"Küçədə ölmək istəmirəm" deyən "Yeşilçam" aktyoru vəfat etdi VİDEO FOTO
Digərləri 04 Okt 2025 10:52:00 68 0
"Yeşilçam"ın tanınmış siması Recep Bülbülses həyatını itirib.
Bu xəbəri də oxu: Türkiyədə zəlzələ oldu
Son.az xəbər verir ki, "Yeşilçam" filmlərindəki rolları ilə tanınan və "hüzünlü yüz" kimi anılan əməkdar aktyor Recep Bülbülses vəfat edib. 60 yaşlı sənətçi, astma xəstəliyi səbəbilə gecə saatlarında nəfəs darlığı şikayəti ilə xəstəxanaya aparılıb, lakin bütün müdaxilələrə baxmayaraq xilas edilə bilməyib.
Kədərli xəbəri sənətçi Onur Akay sosial media hesabında paylaşıb. O, paylaşımında Bülbülsesin maddi sıxıntılar içində olduğunu və bir müddət əvvəl "Küçədə ölmək istəmirəm" sözləri ilə gündəmə gəldiyini xatırladıb.
Qeyd edək ki, Mardində doğulan Recep Bülbülses 1983-cü ildə "Kardeşim Benim" filmi ilə kino sahəsinə başlayıb və 60-dan çox ekran işində rol alaraq "Yeşilçam"ın tanınan simalarından biri olub. "Acıların Çocuğu" və "Patroniçe" kimi filmlərlə yadda qalıb. Son illərdə sənətçi populyarlığını itirərək, maddi sıxıntılarla üzləşmiş, bir müddət küçələrdə mahnı oxuyaraq dolanışığını təmin etməyə çalışmışdı.
Bülbülsesin cənazə namazı bu gün (4 oktyabr 2025, şənbə) Fatih Camiində ikindi namazından sonra qılınacaq və Edirnekapı qəbiristanlığında dəfn ediləcək.
Bir müddət əvvəl Sedat Peker ona 300 min lirəlik maddi yardım göstərmişdi.
İsmayıl Son.az
Xəbər verdiyimiz ki, Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev �

Xəbər verdiyimiz kimi, Gəncədə piyadanın ölümü ilə nəticələnən yo

İranda Qızıl Ayparaya məxsus xilasedici helikopter qəzaya uğrayıb.

Bakıda küçələrdə dilənçilik edən və salfet satan yeniyetmə qızların

"Azərbaycanın şanlı dövlətçilik tarixinə 2020-ci ilin 44 günlük V

HAMAS hərəkatı Donald Trampın Qəzza sülh planına cavabını vasitəçilə

SSRİ-in dağılmasından sonra müstəqillik qazanan bir neçə türkdilli resp

Ötən gün vəfat edən Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliye

Müğənni Şəbnəm Tovuzlu görüntüsü ilə diqqət çəkib.

Böyük Qayıdışımız məhz Cəbrayıldan, Aprel döyüşlərində azad olunm

İsrail Ordusu Radiosu İsrail hökumətinin orduya Qəzzadakı əməliyyatı da

Türkiyənin qərbində Kütahya vilayətində 4,1 bal gücündə zəlzələ olu
