Gələn ildən vergi və güzəştlər tətbiq ediləcək sahələr açıqlandı


Digərləri 09 Dek 2025 11:46:00 78 0

Gələn ildən vergi və güzəştlər tətbiq ediləcək sahələr açıqlandı

2026-cı il dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.

Son.az xəbər verir ki, qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinə dəyişiklik layihəsi 3 blokdan ibarət olmaqla ümumilikdə 45 əsas maddə üzrə 145 dəyişiklikdən ibarətdir.

Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqamətləri aşağıdakılardan ibarət olacaq.

1. İnvestisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə işğaldan azad edilmiş ərazilər üzrə tətbiq edilən eyni vergi güzəştlərinin verilməsi (2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), idxalda ƏDV (əsas vəsaitlərin, xammal və materiallarını idxalına münasibətdə güzəştin yalnız sənaye və texnologiya parklarının, sənaye məhəllələrinin rezindentləri və investisiya təşviqi sənədi alan şəxslərə münasibətdə tətbiqi), əmlak, torpaq və sadələşdirilmiş vergidən azadetmə) Azərbaycan Respublikasının ərazisində istehsal olunan yük avtomobillərinin satışının və onların ehtiyat hissələrinin idxalının ƏDV-dən azad olunması Yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışına tətbiq olunan ƏDV azadolmasının ləğv edilməsi və 01.01.2027-ci il tarixədək oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobusların idxalı və satışının ƏDV-dən azad olunması Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışının ƏDV-dən azad edilməsi ilə bağlı güzəştin 2027-ci il yanvarın 1-dən 7 il müddətinə tam istehsal sənaye yığımının həyata keçirilməsi, eyni zamanda boya və qaynaq əməliyyatlarının yerinə yetirilməsi şərti ilə verilməsi (Qeyd: Naxçıvan MR-də minik avtomobillərinin istehsalını həyata keçirən vergi ödəyicilərinə münasibətdə mövcud güzəşt şərtləri 2030-cu il yanvarın 1-dək saxlanılır) Kənd təsərrüfatı sahəsinə verilən güzəştlərin balıqçılığa da şamil edilməsi İctimai iaşə fəaliyyəti sahəsinə ƏDV və sadələşdirilmiş vergi üzrə güzəştlərin verilməsi (2026-cı il yanvarın 1-dən 3 il müddətinə ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin ƏDV tutulan ümumi dövriyyələrindən çıxılması, sadələşdirilmiş vergi ödəyən həmin şəxslər üzrə nağdsız dövriyyənin 6% dərəcə ilə sadələşdirilmiş vergiyə cəlb olunması) Rüsumsuz ticarət mağazalarına satılan malların ƏDV-yə və aksizə 0 (sıfır) dərəcə ilə cəlb edilməsi Fiziki şəxslər tərəfindən xaricdən əldə edilən dividend gəlirləri üzrə vergi dərəcəsinin 14%-dən 5%-ə endirilməsi Mineral gübrələrlə yanaşı kənd təsərrüfatı sahəsində istifadə olunan orqanomineral (özündə həm üzvi, həm də mineral tərkib hissələrini birləşdirən) gübrələrin də idxalı və satışının ƏDV-dən azad edilməsi Dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində özəl tərəfdaş və ya layihə şirkətinin tikinti işlərinə cəlb edilmiş podratçılarına layihənin dəyərinə aid edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üzrə ƏDV güzəştinin verilməsi Media subyektlərinə tətbiq olunan vergi güzəştlərinin daha 3 il müddətinə uzadılması Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması və modernizasiyası layihəsi çərçivəsində avadanlıqların və materialların idxalının ƏDV-dən azad edilməsi müddətinin daha 3 il artırılması Gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən təsdiqedici sənəd əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalının 01.05.2026-cı ildən 3 il müddətinə ƏDV-dən azad edilməsi 2. Vergi daxilolmalarının və büdcə gəlirlərinin tənzimlənməsi

Qeyri-neft özəl sektorda əmək haqqı gəlirləri üzrə fiskal yükün tənzimlənməsi: - proqressiv gəlir vergisi dərəcələrinin tətbiqi (aylıq gəlirin məbləğindən asılı olaraq 7% (2026-cı ildə 3%, 2027-ci ildə 5%), 10% və 14% dərəcələri ilə); - sosial sığorta haqları dərəcələrinin əmək haqqının 8000 manatdan yuxarı hissəsinə görə 4 faiz azaldılaraq 25%-dən 21%-ə endirilməsi (işçi üzrə 10%, işəgötürən üzrə 11%); - tibbi sığorta haqqı dərəcələrinin əmək haqqının 2500 manatdan yuxarı hissəsinə görə 4%-dən 1%-ə (işçi və işəgötürən üzrə 0,5%) endirilməsi təklif olunur. Kvadrisikllərın və mobil cihazların aksizli malların siyahısına əlavə olunması və aksizə cəlb edilməsi: - mobil cihazların aksizli malların siyahısına əlavə olunması və hər ədədinə görə 20 manat məbləğində aksiz vergisinin müəyyən edilməsi, eyni zamanda fiziki şəxslər tərəfindən şəxsi məqsədlər üçün gömrük ödənişlərindən azad olunmaqla təqvim ili ərzində 1 ədəd mobil cihazın gətirilməsi təklif olunur. Aksizli mallar üzrə hesablanmış aksiz məbləğinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinin ləğv edilməsi və dövlət büdcəsinin gəlirlərinə aid edilməsi, habelə yanacağa görə müəyyən edilmiş icbari tibbi sığorta haqqının ləğv edilməsi və Vergi Məcəlləsində müəyyən edilmiş yol vergisinin dərəcəsinin artırılması Neft-qaz sahəsində mədən və aksiz vergilərinin topdansatış qiymətindən faizlə deyil, istehsal həcmindən asılı olaraq sabit məbləğdə hesablanması Alkoqullu içkilər və tütün məmulatları üzrə aksiz dərəcələrinin artırılması (içməli spirt, araq, konyak və energetik içkilər hər litrinə 0,2 manat, siqarilla, siqaret min ədədinə 9,5 manat, tündləşdirilməmiş alkoqollu içkilər hər litrinə 0,1 manat artım) İstehsal buraxılış tarixindən 7 ildən çox ötmüş nəqliyyat vasitələrinin idxalı zamanı hesablanmış aksiz məbləğinə tətbiq olunan yüksəldici əmsalların artırılması (benzin mühərrikli minik avtomobillərinə münasibətdə 1,2-dən 1,5-ə, dizel mühərrikli minik avtomobillərinə münasibətdə isə 1,5-dən 2-yə) Təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə 100 faiz həddində tətbiq edilən əmlak vergisi güzəştinin 75 faiz həddində tətbiqi Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən investisiya layihələri üzrə dövlət müəssisələrinə dövlət büdcəsinin dövlət investisiya proqramı çərçivəsində ayrılan və aktivlərə aid edilən vəsait istisna olmaqla, dövlət büdcəsindən ayrılan və aktivlərə aid edilən digər vəsait hesabına alınan və ya quraşdırılan əsas vəsaitlərə və qeyri-maddi aktivlərə görə hesablanmış amortizasiya məbləği qədər vəsaitin vergi ödəyicisinin gəlirlərinə və xərclərinə aid edilməsi: - dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılan və aktivlərə aid edilən subsidiya (hökumət yardımı) hesabına alınan və ya quraşdırılan əsas vəsaitlərə (fondlara) və qeyri-maddi aktivlərə görə tam məbləğdə amortizasiya hesablanması və həmin məbləğ qədər subsidiyanın gəlir hesab edilməsi; - amortizasiya olunmayan aktivlərin alınması və ya quraşdırılması məqsədilə dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılan və aktivlərə aid edilən subsidiyanın (hökumət yardımının) gəlir və ya zərər kimi nəzərə alınmaması; - aktivlərə aid edilən subsidiya hesabına mallar (işlər, xidmətlər) alınarkən ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməməsi təklif olunur. Könüllü açıqlama sisteminin əhatəsinin genişləndirilməsi (səyyar vergi yoxlamasının keçirilməsindən asılı olmayaraq vergi və sığorta öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən 3 illik müddətdən əvvəlki dövrlər üzrə könüllü olaraq bəyan edilməsi)

3. Vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi, kölgə iqtisadiyyatına qarşı mübarizə

Fiziki şəxslərin kirayə haqqı gəlirləri üzrə vergi dərəcəsinin 14%-dən 10%-ə endirilməsi ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyat limitinin artırılması (200 min manatlıq dövriyyə həddinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız ödəmələrə münasibətdə 2 dəfə artırılması. Bununla da, ƏDV qeydiyyat həddi 400 min manata çatdırılmaqla dövriyyənin nağdsız formalaşmasının stimullaşdırılması) Bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə "ƏDV gerial" mexanizminin tətbiqi Vergi uçotuna alınmadan qanunsuz sahibkarlıq fəaliyyətinə görə tətbiq olunan 40 manat maliyyə sanksiyasının 200 manata qaldırılması Elektron audit vergi nəzarət tədbirinin ləğv edilməsi və "Üfüqi monitorinq" nəzarət sisteminin tətbiqi, "Üfüqi monitorinq" nəzarət sisteminə qəbul edilmiş vergi ödəyicilərinə balansda olan əsas vəsaitlər üzrə amortizasiyanın azalan qalıq, yaxud düz xətt metodu ilə hesablanması ilə bağlı seçim hüququnun verilməsi İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən, lakin həmin ərazilərdə deyil, mərkəzləşdirilmiş qaydada uçota alınan hüquqi və fiziki şəxslərin də işğaldan azad edilmiş ərazinin rezidenti hesab edilməsi və güzəştlərdən yararlanması

