Əli Əsədov qərar imzaladı


Digərləri 28 İyl 2025 17:41:00 77 0

Əli Əsədov qərar imzaladı

"Bir pəncərə" prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallara nəzarətin təşkili məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası" təsdiq edilib.

Son.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, bu Qayda "Bir pəncərə" prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallara nəzarətin təşkili məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyəti tənzimləyir.

Agentlik və Komitə ölkəyə idxal olunan mallara nəzarətin həyata keçirilməsi, texniki tənzimləmə sahəsində risklərin idarə edilməsi, sahibkarlıq subyektlərinin və istehlakçıların hüquqlarının müdafiəsi və malların idxalı zamanı gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi məqsədilə malların idxalatçıları, həmçinin malların gömrük ərazisinə daxil olması barədə məlumatların mübadiləsini həyata keçirirlər.

Agentlik uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinə daxil olmuş uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri barədə məlumatların real vaxt rejimində Komitəyə ötürülməsini və bununla əlaqədar məlumatların mütəmadi olaraq yenilənməsini təmin edir.

Komitə idxal olunan gömrük rəsmiləşdirilməsi başa çatmış mallara dair gömrük bəyannaməsində əks olunan müvafiq məlumatları (malı göndərən, malı qəbul edən, malın adı, təsviri (miqdarı, növü), kodu, çəkisi, "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilmiş uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədlərinin nömrəsi) real vaxt rejimində Agentliyə ötürür.

Agentlik mallara münasibətdə istehlakçıların təhlükəsizliyinin təmin olunması və bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə ölkə ərazisində istehlak bazarlarına çıxarılmış idxal mallarına aparılmış nəzarət tədbirləri zamanı Agentliyin müəyyən etdiyi təhlükəli hallar barədə Komitəyə məlumat ötürür.

Bu Qaydada nəzərdə tutulmuş məlumatların mübadiləsi Agentlik və Komitə arasında real vaxt rejimində Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə həyata keçirilir və bu məlumatlar Tərəflərin səlahiyyətləri çərçivəsində istifadə edilə bilər. Əldə olunmuş məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla üçüncü tərəflərə təqdim olunmamalıdır.

Məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlər (məlumatlar) həmin informasiya ehtiyatlarına və sistemlərinə aidiyyəti qurumlar tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə onların elektron kabinetləri vasitəsilə daxil edilir.

Agentlik və Komitə ölkəyə idxal olunmuş malların dövriyyəsi sahəsində risklərin idarə edilməsi, təhlili, mallara, onların saxlanma yerlərinə və daşınma şəraitinə nəzarətin təşkili, habelə monitorinqlər də daxil olmaqla, malların dövriyyəsi ilə məşğul olan idxalatçıların maarifləndirilməsi üçün birgə tədbirlər həyata keçirə bilərlər.

Bu Qayda barəsində qüvvəyə minmiş texniki reqlament və istinad standartları qəbul edilmiş mallara münasibətdə tətbiq olunur.

Qızıl bazarında bahalaşma: Külçə və sikkəyə tələbat artıb like
  • 28 İyl 17:32  
Digərləri Qızıl bazarında bahalaşma: Külçə və sikkəyə tələbat artıb

Dünya qızıl bazarında qiymətlərin bahalaşması təbii olaraq Azərbaycan

arrow Ətraflı
Səs yazısı yayılan direktora  Töhmət verildi like
  • 28 İyl 17:20  
Digərləri Səs yazısı yayılan direktora Töhmət verildi

Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil �

arrow Ətraflı
Bakıda ən bahalı evlər bu rayonlardadır like
  • 28 İyl 17:11  
Digərləri Bakıda ən bahalı evlər bu rayonlardadır

Bu ilin iyun ayında Bakıda yeni tikililərdə mənzillərin orta qiyməti öt�

arrow Ətraflı
Bakının bəzi ərazilərində işıq olmayacaq  XƏBƏRDARLIQ like
  • 28 İyl 16:56  
Digərləri Bakının bəzi ərazilərində işıq olmayacaq XƏBƏRDARLIQ

Bakının Xətai rayonunun bəzi hissələrində gücləndirmə işləri ilə ə

arrow Ətraflı
Həkim üzgözünü pis günə qoydu, pulunu da qaytarmadı like
  • 28 İyl 16:51  
Şou-biznes Həkim üzgözünü pis günə qoydu, pulunu da qaytarmadı

Müğənni Mənzurə Musayeva uğursuz plastik əməliyyatından danışıb.

arrow Ətraflı
Sürücülərin NƏZƏRİNƏ  Saat 08:00dan etibarən... like
  • 28 İyl 16:40  
Digərləri Sürücülərin NƏZƏRİNƏ Saat 08:00dan etibarən...

İyulun 29-da saat 08:00-dan saat 22:00-a qədər Bakının Səbail rayonunda -

arrow Ətraflı
Pandemiya hər kəsin beynini qocaldıbmış  Araşdırma like
  • 28 İyl 16:32  
Dünya Pandemiya hər kəsin beynini qocaldıbmış Araşdırma

İngiltərədə aparılan son araşdırma pandemiyanın təkcə bədən sağlaml

arrow Ətraflı
24 yaşını tamamlayan tələbələr əsgərliyə çağırılacaq?  Rəsmi AÇIQLAMA like
  • 28 İyl 16:14  
Digərləri 24 yaşını tamamlayan tələbələr əsgərliyə çağırılacaq? Rəsmi AÇIQLAMA

Bu ilin əvvəli qüvvəyə minən "Hərbi vəzifə və hərbi xidmət haqq

arrow Ətraflı
“Instagram”da məkan paylaşımını necə söndürmək olar? like
  • 28 İyl 16:00  
Digərləri “Instagram”da məkan paylaşımını necə söndürmək olar?

"Instagram"ın yeni "Friend Map" funksiyası real vaxtda mə

arrow Ətraflı
"Gücbəla ilə "Kurtlar Vadisi"ndən qurtuldum, çəkilmək istəmirəm" like
  • 28 İyl 15:52  
Digərləri "Gücbəla ilə "Kurtlar Vadisi"ndən qurtuldum, çəkilmək istəmirəm"

Türkiyə televiziya tarixinin ən çox izlənilən layihələrindən biri olan

arrow Ətraflı
Rusiyanın məşhur şirkətinin informasiya sistemi dağıdıldı like
  • 28 İyl 15:43  
Dünya Rusiyanın məşhur şirkətinin informasiya sistemi dağıdıldı

Rusiyanın "Aeroflot" aviaşirkətinin informasiya sistemi kiberhücum

arrow Ətraflı
Aşıq Zülfiyyə ərinə görə göz yaşı tökdü like
  • 28 İyl 15:30  
Şou-biznes Aşıq Zülfiyyə ərinə görə göz yaşı tökdü

Aşıq Zülfiyyə İbadova efirdə kövrək anlar yaşayıb.

arrow Ətraflı
II “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi keçirilir like
  • 28 İyl 15:24  
Digərləri II “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi keçirilir

Moderator.az xəbər portalı ölkə yazar və jurnalistləri arasında saytın

arrow Ətraflı