II “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi keçirilir


Digərləri 28 İyl 2025 15:24:00 87 0

II “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi keçirilir

Moderator.az xəbər portalı ölkə yazar və jurnalistləri arasında saytın qurucusu və mərhum baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin əziz xatirəsinə həsr olunmuş "Zülfüqar Hüseynzadə mükafatı" adlı növbəti müsabiqəni elan edir.   Xatırladaq ki, ötən il keçirilmiş ilk müsabiqədə jurnalistlər Kəlbəcər rayonunun təbiəti, sərvətləri və inkişaf perspektivləri mövzularında öz qələmlərini sınamış, qaliblər mükafatlandırılmışdı.   Bu ilki - II müsabiqə isə Qərbi Azərbaycana və Qarabağa qayıdış mövzusuna həsr olunub.   Müsabiqə mövzuları üzrə 3 əsas istiqamət müəyyən edilib:   1. Qərbi Azərbaycana Qayıdış: Deportasiya və tarixi ədalətsizlik mövzuları; Qərbi azərbaycanlıların yaddaşında doğma torpaqlar; Ailə hekayələri, faktoloji araşdırmalar, publisistik yazılar.   2. Qarabağa Qayıdış və Böyük Qayıdış Proqramı: Qarabağda aparılan yenidənqurma və sosial layihələr; Qayıdan ailələrlə reportajlar, həyat hekayələri; Tarixi-mədəni irsin bərpası və bölgəyə inteqrasiya.   3. Zülfüqar Hüseynzadənin jurnalistik irsi və medianın missiyası: Peşəkar medianın milli məsələlərdə rolu; Z.Hüseynzadənin publisistik üslubu və media sahəsində töhfələri; Medianın azərbaycançılıq və dəyərlər prizmasından fəaliyyətinə dair yazılar.   Qeyd: Bu mövzular istiqamətləndirici xarakter daşıyır. Müsabiqə yazılarında onların hər birinə ayrılıqda və ya ümumi şəkildə istinad edilə bilər.   Qiymətləndirmə meyarları   Müsabiqəyə təqdim olunmuş yazılarda aşağıdakılara üstünlük veriləcək:   • Mövzunun dolğun və geniş şəkildə əhatə olunmasına; • Leksikon və ifadə vasitələrinin zənginliyinə; • Analitik yanaşma, faktların düzgün təhlili və məntiqi əsaslandırılmasına; • Fakta əsaslanan araşdırma və informasiyalılıq dərəcəsinə; • Müasir dünya təcrübələri ilə müqayisəli yanaşmaya.   Müsabiqənin şərtləri   • Müsabiqəyə yazılar [email protected] elektron ünvanına göndərilməlidir. • Yazının həcmi 10 min işarəni keçməməlidir; • Yazı yalnız bir müəllifə aid olmalı və əvvəllər nəşr edilməmiş olmalıdır (qəzet, jurnal, sayt, sosial media daxil olmaqla); • Hər iştirakçı yalnız bir yazı ilə müsabiqəyə qatıla bilər. • Yazılar 2025-ci il avqustun 18-dək qəbul olunur. • Yazılar münsiflər heyəti tərəfindən obyektiv meyarlarla qiymətləndiriləcək.   Təqdimat üçün aşağıdakılar e-mailə əlavə edilməlidir:   1. Müsabiqə yazısı (Word formatında, imzasız); 2. Müəllifin şəxsiyyət vəsiqəsinin surəti (PDF, JPG və ya Word); 3. Müəllifin əlaqə vasitələri (mobil nömrə və e-poçt).   Mükafatlar:   Müsabiqəyə təqdim edilmiş materiallara 18-23 avqust tarixlərində münsiflər heyəti tərəfindən baxılacaq və 24 avqust 2025-ci il tarixində - Zülfüqar Hüseynzadənin doğum günündə  qaliblər (1-ci, 2-ci və 3-cü yer) elan ediləcək və mükafat və hədiyyələr təqdim olunacaq.   • I yer - 1000 AZN • II yer - 600 AZN • III yer - 400 AZN   Seçilmiş yazılar Moderator.az saytında dərc ediləcək, müəlliflərə diplom və hədiyyələr təqdim olunacaq.