Sosial və tibbi sığorta ilə bağlı yeni qaydalar qəbul ediləcək  RƏSMİ like
  • 09 Dek 11:42  
Digərləri Sosial və tibbi sığorta ilə bağlı yeni qaydalar qəbul ediləcək RƏSMİ

2026-cı il dövlət büdcəsi zərfinə daxil olan bir sıra qanunlarda dəyiş

arrow Ətraflı
Balacalıqdan böyütdükləri pitbul 2 yaşındaki uşaqlarını öldürdü  FOTO like
  • 09 Dek 11:41  
Dünya Balacalıqdan böyütdükləri pitbul 2 yaşındaki uşaqlarını öldürdü FOTO

Yunanıstanın Zakintos adasında baş verən dəhşətli hadisə Britaniyalı a

arrow Ətraflı
Sosial yardım alanlara sevindirici xəbər  Milli Məclis qərar verdi like
  • 09 Dek 11:32  
Digərləri Sosial yardım alanlara sevindirici xəbər Milli Məclis qərar verdi

2026-cı il üçün ehtiyac meyarının həddi müəyyənləşdirilir.

arrow Ətraflı
Azərbaycan təhsilində yeni metodik sistem qurulur  Elnur Əliyev like
  • 09 Dek 11:25  
Digərləri Azərbaycan təhsilində yeni metodik sistem qurulur Elnur Əliyev

Azərbaycanda uzun illər fəaliyyət göstərən köhnə metodik kabinetlərin

arrow Ətraflı
Bakıda piyadalar ölümdən son anda xilas oldular  ANBAAN VİDEO like
  • 09 Dek 11:21  
Digərləri Bakıda piyadalar ölümdən son anda xilas oldular ANBAAN VİDEO

"Yol hərəkətinin təhlükəsizliyi təkcə qaydalara riayət etməklə d

arrow Ətraflı
Milli Məclis 2026cı ilin dövlət büdcəsini təsdiqlədi like
  • 09 Dek 11:19  
Digərləri Milli Məclis 2026cı ilin dövlət büdcəsini təsdiqlədi

"Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında&quo

arrow Ətraflı
Gürcüstana getmək istəyənlərə xəbərdarlıq  1 yanvardan... like
  • 09 Dek 11:15  
Digərləri Gürcüstana getmək istəyənlərə xəbərdarlıq 1 yanvardan...

1 yanvar 2026-dan Gürcüstana gedən xarici vətəndaşlar üçün yeni qayda q

arrow Ətraflı
Bakıda partlayış: Dağıntılar altında qalanlar var like
  • 09 Dek 11:06  
Digərləri Bakıda partlayış: Dağıntılar altında qalanlar var

Sabunçu rayonunda fərdi yaşayış evində partlayış olub.

arrow Ətraflı
Səhərlər qətiyyən yemək olmaz, ancaq bütün restoranların menyusunda var like
  • 09 Dek 11:00  
Digərləri Səhərlər qətiyyən yemək olmaz, ancaq bütün restoranların menyusunda var

Bəzi ənənəvi səhər yeməyi məhsulu əslində səhər saatlarında orqaniz

arrow Ətraflı
Bakıda uşaq bağçasından meyit tapıldı like
  • 09 Dek 10:51  
Digərləri Bakıda uşaq bağçasından meyit tapıldı

Bakıda uşaq bağçasından meyit tapılıb.

arrow Ətraflı
Yeni ildən beş bürcün maaşı artacaq like
  • 09 Dek 10:50  
Digərləri Yeni ildən beş bürcün maaşı artacaq

Ulduzlara görə, ilin ilk aylarından etibarən bəzi bürcləri uğurlu anlaş

arrow Ətraflı
DİNdən kibercinayətkarlıqla bağlı XƏBƏRDARLIQ like
  • 09 Dek 10:48  
Digərləri DİNdən kibercinayətkarlıqla bağlı XƏBƏRDARLIQ

Vətəndaşların bank kartlarına müxtəlif kiber üsullarla müdaxilə hallar

arrow Ətraflı
Dəyişiklik məktəbin içindən və sinif otağından başlamalıdır  Nazir müavini like
  • 09 Dek 10:46  
Digərləri Dəyişiklik məktəbin içindən və sinif otağından başlamalıdır Nazir müavini

"Son illər ərzində ölkə üzrə 3600-dən artıq təhsil müəssisəsin

arrow Ətraflı
SevilSevinc “ana oldu” like
  • 09 Dek 10:41  
Şou-biznes SevilSevinc “ana oldu”

Müğənnilər Sevil və Sevinc Səfərovaların paylaşımları marağa səbəb

arrow Ətraflı
"BMW"nin alışdığı qəzanın anbaan görüntüsü like
  • 09 Dek 10:35  
Digərləri "BMW"nin alışdığı qəzanın anbaan görüntüsü

Ötən gün Masazırda baş verən dəhşətli qəzanın anbaan görüntüsü ya

arrow Ətraflı