Pandemiya hər kəsin beynini qocaldıbmış Araşdırma
Dünya 28 İyl 2025 16:32:00 62 0
İngiltərədə aparılan son araşdırma pandemiyanın təkcə bədən sağlamlığına deyil, beyin fəaliyyətinə də mənfi təsir etdiyini üzə çıxarıb. Nottingham Universitetinin alimləri tərəfindən aparılan genişmiqyaslı tədqiqatda məlum olub ki, COVID-19 pandemiyası zamanı insanların beyinləri 2020-ci ildən əvvəlki dövrlə müqayisədə orta hesabla 5,5 ay daha tez yaşlanıb.
Bu xəbəri də oxu: Rusiyanın məşhur şirkətinin informasiya sistemi dağıdıldı
Son.az xəbər verir ki, UK Biobank layihəsində yer alan 15 min nəfərdən çox yetkin şəxsin beyin görüntüləri üzərində aparılan analizlər nəticəsində bu qənaətə gəlinib. Alimlər pandemiyadan əvvəl və pandemiya dövründə taranan insanların beyin yaşlarını xüsusi süni intellekt modeli ilə müqayisə ediblər.
Tədqiqatı aparan nevroloq Ali-Reza Mohammadi-Nejad bildirib ki, virusu keçirməyən şəxslərdə belə beyin yaşlanmasında artım qeydə alınıb:
"İzolyasiya, qeyri-müəyyənlik və sosial təcrid kimi faktorlar belə mənfi nəticələrə səbəb olub."
Nevroloq Dorothee Auer isə bildirib ki, əldə olunan nəticələr iki ayrı zaman nöqtəsinə əsaslandığı üçün, bu dəyişikliklərin geri dönməsi mümkündür.
"Bu, beyin sağlamlığı üçün ümidverici perspektivlər yaradır," - deyə o qeyd edib.
Araşdırmada vurğulanır ki, beyin yaşındakı bu artım hər zaman zehni performansın zəifləməsi demək deyil. Əsl bilişsel geriləmə halları yalnız COVID-19 virusu ilə yoluxmuş şəxslərdə müşahidə olunub.
Tədqiqatın nəticələrinə görə, kişilərdə və yaşlı, sosial və iqtisadi cəhətdən zəif təbəqələrə mənsub şəxslərdə daha çox beyin dəyişiklikləri qeydə alınıb.
Alimlər bildirirlər ki, bu tədqiqat hələ ilkin nəticələr təqdim etsə də, gələcəkdə daha geniş və uzunmüddətli görüntüləmə tədqiqatları beyin strukturundakı dəyişikliklərin səbəblərini və nəticələrini daha dəqiq ortaya qoya bilər.
İsmayıl Son.az
Bu ilin əvvəli qüvvəyə minən "Hərbi vəzifə və hərbi xidmət haqq

Sumqayıtda gənc qız bınadan yıxılıb.

"Instagram"ın yeni "Friend Map" funksiyası real vaxtda mə

Türkiyə televiziya tarixinin ən çox izlənilən layihələrindən biri olan

Rusiyanın "Aeroflot" aviaşirkətinin informasiya sistemi kiberhücum

Aşıq Zülfiyyə İbadova efirdə kövrək anlar yaşayıb.

Moderator.az xəbər portalı ölkə yazar və jurnalistləri arasında saytın

"Avroviziya" qalibimiz Nigar Camalla Əməkdar artist Fərqanə Qasım

Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agent

Xəbər verdiyimiz kimi, iyulun 26-na keçən gecə paytaxtın Bülbülə qəsə

Peşə təhsili alan gənclər hərbi xidmətə çağırışla bağlı müəyyə

Tailand və Kamboca atəşkəs barədə razılığa gəliblər.

Müğənni Əminə Şirinqızı açıqlaması ilə həmkarı arasında gərginl

Xəbər verdiyimiz kimi, dünən dünya şöhrətli müğənni Castin Timberleyk

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı
