Kamaləddin Qafarov: “Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi”
Digərləri 04 Okt 2025 10:00:00 75 0
"Azərbaycanın şanlı dövlətçilik tarixinə 2020-ci ilin 44 günlük Vətən müharibəsi ən parlaq Zəfər səhifəsi kimi yazılıb. Bu savaşda hər bir kəndin, hər bir qəsəbənin azad olunması xalqımıza böyük qürur hissi yaşatdı. Ancaq həmin qələbələr arasında elə gün var ki, həm hərbi, həm də siyasi baxımdan xüsusi simvolik məna daşıyır. 4 oktyabr - Cəbrayıl şəhərinin azad edildiyi gün məhz belə tarixi hadisədir." Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Bu xəbəri də oxu: Bakıda nəhəng gəmi qurulur
Millət vəkilinin sözlərinə görə, Cəbrayılın işğalı ilə azadlığı arasında uzanan 27 illik dövr Azərbaycan xalqının həm ağrı, həm də ümidlərlə dolu tarixini əks etdirir: "1993-cü ilin avqustunda Cəbrayıl rayonu işğal edildi. 1 şəhər, 4 qəsəbə, 92 kənd erməni vandalları tərəfindən dağıdıldı, minlərlə sakin məcburi köçkünə çevrildi. Yüzlərlə tarixi abidə və mədəniyyət ocağı yerlə-yeksan olundu. Ancaq bütün bu faciələr xalqın iradəsini sındıra bilmədi. Azərbaycan dövləti bu illərdə həm iqtisadi, həm də hərbi gücünü möhkəmləndirdi və nəhayət, 2020-ci ildə ədaləti bərpa etdi." Kamaləddin Qafarov bildirib ki, Cəbrayılın azad olunması müharibənin strateji gedişatını dəyişdi: "Oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini və ətraf kəndləri işğaldan azad etdi. Düşmən burada möhkəm istehkamlar qurmuşdu, lakin əsgərlərimizin fədakarlığı sayəsində bu maneələr yarıldı. Cəbrayıl əməliyyatı ilə Ordumuz həm Zəngilan, Qubadlı, Laçın istiqamətində, həm də Xocavənd və Hadrut üzərində nəzarət üçün əlverişli mövqelər qazandı. Əslində, bu qələbə sonrakı həlledici mərhələlərin açarı oldu. Həmin gün Xudafərin körpüsündə qaldırılan üçrəngli bayraq isə Azərbaycan dövlətinin tarix qarşısında haqq savaşını təcəssüm etdirdi." Deputat qeyd edib ki, cənab Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı sərəncamla 4 oktyabrın Cəbrayıl şəhəri günü elan olunması bu qələbənin əhəmiyyətini daha da artırır. Onun fikrincə, bu, həm də yeni dövrün başlanğıcıdır: "Bu gün Cəbrayılda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Araz Vadisi İqtisadi Zonası, sənaye parkları, müasir yollar, enerji layihələri rayonun gələcək inkişafına xidmət edir. İlk köç karvanının Cəbrayıla yola salınması isə Böyük Qayıdışın gerçəkliyə çevrildiyini göstərir. Artıq insanlar doğma torpaqlarına qayıdır, yeni evlər, məktəblər, mədəniyyət ocaqları tikilir. Bu, həm ədalətin, həm də həyatın qələbəsidir." Kamaləddin Qafarov deyib: "Cəbrayılın azad olunması yalnız bir şəhərin qurtuluşu deyildi. Bu hadisə Azərbaycan xalqının haqq səsinin, gücünün və birliyinin dünyaya nümayişi idi. 4 oktyabr bu mənada Cəbrayılın zəfər günü ilə yanaşı, həm də gələcək nəsillərin də milli qürur və dövlətçilik dərsi kimi daim yaddaşlarda qalacaqdır."
HAMAS hərəkatı Donald Trampın Qəzza sülh planına cavabını vasitəçilə

SSRİ-in dağılmasından sonra müstəqillik qazanan bir neçə türkdilli resp

Ötən gün vəfat edən Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliye

Müğənni Şəbnəm Tovuzlu görüntüsü ilə diqqət çəkib.

Böyük Qayıdışımız məhz Cəbrayıldan, Aprel döyüşlərində azad olunm

İsrail Ordusu Radiosu İsrail hökumətinin orduya Qəzzadakı əməliyyatı da

Türkiyənin qərbində Kütahya vilayətində 4,1 bal gücündə zəlzələ olu

ABŞ prezidenti Donald Tramp HAMAS hərəkatının sülhə hazır olduğuna əmi

Böyük Britaniyada ilk dəfə olaraq, tropik xəstəliklər yaya bilən təhlü

"Diana həyatını bomba yaşayır. Bacarırsınız, siz də yaşayın. Sab

Alzheimer xəstəliyinin müalicəsində yeni üsul kəşf olunub.

Yeni elmi təhlillər və beynəlxalq tövsiyələr göstərir ki, siqareti tər

Diabet bu gün milyonlarla insanı təsir edən xroniki xəstəlikdir. Qan şək

Britaniya kral ailəsinin ən çox sevilən üzvlərindən biri olan Şahzadə D
