GUAMın Baş katibi Prezident İlham Əliyevi təbrik edib


Siyasət 11 Avq 2025 19:20:00 74 0

GUAMın Baş katibi Prezident İlham Əliyevi təbrik edib

GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında bütün regionda ədalətli və davamlı sülhə nail olmağa imkan yaradan razılaşmanın əldə edilməsi ilə bağlı tarixi nailiyyət münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Beynəlxalq Katibliyi adından Sizə və Sizin simanızda Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırıram.

İki ölkə arasında sülh sazişinin ABŞ Prezidentinin iştirakı və şahidliyi ilə Vaşinqtonda, Ağ Evdə paraflanması Sizin rəhbərliyinizlə Azərbaycan diplomatiyasının əldə etdiyi mühüm uğurdur. Şübhəsiz ki, bu hadisə regiondakı proseslərə yeni dinamika gətirərək geosiyasi tarazlığı yenidən formalaşdıracaq, eləcə də beynəlxalq sülhə və əməkdaşlığa təkan verəcək və onları möhkəmləndirəcək.

Sülhə nail olmaq yolunda bu mühüm uğur yalnız Azərbaycan Respublikasının şanlı Qələbəsindən və işğal olunmuş torpaqlarının azad edilməsindən, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra mümkün olub.

Biz, həmçinin bildiririk ki, bu, müdrik Lider və görkəmli dövlət xadimi kimi Sizin şəxsi qələbənizdir. Təlatümlü və çətin beynəlxalq şəraitdə sülh naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.

Biz Sizin prinsipial mövqeyinizi, qətiyyətinizi və GUAM-ın üzvü olan dövlətlərin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini qorumaq uğrunda apardıqları mübarizədə dəstəkləməkdə yorulmaz səylərinizi yüksək qiymətləndiririk. Həmişə olduğu kimi, biz regional təşkilat olaraq Qara dəniz və Xəzər dənizi regionlarında sülh, sabitlik, əməkdaşlıq və firavanlıq istiqamətində siyasətinizi dəstəkləməyə hazırıq.

Zati-aliləri, bu əlamətdar hadisə münasibətilə bir daha səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edir, sülh gündəliyinizi bundan sonra da həyata keçirməkdə Sizə uğurlar arzulayırıq. Azərbaycan xalqına isə sülh, tərəqqi və firavanlıq diləyirik".

TƏBİB açıqladı: Bu məlumatlar da elektronlaşdırıldı like
  • 11 Avq 19:14  
Digərləri TƏBİB açıqladı: Bu məlumatlar da elektronlaşdırıldı

İcbari Tibbi Sığortanın, TƏBİB və İnnovasiya və Rəqəmsal İnkişaf Ag

arrow Ətraflı
Adilə Paşayevanın hakimlik fəaliyyətinə xitam verildi like
  • 11 Avq 19:00  
Digərləri Adilə Paşayevanın hakimlik fəaliyyətinə xitam verildi

Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayevanın hakimlik fəaliyyəti

arrow Ətraflı
İran valyutasının adı dəyişdirildi like
  • 11 Avq 18:30  
Dünya İran valyutasının adı dəyişdirildi

İran Nazirlər Kabineti milli valyutadan dörd sıfırın çıxarılmasına raz

arrow Ətraflı
Bu əraziyə avtobusların girişi məhdudlaşdırıldı like
  • 11 Avq 18:15  
Digərləri Bu əraziyə avtobusların girişi məhdudlaşdırıldı

"Qarabağ"-"Şkendiya" oyunu ilə əlaqədar stadionun qarş

arrow Ətraflı
Azərbaycanlı müğənni Rusiyadakı bütün konsertlərini ləğv etdi like
  • 11 Avq 18:00  
Şou-biznes Azərbaycanlı müğənni Rusiyadakı bütün konsertlərini ləğv etdi

Azərbaycanlı müğənni Nəvai (Nəvai Bəkirov) Rusiyanın cənubunda bütün

arrow Ətraflı
Günəş sistemindən kənarda doqquzuncu planet varmı? like
  • 11 Avq 17:50  
Digərləri Günəş sistemindən kənarda doqquzuncu planet varmı?

Günəş sistemimizin ən uzaq nöqtələrində, kəşf edilməyi gözləyən n�

arrow Ətraflı
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ like
  • 11 Avq 17:45  
Digərləri Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ

Avqustun 12-13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi böl

arrow Ətraflı
Gömrük nəzarətindən gizlədilən xarici valyuta aşkar edilib like
  • 11 Avq 17:40  
Digərləri Gömrük nəzarətindən gizlədilən xarici valyuta aşkar edilib

Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər �

arrow Ətraflı
Bakıda və rayonlarda leysan yağacaq  XƏBƏRDARLIQ like
  • 11 Avq 17:30  
Digərləri Bakıda və rayonlarda leysan yağacaq XƏBƏRDARLIQ

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraitinin həftəsonunadək

arrow Ətraflı
250dən çox şagirdin imtahan nəticəsi ləğv olundu like
  • 11 Avq 17:26  
Digərləri 250dən çox şagirdin imtahan nəticəsi ləğv olundu

25-27 iyun tarixlərində mərkəzləşdirilmiş üsulla lisey və gimnaziya imt

arrow Ətraflı
Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət etmək üçün komissiya yaradacaqlar like
  • 11 Avq 17:15  
Siyasət Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət etmək üçün komissiya yaradacaqlar

Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət etmək üçün

arrow Ətraflı
22 yaşlı gəncə ömürlük həbs verildi like
  • 11 Avq 17:10  
Digərləri 22 yaşlı gəncə ömürlük həbs verildi

Üç il əvvəl Tovuz rayonunda iki ahıl qadını öldürüb evi yandırmaqda i

arrow Ətraflı