İşgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə veriblər FOTO
Digərləri 11 Avq 2025 21:03:00 77 0
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 11-də davam etdirilib.
Bu xəbəri də oxu: Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar SİYAHI
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Zərərçəkmiş şəxs Rəsul Süleymanlının hüquqi varisi - anası Günel Süleymanova ifadəsində oğlunun 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində şəhid olduğunu söyləyib.
Zərərçəkmiş şəxs Həsən Əkbərovun hüquqi varisi - anası Sənubər Əkbərova ifadəsində oğlunun 2020-ci ildə Vətən müharibəsində şəhid olduğunu bildirib.
Zərərçəkmiş şəxs Aybəniz Orucova ifadə verərək, 1992-ci ildə Xocalı soyqırımından iki gün sonra əkiz oğlanları da daxil olmaqla bütün ailə üzvləri ilə birlikdə girov götürüldüyünü deyib.
A.Orucova Xocalıya hücum zamanı meşəyə qaçdıqlarını, iki gün orada qaldıqdan sonra girov götürüldüklərini söyləyib. Qardaşı da daxil olmaqla doğmaları qətlə yetirilib.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş şəxs 7 gün Xankəndidə saxlanıldığını deyib. Martın 20-də özü, əkiz oğlanları isə martın 30-da girovluqdan azad edilib. "Girovluqda çox işgəncələr görmüşəm. Bıçağı götürüb əkiz uşaqlarımın boğazına söykəyib hədələdilər ki, başlarını kəsirik. Mənə bu cür iztirab verirdilər", - deyə zərərçəkmiş şəxs bildirib.
Aqil Əhmədov ifadəsində 1997-ci ilin aprel ayında Horadiz istiqamətində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində ağır yaralanaraq əsir götürüldüyünü bildirib. Əsirlikdə həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xankəndi şəhərində saxlanılıb. A.Əhmədov barəsində qondarma məhkəmə qurularaq barəsində ölüm "hökm"ü çıxarılıb. O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında deyib ki, 1 il 11 aydan sonra Azərbaycan tərəfə qaytarılıb. Orada Norik, Aram, Aşot adlı nəzarətçilər və digərləri tərəfindən döyülüb, işgəncələrə məruz qalıb. Əsirlik zamanı tibb sahəsi üzrə təhsil alan tələbələrə iynə vurmaq və digər tibbi prosedurlar onun üzərində öyrədilib.
Zərərçəkmiş şəxs Hafizə Səfərova ifadəsində 1991-ci il dekabrın 7-də yaşadığı Füzuli rayonunun Divanalılar kəndinə hücum zamanı özünün və doğmalarının girov götürüldüyünü söyləyib. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş şəxs deyib ki, girovluq zamanı soyuq yerdə saxlanılıb, özü və digər girovlar pis rəftara məruz qalıb. Girovluqda saxlanılan zaman atası Kərim Səfərov işgəncələr verilməklə qətlə yetirilib. H.Səfərova yeddi gündən sonra girovluqdan azad olunub.
Zərərçəkmiş şəxs Oruc Cabbarovun hüquqi varisi - anası Ülviyyə Cabbarova ifadəsində övladının Vətən müharibəsində şəhid olduğunu bildirib. O deyib ki, Ermənistan silahlı qüvvələri övladının nəşini üç ay sonra təhvil verib.
Səidə Cəfərova 1992-ci ildə Xocalıda soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində güllə yarası aldığını bildirib. Zərərçəkmiş şəxs soyqırımı zamanı düşmənin qocaları, uşaqları, qadınları kütləvi şəkildə qətlə yetirdiyini söyləyib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında bildirib ki, yaralı vəziyyətdə sürünərək Ağdamın Şelli kəndinə gəlməsi nəticəsində xilas olub.
Kənan Vahidli, Özal İsmayılov, Rəvan Məmmədov ifadələrində 2020-ci ildə Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.
Sunay Adıgözəlov ifadəsində 2023-cü il oktyabrın 5-də Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin basdırdığı minanın partlaması nəticəsində yaralandığını söyləyib.
Asəf Xudiyev ifadəsində 2020-ci il noyabrın 14-də ANAMA əməkdaşı qismində minatəmizləmə fəaliyyəti ilə məşğul olarkən Füzuli rayonunun Alxanlı kəndində mina partlaması nəticəsində xəsarət aldığını deyib. Sonradan həmin minanın Ermənistanda istehsal edildiyi məlum olub.
Emin Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi zamanı, oktyabrın 1-də Suqovuşan istiqamətində yaralanması nəticəsində 4 gündən sonra Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürüldüyünü bildirib. Əlləri məftillə bağlanılıb, döyülüb. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında bildirib ki, əsirlik zamanı həmin vaxt işğal altında olan Xankəndidə, Şuşada və Ermənistanın paytaxtı İrəvanda saxlanılıb. Saxlanıldığı yerlərin hamısında döyülüb, işgəncələrə məruz qalıb, bədəninə elektrik cərəyanı verilib. 2020-ci il dekabrın 14-də Azərbaycana qaytarılıb.
E.Baxşəliyev təqsirləndirilən şəxs Davit İşxanyanın suallarına cavabında müalicəsinin hələ də davam etdiyini deyib.
Nurəddin Yolçuyev ifadəsində Vətən müharibəsi zamanı, oktyabrın 1-də Suqovuşan istiqamətində yaralandığını, oktyabrın 2-də əsir götürüldüyünü söyləyib. O döyülüb, sonra Xankəndi şəhərinə aparılıb. Orada anesteziyasız, dəhşətli ağrılarla əməliyyat olunub. Sonra İrəvana aparılıb. Yenə döyülüb, işgəncələrə məruz qalıb. 2020-ci il dekabrın 14-də Azərbaycana qaytarılıb.
Seymur Əhmədov, Rafail Zülfüqarov, Mətləb Allahverdiyev ifadələrində müxtəlif tarixlərdə Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldüklərini bildiriblər. Onların hamısı döyülüb, işgəncələrə məruz qalıb. M.Allahverdiyevin ağzındakı qızıl dişləri zorla çıxarılıb.
Mübariz Məmmədov 1992-ci il sentyabrın 1-də Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yaralanması nəticəsində əsir götürüldüyünü bildirib. O, dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında bildirib ki, əvvəlcə Edilli kəndində, sonra isə İrəvan şəhərində saxlanılıb. Əsirlik zamanı avtomatın qundağı ilə, rezin dəyənəklə, yumruq-təpiklə döyülüb, işgəncələrə məruz qalıb. 1995-ci il mayın 12-də Azərbaycana qaytarılıb.
İranda türk adlarına qoyulan məhdudiyyətlərlə bağlı azərbaycanlıları

Fransa Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişini alqı

Yediyimiz tərəvəzlər bizi tox saxlamaqla yanaşı, bir çox xəstəliklərə

Kreml təbliğatçılarının Bakıya qarşı müharibə təhdidləri sırasına

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə avqustun 15-i g

Rusiyada "WhatsApp" messencerinin bloklanmasına başlanılıb.

GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti

Gazelli Art House Baku böyük məmnuniyyətlə sizi "Məskunlaşmış fər

İcbari Tibbi Sığortanın, TƏBİB və İnnovasiya və Rəqəmsal İnkişaf Ag

Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayevanın hakimlik fəaliyyəti

Ermənistan Azərbaycanla sərhədə yerləşdirilmiş Aİ-nin müşahidə missi

İran Nazirlər Kabineti milli valyutadan dörd sıfırın çıxarılmasına raz

"Qarabağ"-"Şkendiya" oyunu ilə əlaqədar stadionun qarş

Azərbaycanlı müğənni Nəvai (Nəvai Bəkirov) Rusiyanın cənubunda bütün
