Bu gün Cəbrayıl Şəhəri Günüdür
Digərləri 04 Okt 2025 09:29:00 80 0
Böyük Qayıdışımız məhz Cəbrayıldan, Aprel döyüşlərində azad olunmuş Cocuq Mərcanlı kəndindən başladı. İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki müharibənin birinci həftəsində, oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edildi.Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqı qarşısında dediyi bu sözləri 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla əbədiləşdirdi. 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olundu. Artıq beş ildir ki, cəbrayıllılar, eləcə də bütün Azərbaycan xalqı bu təqvim gününü yüksək əhval ruhiyyədə böyük təntənə ilə qeyd edirlər.
Bu xəbəri də oxu: Kartofu belə qızardın sağlam, az kalorili
Zəfər tarixinə işğaldan azad edilmiş ilk şəhər kimi həkk olunan Cəbrayılda da azad edilmiş digər ərazilərimiz kimi, yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. 2020-ci ilin 4 oktyabrından başlayaraq Dövlətimizin başçısı dəfələrlə rayona səfər edərək, görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev rayona səfərləri zamanı Cəbrayıl şəhərində və qədim Xudafərin körpüsündə dövlət bayrağımızı ucaldıb.
Elə bunun nəticəsidir ki, sabah Cəbrayıl şəhərində Respublikamızın müxtəlf bölgələrindən köçürülərək daimi məskunlaşmaları təmin edilmiş 117 ailə 364 şəhər sakini Cəbrayıl şəhəri gününü öz döğma ata-baba yurdlarının əbədi sakinləri kimi qeyd edəcəklər. Əlbəttə ki, ərazisində park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da olan, bütün avadanlıqları ilə tam təmin olunmuş dördmərtəbəli və beşmərtəbəli binaların mənzillərində yaşayan Cəbrayıllıların sevincinin həddi-hüdudu yoxdur.
İsrail Ordusu Radiosu İsrail hökumətinin orduya Qəzzadakı əməliyyatı da

Türkiyənin qərbində Kütahya vilayətində 4,1 bal gücündə zəlzələ olu

ABŞ prezidenti Donald Tramp HAMAS hərəkatının sülhə hazır olduğuna əmi

Böyük Britaniyada ilk dəfə olaraq, tropik xəstəliklər yaya bilən təhlü

"Diana həyatını bomba yaşayır. Bacarırsınız, siz də yaşayın. Sab

Alzheimer xəstəliyinin müalicəsində yeni üsul kəşf olunub.

Yeni elmi təhlillər və beynəlxalq tövsiyələr göstərir ki, siqareti tər

Diabet bu gün milyonlarla insanı təsir edən xroniki xəstəlikdir. Qan şək

Britaniya kral ailəsinin ən çox sevilən üzvlərindən biri olan Şahzadə D

Dünyanın ən məşhur qəlyanaltılarından biri olan kartof qızartması yük

Xəbər verdiyimiz kimi, Avroм Nigar Camal yaxın zamanda 45 yaşına qədəm

Oktyabrın 3-də Nizami Kino Mərkəzində "Tağıyev: Sona" bədii fi

Instagram istifadəçilərinə real vaxt rejimində öz yerlərini dostları il�

Küncüt toxumlarından hazırlanmış tahin, tərkibi ilə sağlamlığa çoxsa

Mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım qızına g�
