədən üçün ən kritik vaxt hesab olunur.
"Bu saatda qəbul edilən qidalar qan şəkərinin stabilləşməsi, enerji səviyyəsinin normallaşması və günə düzgün başlama üçün böyük rol oynayır"
Halit Furkan səhər yeməsi tövsiyyə edilməyən qidaları sadalayıb:
Qızardılmış börək
Yüksək temperaturda qızartma trans yağların yaranmasına səbəb olur. Bu yağlar damar sağlamlığı üçün risklidir və səhər acqarına qəbul ediləndə iltihabı və qanda yağ səviyyəsini artırır.
Pişki
Ağ un və yağ qarışığı sürətli şəkildə qan şəkərini qaldırır, qısa müddətdə yenidən düşür və gün ərzində halsızlıq, şirniyyat istəyi yarada bilər.
Mürəbbə
Tərkibindəki yüksək şəkər səbəbindən qaraciyər üçün əlavə yük yaradır və şəkərin tez yüksəlməsinə səbəb olur.
Kartof fri
Yüksək temperaturda hazırlananda akrilamid adlı zərərli maddə əmələ gəlir. Bu, orqanizmdə stresə və ümumi balanssızlığa səbəb ola bilər.
Sosiska və kolbasa
Bu məhsullarda müxtəlif qatqılar və duz çox olur. Daimi istehlak orqanizmdə xoşagəlməz reaksiyalar yarada bilər.
Qarğıdalı qarışığı
Paketlənmiş bir çox qarışığın şəkər miqdarı çox yüksəkdir. Səhər saatlarında bu tip karbonhidratlar enerji dalğalanması və tez acma hissi yaradır.
Şokolad kremi və hazır meyvə şirələri
Şəkər miqdarı çox olduğuna görə qan şəkərini sürətlə artırır və enerjinin tez düşməsinə səbəb olur.
İsmayıl Son.az
Ulduzlara görə, ilin ilk aylarından etibarən bəzi bürcləri uğurlu anlaş
Vətəndaşların bank kartlarına müxtəlif kiber üsullarla müdaxilə hallar
"Son illər ərzində ölkə üzrə 3600-dən artıq təhsil müəssisəsin
Müğənnilər Sevil və Sevinc Səfərovaların paylaşımları marağa səbəb
Ötən gün Masazırda baş verən dəhşətli qəzanın anbaan görüntüsü ya
Sosial şəbəkələrdə monqolustan quzularının kəsilmə şəraitinə dair g
Suraxanı Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində olan Doğum Evinin
Sosial media fenomeni Danla Biliç estetik əməliyyatlarla bağlı çətin gün
İnfrastruktur dəhlizləri uğrunda rəqabət fonunda Yaxın Şərqin geo-iqtis
Dünən paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyiti
Bu gün Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasil
Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktrisası Sinem Kobal paxtaxt B
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Əhali arasında çox istifadə edilən ginseng gözlənilməz bir tibbi vəziyy