"Hicab taxıb, bədənşəkilləndirmə etmək də günahdır"  QALMAQAL like
  • 28 İyl 15:16  
Şou-biznes "Hicab taxıb, bədənşəkilləndirmə etmək də günahdır" QALMAQAL

"Avroviziya" qalibimiz Nigar Camalla Əməkdar artist Fərqanə Qasım

arrow Ətraflı
Azərbaycanda bu şəxslərə 22 min manatadək pul veriləcək  SİYAHI like
  • 28 İyl 15:05  
Digərləri Azərbaycanda bu şəxslərə 22 min manatadək pul veriləcək SİYAHI

Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agent

arrow Ətraflı
"Toyu olacaqdı, bəylik kostyumu evdə qaldı"  Məsciddə öldürülən gənclə bağlı TƏFƏRRÜATLAR like
  • 28 İyl 15:00  
Digərləri "Toyu olacaqdı, bəylik kostyumu evdə qaldı" Məsciddə öldürülən gənclə bağlı TƏFƏRRÜATLAR

Xəbər verdiyimiz kimi, iyulun 26-na keçən gecə paytaxtın Bülbülə qəsə

arrow Ətraflı
Onlara əsgərlikdən möhlət hüququ veriləcək like
  • 28 İyl 14:42  
Digərləri Onlara əsgərlikdən möhlət hüququ veriləcək

Peşə təhsili alan gənclər hərbi xidmətə çağırışla bağlı müəyyə

arrow Ətraflı
Tailand və Kamboca arasında atəşkəs elan olundu like
  • 28 İyl 14:30  
Dünya Tailand və Kamboca arasında atəşkəs elan olundu

Tailand və Kamboca atəşkəs barədə razılığa gəliblər.

arrow Ətraflı
"O, nə qədər "hürür, hürsün" like
  • 28 İyl 14:15  
Şou-biznes "O, nə qədər "hürür, hürsün"

Müğənni Əminə Şirinqızı açıqlaması ilə həmkarı arasında gərginl

arrow Ətraflı
Timberleykin Bakı konsertində nə qədər insan iştirak edib?  AÇIQLAMA like
  • 28 İyl 14:04  
Digərləri Timberleykin Bakı konsertində nə qədər insan iştirak edib? AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən dünya şöhrətli müğənni Castin Timberleyk

arrow Ətraflı
Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib  FƏRMAN like
  • 28 İyl 13:55  
Siyasət Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib FƏRMAN

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı

arrow Ətraflı
Elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək like
  • 28 İyl 13:53  
Siyasət Elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək

Elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək.

arrow Ətraflı
İki keşiş EVLƏNDİ like
  • 28 İyl 13:38  
Digərləri İki keşiş EVLƏNDİ

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub. 

arrow Ətraflı
Bakıda 16 yaşlı qız ana oldu, əri həbs edildi like
  • 28 İyl 13:37  
Kriminal Bakıda 16 yaşlı qız ana oldu, əri həbs edildi

Bakıda 16 yaşlı qız ana olub. Onun qanunsuz evlənməsi ilə bağlı əri h�

arrow Ətraflı
Xankəndidə yanğın törədən şəxs həbs edildi like
  • 28 İyl 13:20  
Digərləri Xankəndidə yanğın törədən şəxs həbs edildi

İyulun 27-də Xankəndi şəhərində yaşayış binalarından birinin yaxınl�

arrow Ətraflı
Kəmaləddin Heydərov festivalı xanımı ilə izlədi like
  • 28 İyl 13:15  
Digərləri Kəmaləddin Heydərov festivalı xanımı ilə izlədi

Xəbər verdiyimiz kimi, XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilib.

arrow Ətraflı