Ermənistan Azərbaycanla sərhədə yerləşdirilmiş Aİnin müşahidə missiyasının fəaliyyətinə xitam verəcək
Siyasət 11 Avq 2025 18:44:00 57 0
Ermənistan Azərbaycanla sərhədə yerləşdirilmiş Aİ-nin müşahidə missiyası (EUMA) fəaliyyətinə xitam vermək öhdəliyi götürüb.
Bu xəbəri də oxu: Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndiriləcək SƏRƏNCAM
Son.az APA-ya istinadən bildirir ki, saziş layihəsində tərəflərin bir-birinə qarşı güc tətbiq etməmə və ya güc tətbiqi ilə hədələməmə öhdəliyi ilə yanaşı, öz ərazilərini üçüncü dövlətlərin digər tərəfə qarşı təcavüzü üçün istifadəyə yol verilməməsi müddəasının əks olunması mövcud regional reallıqlar və bölgədə olan hərbi mövcudluq kontekstində xüsusi əhəmiyyət kəsb edir.
Belə ki, Azərbaycanda hər hansı bir üçüncü tərəfin hərbi mövcudluğu olmadığı halda, Ermənistanda hərbi mövcudluq olması fonunda, bu öhdəliyin layihədə əks olunması təsadüfi hesab edilməməlidir. Eyni qaydada, saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrinin yerləşdirməməklə bağlı öhdəliyi xüsusi diqqət tələb edir. Məlum olduğu kimi, məhz bu element saziş layihəsində ən son mərhələyə kimi açıq qalan məsələlərdən biri idi və Ermənistan tərəfi müxtəlif bəhanələrlə bu müddəaya razılıq vermək istəmirdi. Sözügedən müddəa hazırda Ermənistan ərazisində yerləşdirilmiş Aİ-nin müşahidə missiyası (EUMA) kontekstində xüsusi əhəmiyyət kəsb edir və Ermənistan tərəfinin bu missiyanın fəaliyyətinə xitam vermək öhdəliyini ehtiva edir.
İran Nazirlər Kabineti milli valyutadan dörd sıfırın çıxarılmasına raz

"Qarabağ"-"Şkendiya" oyunu ilə əlaqədar stadionun qarş

Azərbaycanlı müğənni Nəvai (Nəvai Bəkirov) Rusiyanın cənubunda bütün

Günəş sistemimizin ən uzaq nöqtələrində, kəşf edilməyi gözləyən n�

Avqustun 12-13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi böl

Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər �

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraitinin həftəsonunadək

25-27 iyun tarixlərində mərkəzləşdirilmiş üsulla lisey və gimnaziya imt

Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət etmək üçün

Azərbaycan və Ermənistan problemli məsələləri ikitərəfli qaydada həll

Üç il əvvəl Tovuz rayonunda iki ahıl qadını öldürüb evi yandırmaqda i

Azərbaycan və Ermənistan sərhədi ayrı-ayrı saziş - sülh müqaviləsi la

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilk dəfə olaraq "

Bakı və Yerevan itkin düşmüş şəxslərin taleyi ilə bağlı məlumat mü

Azərbaycan və Ermənistan sərhədində üçüncü ölkə qüvvələri olmayac
